Homo ergaster

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Homo ergaster
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Klad:
Sinifüstü:
Klad:
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Dəstəüstü:
Qranddəstə:
Mirdəstə:
Dəstə:
Yarımdəstə:
İnfradəstə:
Parvdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
???:
Homo ergaster
Beynəlxalq elmi adı

Afrika ərazisindən tapılmış ilk insanlar tək Homo habilislər hesab olunmur. 1971-ci ildə Keniyada Rudolf gölü ətrafında Kobifor düşərgəsində Luis Likinin Hominidlərə aid aşkar etdiyi alt çənə sümüyü ilk vaxtlar Homo Erektusa aid edilsə də, sonradan onların yeni bir növ təşkil etdiyi müəyyənləşdirildi. 1975-ci ildə bu tapıntı Homo Erqaster (işləyən, yaradan adam) adlandırıldı. Avstralopiteklərlə eyni təbəqədə iki kəllə sümüyünün aşkar olunması nəticəsində insan təkamülünün düz xətlə deyil, sıçrayışla baş verdiyi təsdiq olundu. Yəni, Avstralopiteklərlə eyni təbəqədə Homo Erqasterlərin qalıqları aşkar edildi. 1984-cü ildə Türkanalı oğlan (Turkana Boys) kimi tanınan tapıntı aşkar olundu. Kalium – arqon metodu vasitəsilə tapıntının yaşı 1.5 – 1.6 milyon il bundan əvvələ aid edildi. Homo Erqasterlərin bir çox xüsusiyyətləri Homo Erektuslarla oxşar olsa da, fərqli cəhətləri də var:

1. Kəllə quruluşu fərqlidir. Belə ki, onlarda kəllənin nazik olması, başın arxa hissəsinin böyüklüyü və beyin strukturunda fərqliliklər var.

2. Skelet sümükləri daha yüngüldür və quruluşuna görə müasir insana daha çox yaxındır.

3. Beyin həcmi 880 sm3-dir.

Bütövlükdə ilk Erqasterlərin beyin tutumu 750 sm³-dən 1200 sm³-ə qədərdir. Homo Habilislərlə müqayisədə onların beyin tutumu böyümüş və bu böyümə mücərrəd təfəkkürün əsas xüsusiyyətlərini tənzimləyən alın hesabına baş vermişdi. Homo Erqasterlərdə broka mərkəzi daha yaxşı inkişaf etmişdi. Onların beyin tutumu müasir insanın beyninə nisbətən kiçik olsa da, bütövlükdə Homo Erqasterlərdə nitqin ilkin rüşeymləri müşahidə olunmuşdu. Buna görə də Homo Erqasterlər insan təkamülündə mühüm sıçrayış kimi qəbul edilirlər. Homo Erqasterlərin düşərgələrində daş alətlərin hazırlanmasında ikitərəfli çapma üsulu ilə hazırlanmış daş əmək alətləri tapılmışdı. Çapacaqlarla yanaşı ocaq izləri də qeydə alınmışdı. Homo Erqasterlər oddanqorxma instinktini ram edən ilk canlılar hesab olunurlar. Homo Erqasterlərin Şimali və Cənubi Afrikada məskunlaşması ilə yanaşı Cənubi Avropa və Cənub-Şərqi Asiya ərazisində də yayıldıqları təsdiq olunmuşdu. Bəzi tədqiqatçılar Dmanisi tapıntılarını da Homo Erqasterlərə aid edirlər.

  1. Cela-Conde C. J., Ayala F. J. Genera of the human lineage (ing.). // Proc. Natl. Acad. Sci. U.S.A. / M. R. Berenbaum [Washington, etc.], USA: National Academy of Sciences [etc.], 2003. Vol. 100, Iss. 13. P. 7688. ISSN 0027-8424; 1091-6490 doi:10.1073/PNAS.0832372100 PMID:12794185