Paul Kruqman
Paul Kruqman | |
---|---|
ing. Paul Robin Krugman | |
Doğum tarixi | 28 fevral 1953[1][2][…] (71 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri |
Beynəlxalq İqtisadi münasibətlər Makroiqtisadiyyat |
Elmi dərəcəsi |
|
İş yerləri |
Prinston Universiteti London İqtisadiyyat məktəbi |
Təhsili |
|
Tanınır |
Beynəlxalq ticarət nəzəriyyəsi Yeni ticarət nəzəriyyəsi Yeni iqtisadi coğrafiya |
Üzvlüyü |
|
Mükafatları | 2008 İqtisadiyyat üzrə Nobel mükafatı |
web.mit.edu/krugman/www/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Kruqman (ing. Paul Robin Krugman; 28 fevral 1953[1][2][…], Albani[5]) — amerikalı iqtisadçı, icmalçı və yazıçıdır. Pol Kruqman Prinston Universitetində iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə professordur. O, həmçinin London İqtisadiyyat məktəbində də professordur. Eyni zamanda Nyu York Tayms qəzetində icmalçı olaraq çalışmaqdadır.
Pol Kruqman 2008-ci ildə Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pol Kruqman yəhudi bir ailənin övladı olaraq Nyu Yorkda dünyaya göz açmışdır. Uşaqlığını Nyu Yorkun cənub-şərqindəki Lonq adasında keçirmişdir. Kollec səviyyəsində təhsilini Belmurdakı Con Kennedi Yüksək Məktəbində (ing. John F. Kennedy High School) tamamlamışdır.
Prinston Universitetində professor olaraq çalışmaqda olan Pol Kruqman Robin Uells ilə evlidir. Bu evlilik Pol Kruqmanın ikinci evliliyidir.
Yazıçı və jurnalist karyerası
[redaktə | mənbəni redaktə et]Pol Kruqman ilk olaraq "Fortune" və "Slate" jurnallarında, daha sonra Harvard Biznes İcmalı (ing. Harvard Business Review), Xarici siyasət (ing. Foreing Policy), İqtisadçı (ing. The Economist), Harper's və Aylıq Vaşinqton (ing. Washington Monthly) jurnallarında yazılarını dərc etmişdir.
2000-ci ildən bəri həftədə iki dəfə olmaqla Nyu York Tayms qəzetində Pol Kruqmanın icmalları dərc olunur. Pol Kruqman 2007-ci ildən etibarən Tayms jurnalında da yazmağa başlamışdır.
2003-cü ildə yazılarının toplusu olan Böyük həll (ing. The Great Unraveling) kitabı nəşr edilmişdir . Bu kitabda Corc Buşun hakimiyyəti illərində olan iqtisadi və xarici siyasətlər tənqid edilmişdir. Kitab ABŞ-nin bestsellerlər siyahısında yer almışdır.
2007-ci ildə isə Liberalın vicdanı (ing. The Conscience of a Liberal) adlı kitabı yayımlanmışdır. Kitabın məzmunu XX əsr Amerikasının iqtisadi şərhi və tənqidindən ibarətdir.
2011-ci ilin mart ayından etibarən Star qəzetində Pol Kruqmanın Qlobal iqtisadiyyat adlı həftəlik yazıları dərc olunur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1991 — Con Beyts Klark mükafatı, Amerikan İqtisadi Assosiasiyası.
- 1995 — Adam Smit mükafatı, Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiya.
- 2000 — H. C. Rektenuald İqtisadi mükafatı, Erlenqen-Nürnberq Universiteti.
- 2002 — İlin icmalçısı mükafatı.
- 2004 — Asturiyas Şahzadəsi Sosial Elmlər Mükafatı, Asturiyas Şahzadəsi Fondu.
