Latviya iqtisadiyyatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Latviya iqtisadiyyatı
Riqa
Riqa
Valyuta Avro (EUR, €)
Statistika
ÜDM 30.264.454.641,8 $[1]
Adambaşına düşən ÜDM 15.684 $[2]
İnflyasiya (İQİ)
  • 0.6% (2020.)
  • 2.7% (2019)
  • 2.6% (2018)
Xarici ticarət
İxrac $12.84 milyard (2017)
İxrac məhsulları ərzaq məhsulları, ağac məmulatları, metallar, maşın avadanlıqları, tekstil
İdxal $15.79 milyard (2017)
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.

Latviya iqtisadiyyatı Avropaya açıq iqtisadiyyatdır və Avropa Vahid Bazarının bir hissəsidir. Latviya 1999-cu ildən Ümumdünya Ticarət Təşkilatının,[3] 2004-cü ildən Avropa İttifaqının, 2014-cü ildən Avrozonanın və 2016-cı ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdür.[4] Latviya Dünya Bankı Qrupunun hazırladığı Biznesin Asanlığı İndeksində dünyada 14-cü yerdədir.[5] 2011-ci il İnsan İnkişafı İndeksinə əsasən, Latviya çox yüksək göstəriciləri olan ölkələr qrupuna daxildir.[6] Coğrafi mövqeyinə görə, tranzit xidmətləri, ağac emalı, kənd təsərrüfatı və qida məhsulları, maşın və elektron cihazların istehsalı kimi sahələr yaxşı inkişaf etmişdir.

Latviya iqtisadiyyatı 2006-07-ci illər ərzində ÜDM-in ildə 10%-dən çox sürətli artımına nail olmuşdur, lakin 2009-cu ildə hesab kəsiri, daşınmaz əmlak bazarının çöküşü və dünya iqtisadiyyatının ümumi böhranı fonunda böyük borc riski nəticəsində ciddi tənəzzülə uğramışdır. Ölkədəki ikinci ən böyük bank olan Parex Bankın iflası nəticəsində 2009-cu ildə ÜDM demək olar ki, 18% azaldı [7] və Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq donorlar sazişin bir hissəsi olaraq Latviyaya əhəmiyyətli maliyyə yardımı göstərdilər. Hökumətin sərt qənaət tədbirlərinə sadiqliyi müqabilində valyutanın avroya bağlanmasını müdafiə edərək 2011-ci ildə Latviya ÜDM-in 5,5% artımına nail oldu [8] və beləliklə, Latviya iqtisadi baxımdan yenidən Avropa İttifaqının ən sürətlə inkişaf edən ölkələri sırasına daxil oldu. Beynəlxalq Valyuta Fondu və Aİ proqramı Latviyada 2011-ci ilin dekabrında uğurla başa çatdı.[9]

Latviya iqtisadiyyatının tarixi

[redaktə | vikimətni redaktə et]

Əsrlər boyu Hanza ittifaqı və Almaniyanın təsiri altında, daha sonra müharibələrarası müstəqilliyi dövründə Latviya öz coğrafi mövqeyi hesabına mühüm şərq-qərb ticarətinin mərkəzinə çevrildi. Sənaye yerli bazarlara xidmət edirdi, taxta, kağız və kənd təsərrüfatı məhsulları isə Latviyanın əsas ixracı idi.

Birinci Dünya Müharibəsindən əvvəl Latviya Rusiya İmperiyası daxilində inkişaf etmiş bir istehsal mərkəzi idi və ilk növbədə Rusiya bazarına xidmət edirdi. 1918-ci ildə müstəqillik əldə etdikdən sonra Latviya qabaqcıl istehsal mərkəzi statusunu itirdi. Latviya müharibələrarası dövrdə beynəlxalq ərzaq ixracatçısına çevrilməyə və yenidən sənayeləşməyə çalışdı. Latviya müharibələrarası dövrdə adambaşına düşən ÜDM-də artım yaşadı, lakin bəzi iqtisadi tarixçilər avtoritar Karlis Ulmanis rejimi (1934-1940) dövründə durğunluğun olduğunu iddia edirlər.[10]

Müstəqilliyini bərpa etdikdən sonra Latviya müəyyən templə də olsa, bazar yönümlü islahatlara davam etdi. Onun sərbəst dövriyyədə olan valyutası lat 1993-cü ildə dövriyyəyə buraxılıb və əsas dünya valyutalarına qarşı sabitliyini qoruyub saxlaya bilmişdi. İnflyasiya 1992-ci ildəki 958,6%-dən 1995-ci ildə 25%-ə, 2002-ci ildə isə 1,4%-ə enmişdi.

