Laktansi

Vikipediya, azad ensiklopediya
(Laktansius səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Laktansi
Doğum tarixi təq. 240[1]
Vəfat tarixi təq. 320[2][3][…]
Vəfat yeri
Elm sahələri Apologetika, teologiya, fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Laktánsius (lat. Lucius Caecilius Firmianus Lactantius; təq. 240[1]təq. 320[2][3][…], Trir[4]) — sonuncu latındilli apologetlərdən biri. O Arnobiusun tələbəsi olub və Xristianlığın Romada rəsmi dövlət dininə çevrilməsi dövründə yaşamışdır. Bu səbəbdən, onun yeddi kitabdan ibarət "Divinae institutiones" (İlahi qanunlar haqqında) əsəri imperator Konstantina həsr edilmişdir. Gələcəkdə Xristianlığın geniş perspektivlərinin olduğunu duyan Laktantiusun kitabı optimist ruhunda yazılmışdır.

Həqiqət haqqında

[redaktə | mənbəni redaktə et]

Bu əsərdə Laktantius, ondan öncəki apologetlər kimi, antik müdrikliyin xristian imanı ilə uyğunlaşdırılması yolu ilə getmişdir. Hətta o iddia edirdi ki, ondan öncəki apologetlər Xristianlığı aydın və tam başa düşülən tərzdə təqdim edə bilməmişdirlər[5] . Bu işin sona çatdırılma şərəfi isə Laktantiusa qismət olmuşdur.

Onun fikrincə antik filosoflar bütpərəst dini təlimlərə heç bir əhəmiyyət vermirdilər, çünki o dinlər mövhumatlarla dolu idilər. Öz növbəsində bütpərəst kahinlər də fəlsəfədən istifadə etməmişdirlər. Buna görə də sonda, onların heç biri nailiyyət əldə etməmiş və iflasa uğramışdılar. Əslində isə hər bir müdriklikdə iman, hər bir imanda isə müdriklik olmalıdır. Fəlsəfə nə qədər dərin olsa belə, heç vaxt insani və İlahi məsələləri həll edə bilməz. Filosofların nəzəriyyələri çox vaxt onların düşüncəsinin məhsuludur, obyektivliyi əks etdirmir. Lakin Laktantius düşüncənin imkanlarını yüksək qiymətləndirirdi. Onun fikrincə, bu düşüncə İlahi həqiqətlərə qulluq edəndə öz vəzifəsini yerinə yetirmiş olur. Həqiqət isə xristian dinindədir.

Tanrı və ruh haqqında

[redaktə | mənbəni redaktə et]

Laktantius bir çox dini məsələlərə əqli nöqteyi nəzərdən aydınlıq gətirmək istəyirdi. Məsələn, onun fikrincə, Tanrının birliyi, hər şeyin bir səbəbdən doğması zərurəti ilə izah edilir. Çünki əgər tanrılar çox olsaydı, onda onların arasında müəyyən münasibətlər qurulmalı idi. Onlar ya bir-birinə bərabər, ya da tabe olmalı idilər. Bərabər olduqları halda onlardan heç biri digərindən yüksək olmazdı, deməli sözün əsl mənasında Tanrı olmazdı. Bir-birinə tabe olduqları halda isə, onlardan yalnız biri Tanrı olardı, başqalarının yalnız adları Tanrı olardı, mahiyyətləri yox. Eyni zamanda, tanrılar çox olsaydı dünyanın mərkəzləşdirilmiş halda idarə etmək olmazdı, dünyada ümimi nizam pozulardı.[6] Eyni zamanda Laktantius, stoisizm fəlsəfəsinin təsiri altında olmuşdur. Məsələn o, ruhun əslində materiyanın daha incə forması olduğunu iddia edirdi. Onun təbiətinin oddan ibarət olduğu haqqında danışırdı. Lakin materiya olduğuna baxmayaraq, ruhu dərk etmək mümkün deyil, və o ölməzdir.

Dünyanı Tanrı heçnədən yaradıb. Laktantiusa görə, əgər materiya Tanrı ilə bərabər əzəldən mövcud olsaydı, onda, bundan öncə deyilən, Tanrının birliyi prinsipi pozulardı və iki ilkin substansiya olardı. Nəticədə yenə də nizam pozulardı. Hər şeyi yaradan materiya da ola bilməz, çünki bu halda düşünən varlıq olan insan, düşüncəyə malik olmayan bir şeydən yaranardı. Bu isə məntiqə ziddir.

Dünyanın məqsədəuyğunluğu

[redaktə | mənbəni redaktə et]

Dünyada hər şey bir məqsədlə yaradılıb. Dünya – insan üçün, insan isə Tanrını tanımaq və ona ibadət etmək üçün. İnsan azaddır və öz şüurlu hərəkətləri ilə Tanrıya sədaqətini göstərməlidir, pis yollardan çəkinməlidir. Bu dünya onun üçün bir sınaq meydanıdır. Bu sınaqlara sinə gələ bilsə, Tanrı onu əbədi həyatda mukafatlandıracaq. Dünyada şər, xeyrin nə olduğunu anlamaq üçün mövcuddur. O olmasaydı insanlar xeyri bilməzdilər.

Kitabının sonuncu hissəsində Laktantius qiyamətin qopması, onun hansı şəkildə baş verəcəyi haqqında yazmışdır. O inanmırdı ki, İsa tezliklə dünyaya qayıdacaq, bütün mömin ölüləri dirildəcək və onlarla birlikdə yer üzərində ədalətli hakimiyyət quracaq. Bu cür inanclar "hiliazm" (yunanca "khilias" min rəqəmidir.) adlandırılır və sonrakı dövrlərdə rəsmi kilsə tərəfindən rədd edilmişdir. Çünki hiliazm tərəfdarlarının dediklərindən belə çıxırdı ki, ölülər iki dəfə diriləcəklər: bir dəfə İsanın gəlməsi və min illik hakimiyyəti qurması zamanı; ikinci dəfə isə, Tanrı tərəfindən bütün kainat məhv edildikdən sonra. Bu isə rəsmi Kilsənin mövqeyinə zidd idi. Rəsmi xristian ehkamlarına görə, dirilmə hadisəsi yalnız bir dəfə, dünyanın sonunda baş verəcək. Bibliyada hiliazma işarə edən yerlərə isə kilsə xadimləri başqa, məcazi mənalar verirlər.

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 65-66. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 65-66. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  • Catholic Encyclopedia 1908 : Lactantius
  • Майоров Г. Г. Формирование средневековой философии. М., 1979, с.133.
  • Соколов В.С. Историческая концепция Лактанция // Вопросы античной литературы и классической филологии. М., 1966. С. 334–345.
  1. 1 2 Oxford Classical Dictionary (ing.). / S. Hornblower, A. Spawforth, E. Eidinow Oxford: OUP, 2012. ISBN 978-0-19-173525-7
  2. 1 2 Lucius Caecilius Firmianus Lactantius // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. 1 2 Lactantius // Encyclopædia Britannica (ing.).
  4. 1 2 https://books.google.be/books?id=dOfCplxDzmwC&pg=PA458.
  5. Divinae institutiones V, 1.
  6. Divinae institutiones I, 3.