Makrotəkamül
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Makrotəkamül — növdən yüksək səviyyədə baş verən təkamüldür. Yəni bu zaman cins, fəsilə, dəstə , sinif, şöbə, tip aləm və s. əmələ gəlir. Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır. Yəni makrotəkamül uzun müddətdə baş verən dəyişlilmədir. Makrotəkamülün əsasında mikrotəkamül durur. Onlar arasında kəskin fərq yoxdur.
Canlıların inkişaf tarixində mikrotəkamüllə yanaşı, makrotəkamül də baş vermişdir. Makrotəkamül daha yüksək təkamül tək növdən yüksək taksonomik vahidlərin yaranmasına səbəb olmuşdur. Makrotəkamül uzun sürən proses olduğuna görə onu bilavasitə izləmək mümkün deyil[1].
Makro və Mikrotəkamülün oxşar xüsusiyyətləri.
- Hər ikisinin əsasında divergensiya durur.
- Hər ikisinə təbii seçmə təsir edir.
- Hər ikisinə yaşamaq uğrunda mübarizə təsir edir.
Makrotəkamül də mikrotəkamül kimi divergent xarakter daşıyır. O, bir sıra elmi dəlillərlə isbat edilir.
Makrotəkamülü sübut etmək üçün bir çox dəlillərdən istifadə olunur.
Müqayisəli anotomiya dəlilləri
[redaktə | mənbəni redaktə et]Makrotəkamülü sübut edən dəlillərdən biri də müqayisəli anatomiyadır. Bu dəlillərlə müasir dövrdə yaşayan canlıların orqanları, orqanlar sistemləri müqayisə edilir və təkamül nəticəsi çıxarılır[2].
Makrotəkamül divergensiya və konvergensiya yolu ilə gedir. Oxşar yaşayış tərzi hər hansı iki növün konvergensiyasına gətirib çıxarır.
Divergensiya
[redaktə | mənbəni redaktə et]Divergensiya-həyat şəraitinin dəyişilməsi nəticəsində növ daxilində əlamətin ayrı-ayrı şaxələrə parçalanmasıdır. Divergensiya növ ilə bərabər cinslərdə,dəstələrdə,fəsilələrdə və başqa taksonomoyalarda da baş verir. Divergensiya qohum növlərdə homoloji orqanların əmələ gəlməsi ilə baş verir.
Homoloji orqanalar
[redaktə | mənbəni redaktə et]Homoloji orqanalar-Mənşəcə eyni, quruluş və funksiyaca müxtəlif olan orqanlardır. Məsələn:
- Quru və su onurğalıların ətrafları( suiti,delfin)
- Yarasanın qanadı ilə insanın qolu
- Noxudun bığcığı ilə kaktusun tikanları(hər ikisi yarpaq mənşəlidir)[3].
Konvergensiya
[redaktə | mənbəni redaktə et]Konvergensiya-müxtəlif sistematik qruplardakı canlılarda oxşar mühit amillərinin təsirindən təkamülcə oxşar xüsusiyyətlər yaranmışdır. Konvergent inkişaf zamanı xarici qurluşda oxşarlıq yaranır. Bəzən isə bu fizioloji proseslərdə özünü göstərir(suda yaşama ilə əlaqədar suiti və balinada piy qatının yaranması) Oxşar mühit şəraitində müxtəlif sistematik qruplarda orqanizmlərin oxşar xüsusiyyətlər qazanması konvergensiyadır.
Konvergensiyaya aid misallar
- Suda yaşama ilə əlaqədar akula, ixtiozavr və balinalarda bədən formasının balığa bənzəməsi
- Torpağı qazmağa uyğunlaşmış Köstəbək və danadişininin ön ətraflarının qurluşu
Konvergensiya analoji orqanların yaranmasına səbəb olur.