1994-cü ilin sonunda yüngül sənayedə canlanma və ticarətin inkişafı ilə iqtisadiyyat sabitləşdi. 2000-ci ildən sonra Latviyada ÜDM ardıcıl 4 il ərzində ildə 6-8% artdı.

2008-ci ilin ortalarına qədər Latviya Avropada ən sürətlə inkişaf edən iqtisadiyyata malik idi. 2003-cü ildə ÜDM artımı 7,5%, inflyasiya isə 2,9% təşkil etmişdir. Sovet dövründən mərkəzləşdirilmiş planlı sistem azad bazar prinsiplərinə əsaslanan strukturla əvəz olundu. 2005-ci ildə özəl sektorun ÜDM-də payı 70% təşkil etmişdir.[11] Yüngül sənayenin bərpası və Riqanın regional maliyyə və ticarət mərkəzinə çevrilməsi Latviya iqtisadiyyatındakı durğunluqları kompensasiya etdi. Rəsmi işsizlik rəqəmi həmin dövr üçün 7%-10% təşkil edirdi.

Estoniya, Latviya və Litvanın adambaşına düşən real ÜDM inkişafı

2008-2010-cu illərdə iqtisadi böhran

[redaktə | vikimətni redaktə et]

2007-2008-ci illərin maliyyə böhranı, ilk növbədə, 2004-cü ildə formalaşmağa başlayan asan kreditin nəticəsi olaraq Latviya iqtisadiyyatını ciddi şəkildə pozdu. Nəticədə büdcə kəsiri, əmək haqqı və işsizlik böhranı yarandı.[12] Latviya 2009-cu ildə ən pis iqtisadi göstəricilərə malik olub, illik artım tempi orta hesabla 18% təşkil edirdi.[13]

2009-cu ilə qədər işsizlik 23%-ə yüksəldi və Aİ-də ən yüksək göstərici oldu.[14]

İqtisadiyyat üzrə 2008-ci ildə Nobel Mükafatı laureatı Paul Kruqman 15 dekabr 2008-ci il tarixli The New York Times qəzetində dərc olunan məqaləsində Latviyanı yeni Argentina adlandıraraq Avropadakı iqtisadi problemləri şərh etmişdi.[15]

Latviyada 15-74 yaşlı işçi qüvvəsində işləyən-işsizlər (min nəfər) 1996-2017 və zəncirvari ÜDM istinad ili 2010 (milyard EUR) Məlumat: Latviya Mərkəzi Statistika Bürosu


Bununla belə, 2010-cu ilə qədər Latviyanın daxili devalvasiya siyasətində uğurla irəliləyirdi.[16]

2010-2012-ci illər iqtisadiyyatın bərpası

[redaktə | vikimətni redaktə et]

İqtisadi vəziyyət 2010-cu ildən bəri yaxşılaşmışdır və 2012-ci ilə qədər Latviya üçün BVF-nin idarəedici direktoru Kristin Laqard güclü iqtisadi artım proqnozlaşdırmışdı. Latviya iqtisadiyyatı 2011-ci ildə [17] 5,5%, 2012-ci ildə isə 5,6% artaraq Avropada ən yüksək artım tempinə çatmışdır. 2018-ci ildə isə ÜDM böhrandan əvvəlki səviyyəni belə ötmüşdür.[18]

İqtisadi məsələlər 2022-23

[redaktə | vikimətni redaktə et]
Dövlət yurisdiksiyasında olan şəhərlərdə və əyalətlərdə orta aylıq ümumi əmək haqqı (avro ilə) 2017. İşçilərinin sayı 50-dən az olan özəl sektor müəssisələri istisna olmaqla. Məlumat: Latviya Mərkəzi Statistika Bürosu

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu Latviyada bəzi iqtisadi problemlərə səbəb oldu. Real ÜDM artımı 2021-ci ildəki 4,3 faizdən 2022-ci ildə 2,8 faizə endi. Belə ki, Rusiya əsas ticarət tərəfdaşı idi və Aİ sanksiyalarından sonra vəziyyət dəyişdi. Enerji qiymətlərindəki dramatik artımlar, alternativ qaz və neft mənbələrinin axtarışına ehtiyac, eləcə də logistika problemləri 2023-cü ildə birrəqəmli rəqəmlərə enməzdən əvvəl inflyasiyanın 2022-ci ildə orta hesabla 17,2% olması ilə nəticələndi.[19]

Pļaviņas Su Elektrik Stansiyası

Orta əmək haqqı Riqa, Ventspils və onların ətraflarında daha yüksəkdir, daxili sərhəd rayonları, əsasən də Latqale bölgəsi isə geri qalır.

