II Afridun ibn Mənuçöhr
II Afridun ibn Mənuçöhr | |
---|---|
Şirvanşahlar Dövlətinin XX hökmdarı | |
Vəzifədədir | |
1160-cı ildən | |
Əvvəlki | III Böyük Mənuçöhr |
Sonrakı | I Axsitan |
Şəxsi məlumatlar | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | III Böyük Mənuçöhr |
Uşağı | |
Dini | Sünni İslam |
Zöhrətəddin II Əfridun (Şamaxı – 1160, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirminci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.
Mənuçöhr h.555 (1160)-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu Afridun çıxmışdır. O, özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymuşdur. Afridunun adına onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən yazılarda təsadüf edilir. Afridun elə həmin ildə öldürüldükdən sonra Mənuçöhrün başqa bir oğlu - Axsitan Şirvan hökmdarı olmuşdur.[1]
Fələki Şirvani qəsidələrinin birində Əfridunu tərifləyərək deyir:
Çox illər yaşasın Zöhrətəddin,
Dövrün məkrlərindən uzaq olsun,
Fəridun şahzadədir aslan ürəkli,
Təkcə atası var dünyada onun təki
Ziya Bünyadov şair Xaqaninin də Əfridundan bəhs etdiyini qeyd edir.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Atası III Böyük Mənuçöhr. Şirvanşah.
- Atasının həyat yoldaşı Tamar. Gürcüstan çarı IV Davidin qızı, Şirvan məleykəsi, Baqrationi sülaləsindən. Şirvanşahdan 3 oğlu və 1 qızı olmuşdur.
- Tamarın oğullarından biri. Şervaşidze sülaləsinin qurucusu. Babası IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi ona verilmişdir.
- Tamarın kiçik oğlu. III Mənuçöhrün ölümündən sonra Tamar kiçik oğlunu hakimiyyətə gətirməyə cəhd etmişdir.
- Oğlu Fəribürz
- Qardaşı I Axsitan. Atası III Mənuçöhrün və qısa müddət hakimiyyət sürmüş qardaşı II Afridunun xələfi.
- Qardaşı Fəribürz. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
- Bacısı Alçiçək Sultan. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
- Qardaşı Şahənşah
- Qardaşı Fərruxzad
SƏLƏF III Böyük Mənuçöhr |
II Afridun ibn Mənuçöhr Kəsranilər |
XƏLƏF I Axsitan |