- 2008 — İqtisadiyyat üzrə Nobel mükafatı
Pol Kruqman 2005 və 2008-ci illərdə ABŞ-nin Xarici siyasət (ing. Foreign Policy) və İngiltərənin Prospekt jurnallarının internetdə keçirdikləri sorğuya əsasən tərtib etdiyi Dünyanın ilk 100 intellektualı siyahısında 2005-ci ildə 6-cı, 2008-ci ildə isə 30-cu yerdə qərar tutmuşdur.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Seçilmiş akademik kitabları
[redaktə | mənbəni redaktə et]- The Spatial Economy — Cities, Regions and International Trade (1999), Masahisa Fujita və Antoni Venableslə birlikdə. MIT Press, ISBN 0-262-06204-6
- The Self Organizing Economy (1996), ISBN 1-55786-698-8
- Development, Geography, and Economic Theory (Ohlin Lectures) (1995), ISBN 0-262-11203-5
- Foreign Direct Investment in the United States (3. Ed.) (1995), Eduard M. Qrahamla birlikdə. ISBN 0-88132-204-0
- World Savings Shortage (1994), ISBN 0-88132-161-3
- Currencies and Crises (1992), ISBN 0-262-11165-9
- Geography and Trade (Gaston Eyskens Lecture Series) (1991), ISBN 0-262-11159-4
- The Risks Facing the World Economy (1991), Qullermo de la Dehesave və Çarlz Teylorla birlikdə. ISBN 1-56708-073-1
- Has the Adjustment Process Worked? (Policy Analyses in International Economics, 34) (1991), ISBN 0-88132-116-8
- Rethinking International Trade (1990), ISBN 0-262-11148-9
- Trade Policy and Market Structure (1989), Elhanan Helpmenlə birlikdə. ISBN 0-262-08182-2
- Exchange-Rate Instability (Lionel Robbins Lectures) (1988), ISBN 0-262-11140-3
- Adjustment in the World Economy (1987) ISBN 1-56708-023-5
- Market Structure and Foreign Trade: Increasing Returns, Imperfect Competition, and the International Economy (1985), Elhanan Helpmenlə birlikdə. ISBN 0-262-08150-4
İqtisadi dərslik kitabları
[redaktə | mənbəni redaktə et]- Economics: European Edition (2007), Robin Uells ve Katrin Qreddi ilə birlikdə. ISBN 0-7167-9956-1
- Macroeconomics (2006), Robin Uells ilə birlikdə. ISBN 0-7167-6763-5
- Microeconomics (2004), Robin Uells ilə birlikdə. ISBN 0-7167-5997-7
- International Economics: Theory and Policy, Maurice Obstfeld ilə birlikdə. 7. Ed. (2006), ISBN 0-321-29383-5; 1. Ed. (1998), ISBN 0-673-52186-9
Geniş kütlə üçün nəzərdə tutulmuş iqtisadi kitabları
[redaktə | mənbəni redaktə et]- The Return of Depression Economics and the Crisis of 2008 (2008) ISBN 0-393-07101-4
- The Conscience of a Liberal (2007) ISBN 0-393-06069-1
- The Great Unraveling: Losing Our Way in the New Century () ISBN 0-393-05850-6
- The Return of Depression Economics (1999) ISBN 0–393-04839-X
- The Return of Depression Economics and the Crisis of 2008 (2008) ISBN 0-393-07101-4
- The Accidental Theorist and Other Dispatches from the Dismal Science (1998) ISBN 0-393-04638-9
- Pop Internationalism (1996) ISBN 0-262-11210-8
- Peddling Prosperity: Economic Sense and Nonsense in an Age of Diminished Expectations (April 1995) ISBN 0-393-31292-5
- The Age of Diminished Expectations: U. S. Economic Policy in the 1990s (1990) ISBN 0–262-11156-X
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pol Kruqman haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Pol Kruqman haqqında faktlar
- Pol Kruqmanın şəkilləri
- Pol Kruqmanın müsahibəsi
- Pol Kruqmanın İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Paul Krugman // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Paul Krugman // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 https://group30.org/members/bio_current/krugman.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- ↑ 1 2 Nobel Prize Laureate Paul Krugman Joining City University Of New York As “Distinguished Scholar” (ing.). // Jewish Business News 2014.
- 28 fevralda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Nyu-York ştatında doğulanlar
- Elmlər doktorları
- Massaçusets Texnologiya İnstitutunun məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İqtisadiyyat
- İqtisadçılar
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları
- Yel Universitetinin məzunları