Mədəni Mehmet Nuri Əfəndi

Vikipediya, azad ensiklopediya
(Mədəni Məhmət Nuri səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Mədəni Mehmet Nuri Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1859(1859-11-24)
Doğum yeri
Vəfat tarixi 29 iyul 1927(1927-07-29) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri

Mədəni Mehmet Nuri (24 noyabr 1859, Üsküdar29 iyul 1927, Üsküdar, İstanbul ili) —Osmanlı imperiyasının son şeyxülislamı.

Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Mehmet Nuri əfəndinin (1920–1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi.

24 noyabr 1859-cu ildə İstanbulun Üsküdar Sultantəpəsində anadan olub. Atası 1821–1896-cı illərdə İstanbulda yaşamış və öldüyü zaman "Tədqiqat-i Şər'iyyə Məclisi"nın sədri, Anadolu və Rumeli Qazəsgəri dərəcəli, baş münəccin əl-Hac, es-Seyyid Tarsusizadə Osman Kamil Əfəndi (İstanbuldan)), anası isə Fındıkzadə (Fındıkgil) Şərifə Hatice xanımdır. İstanbulun Vəfa səmtində böyüyən Mədəni Mehmet Nuri Əfəndi ibtidai təhsilə atası ilə başlamış, Şehzade və Fatih məscidi mədrəsələrini, Mekteb-i Nüvvabı bitirmiş, İstanbul müdərrisi olmuşdur. Zamanla yüksəldi və Mahreç rütbəsi aldı. 22 yaşında rus maaşı ilə işə başlamış və Osmanlı hüquq təşkilatının müxtəlif qurumlarında tədricən yüksəlmiş və 1912-ci ildə Misirin qazısı olmuşdur. 1912-ci ilin martından 1915-ci ilin avqustuna qədər Qahirədə yaşamış və Misirin qazısı olmuş, daha sonra Adana vilayətinin mərkəzi kadısı vəzifəsinə təyin edilmiş və bir ay sonra istefa edərək qazılıqdan ayrılmışdır. 1920-ci ildə aldığı Anadolu Qazəsgəri rütbəsi ilə defakto qazəsgər olaraq çalışmış, 26 sentyabr 1920-ci ildə Şeyxülislam təyin edilmiş, hökumət istefa verəndə ayrılmış və sonuncu Osmanlı kabineti qurulanda, 1920-ci il noyabrın 4-də yenidən Şeyxülislam təyin olunmuşdur. 1922-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisi sultanlığı ləğv etdikdə sonuncu Osmanlı hökuməti ilə birlikdə istefa verdi və Şeyxülislam səlahiyyətləri sona çatdı. O, Yüzəlliliklərə daxil olan şəxslərindən biri sayılmayıb, lakin Damat Ferit Paşanın kabinetində olduğu üçün təqaüdü verilməyib. Həyat yoldaşı Şərifə Haticə Fəhimə xanımdan üç qızı və bir oğlu olub. Mədəni Mehmet Nuri Əfəndi 29 iyul 1927-ci ildə İstanbul Üsküdar İhsaniyyəsində vəfat etmişdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Arxivlənmiş surət (Türkçe). Ankara. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-11. (#first_missing_last)