2022-ci ildə Latviyada qeydiyyatdan keçmiş şirkətlərin ən çox olduğu sektor 71692 şirkətlə xidmət sektorudur. Növbəti sahələr isə müvafiq olaraq 15300 şirkətlə Pərakəndə Ticarət və Maliyyə və 10287 şirkətlə Sığorta və Daşınmaz Əmlak sektorları yer alıblar.[20]

Latviya elektrik enerjisinin böyük hissəsi hidroelektrik enerji ilə istehsal olunur. Ən böyük su elektrik stansiyaları Pļaviņas Su Elektrik Stansiyası, Riqa Su Elektrik Stansiyası və Ķegums Su Elektrik Stansiyasıdır.

Latviya 2023-cü ilin yanvarında idxalı qadağan olunana qədər təbii qazının 100%-ni Rusiyadan idxal edirdi.[21]

Əsas limanlar Riqa, VentspilsLiepayada yerləşir. Tranzit daşımaların əksəriyyəti bu limanlardan istifadə edir və yüklərin yarısı xam neftneft məhsullarıdır.

Latviya dəmir yolları Latviyanın əsas dövlət dəmir yolu şirkətidir. Onun törəmə şirkətləri həm sərnişinlərə xidmət göstərir, həm də böyük həcmdə yük daşımalarını həyata keçirir.

Riqa Beynəlxalq Hava Limanı, hər il təxminən 5 milyon sərnişin daşıyan Latviyanın yeganə böyük hava limanıdır. Bu, Baltikyanı ölkələrin ən böyük hava limanıdır və 30 ölkəyə 80-dən çox istiqamətdə birbaşa uçuşlar həyata keçirir. O, həm də airBaltic -in əsas mərkəzidir.

  1. World Bank Open Data. Dünya Bankı.
  2. World Bank Open Data. Dünya Bankı.
  3. "Members and Observers". www.wto.org. 2009-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.04.03.
  4. "Latvia becomes full-fledged OECD member". LETA. 1 July 2016. 10 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 July 2016.
  5. "Rankings – Doing Business – The World Bank Group". Doing Business. 15 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2012.
  6. Human Development Index and its components Arxivləşdirilib 2017-11-29 at the Wayback Machine Retrieved 2012-09-06
  7. The CIA World Factbook Latvia – CIA – The World Factbook Arxivləşdirilib 2021-07-02 at the Wayback Machine Retrieved 2012-09-06
  8. "GDP of Latvia increased by 5.5% in 2011". The Baltic Course. 9 March 2012. 8 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2012.
  9. Latvia and the Baltics—a Story of Recovery Arxivləşdirilib 2017-02-26 at the Wayback Machine by Christine Lagarde managing director, International Monetary Fund Riga, 5 June 2012
  10. "Latvia's Tiger Economy Loses Its Bite". web.archive.org. 2010-04-25. 2010-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  11. Ruta Aidis, Friederike Welter: The Cutting Edge: Innovation and Entrepreneurship in New Europe, Edward Elgar Publishing, 2008, p. 32
  12. Damien, McGuinness. "In Pictures: Latvia economy reels in recession". BBC. 4 February 2010. 9 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2024.
  13. "Latvia". CIA. 2 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2008.
  14. "Robin Hood hacker exposes bankers". BBC News. 24 February 2010. 25 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2010.
  15. Krugman, Paul. "European Crass Warfare". The New York Times. 15 December 2008. 28 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2008.
  16. "Baltic Business News, 8 February 2010". 6 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2012.
  17. Danske Bank: we expect Latvian GDP to grow by 2.0% y/y in 2012 Arxivləşdirilib 2020-05-03 at the Wayback Machine Retrieved on 3 September 2012
  18. "GDP (constant 2015 US$) – Latvia | Data". data.worldbank.org. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
  19. "Republic of Latvia: Staff Concluding Statement of the 2023 Article IV Mission". 13 June 2023. 6 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2024.
  20. "Industry Breakdown of Companies in Latvia". HitHorizons. 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  21. "Europe's Declining Gas Demand: Trends and Facts about European Gas Consumption – June 2015 Arxivləşdirilib 2019-11-25 at the Wayback Machine".

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]