Analoji orqanalar
[redaktə | mənbəni redaktə et]Analoji orqanalar isə quruluş və funksiyaca oxşar olub,mənşəcə fərqli olan orqanlardır.Məsələn
- quşun və kəpənəyin qanadları
- danadişi və kostəbəyin qazıcı ön ətrafızirincin
- yemişanın tikanı (1.yarpaq 2.gövdə mənşəlidir)
Atavizmlər
[redaktə | mənbəni redaktə et]Atavizmlər-canlı orqanizmlərin inkişafı zamanı bəzi rudiment orqanlar inkişaf edir. Onlar əcdadlarının əlamətlərini xatırladır. Məsələn, bəzən quyruqlu, bəzən çoxtüklü insanlar doğulur[4].
Rudimentlər
[redaktə | mənbəni redaktə et]Rudimentlər-bəzi yaşlı heyvanlarda bir qisim orqanlar vardır ki, onlar öz funksiyalarını yerinə yetirmir, yəni qalıq halındadır. Belə orqanlara rudimentlər deyilir. Rudimentlər də eyni mənşəyin olmasını sübut edir. Köstəbəyin və kor siçanın gözləri rudimentdir. Balinalarda və bəzi sürünənlərdə arxa ətrafların qurşaq sümükləri qalıq halında qalmış, yəni rudimentə çevrilmişdir. Məməlilərin üçüncü göz qapağı da rudimentdir[3].
Embirioloji dəlillər
[redaktə | mənbəni redaktə et]Çarlz Darvinin təkamül təlimindən sonra bir çox alimlər yeni araşdırmalar aparmış, canlılarda oxşar və fərqli xüsusiyyətləri, baş verən dəyişiklikləri yalnız paleontoloji dəlillərlə yox, digər faktlarla da əsaslandırmağa çalışmışlar. Belə faktlardan biri də rüşeymlərin quruluşunda baş verən oxşarlıqlar olmuşdur.
Embirioloji dəlillər-rüşeymlərin oxşarlığı.Embriologiya-orqanizmlərin rüşeym dövründə inkişafını öyrənir.Əsası ilk dəfə K.Ber tərəfindən qoyulmuşdur.
İnkişaf dovründə xordalılarda ilk olaraq tipin sonra isə →sinfin →dəstənin→cinsin→növün əlamətlərini yaranır.
Embriologiya elmi canlıların rüşeym mərhələsini öyrənir və təkamül dəlilləri verir. Darvin də orqanizmlərin fərdi inkişafının onların tarixi inkişafı ilə qarşılıqlı əlaqədə olduğunu söyləmişdir. Embrioloji dəlillər birhüceyrəlilərlə çoxhüceyrəlilər, onurğasızlarla onurğalılar və onurğalıların müxtəlif sinifləri arasında rüşeymlərin inkişafındakı oxşarlıqları üzə çıxarmışdır.Onurğalı heyvanların inkişafı birhüceyrəli ziqotdan başlayır. Sonra hüceyrə bölünərək çoxhüceyrəli birqatlı rüşeymə (blastula) çevrilir.
Rüşeymin sonrakı inkişafı zamanı bağırsaqboşluqlulardakı kimi ilk bağırsaq boşluğu yaranır və divan iki qatdan ibarət qastrulaya çevrilir. Sonralar onlarda qurdlarda olan rüşeym vərəqləri, buğumayaqlıların ürəyinə oxşar döyünən damarlar və s. əmələ gəlir. Doğulmağa və yumurtadan çıxmağa az qalmış isə növün əlamətləri üzə çıxır.
Biogenetik qanun
[redaktə | mənbəni redaktə et]XIX əsrin ikinci yarısında alman alimləri Frist Müller və Ernst Hekkel ontogenezin nisbəti qanununu - biogenetik qanunu kəşf etdilər. Bu qanuna görə, hər bir fərd öz inkişafında daxil olduğu növün tarixini qısa şəkildə təkrar edir. Yəni ontogenez filogenezin qısa təkrarıdır.
Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel 1868-ci ildə yazdığı “Təbii yaradılış tarixi” adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr aparır, mülahizələr irəli sürürdü. Çəkdiyi rəsmlər, demək olar ki, hamısı eyni idi. Hekkel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların eyni mənşədən yaranması fikrini müdafiə edirdi.
Frits Müller alman naturalistidir. Müllerin araşdırmaları, əsasən, darvinizmə, biologiyaya, bitki və heyvan filogenezinə aiddir. Müllerin digər işləri ibtidai dəniz heyvanlarının anatomiya və embriologiyasına, həşərat və çiçəklərin qarşılıqlı əlaqələrinə aiddir.
Ontogenez
[redaktə | mənbəni redaktə et]Ontogenez -orqanizmlərin mayalanma anından (yəni ziqotdan başlayaraq) bioloji ölümünə qədər olan həyatıdır[1].
Filogenez
[redaktə | mənbəni redaktə et]Filogenez - orqanizmlərin tarixi inkişafıdı.Qurbağa sürfəsinin (çömçəquy- ruğun) balığa oxşar əlamətləri:
- quyruğun olması;
- üzgəcin olması
- qəlsəmələr;
- ikikameralı ürək;
- bir qan dövranı;
- yan xətt orqanı;
- ürəyində yalnız venoz qanın olması.
Milçək sürfəsi:
- qurda bənzəyir;
- ətrafları yoxdur;
- qanadları yoxdur;
- baş hissəsi inkişaf etməyib
Biogenetik qanunu sonralar Aleksey Nikolayeviç Severtsov və İvanoviç Şmalhauzen inkişaf etdirərək göstərmişlər ki, canlılar ontogenezlərin də əcdadın yetkin fərdinin yox, embrional mərhələlərinin əlamətlərini təkrar edir. Beləliklə, biogenik qanun ontogenezlə filogenez arasında olan əlaqələrə əsaslanaraq təkamülü isbat etmək üçün mühüm dəlillər verir[5].
Makrotəkamülü sübut edən dəlillərdən biri də müqayisəli anatomiyadır.Bu dəlillərlə müasir dövrdə yaşayan canlıların orqanları, orqanlar sistemləri müqayisə edilir və təkamül nəticəsi çıxarılır.
Palentoloji dəlillər
[redaktə | mənbəni redaktə et]Palentoloji dəlilləri bir neçə qrupa bölünür:
Palentoloji dəlillər-təkamülü isbat edən dəlilərdən biri də qazıntı ahalında tapılan canlıların qalıqlarıdır. Bu qalıqlar onların hansı dövrdə hansı şəraitdə yaşadığını, bugünkü canlılarla oxşar və fərqli xüsusiyyətlərini öyrənməyə, həm də qalıqların bizim dövrə qədər necə qorunub saxlandığını araşdırmağa imkan yaradır. Paleontoloji qalıqlara başqa adla Fosillər də deyirlər. Fosilləşmə prosesi elə də sadə bir proses deyil. Bunun üçün xüsusi şərait lazımdır. Belə ki, fosilləşmə müəyyən şərtlər daxilində ölmüş orqanizmlərin mineralların daxilində qalaraq qayalaşma prosesində morfoloji xüsusiyyətlərinin qayaya köçürülməsidir.
Arxeoloji qazıntılar nəticəsində canlıların diş, sümük, çanaq, dırnaq və s. qalıqları tapılmışdır. Müasir dövrdə yaşayan canlıları bu qalıqlarla müqayisə etdikdə onlarda müəyyən dəyişikliklərin baş verdiyini görmək mümkündür.
Filogenetik sıralar
[redaktə | mənbəni redaktə et]Filogenetik sıralar-arxeolji qazıntılar nəticəsində alimlər bir cox heyvanların filogenetik sırasını müəyyən etmişlər. Bunlardan dırnaqlıların, yırtıcıların, molyuskaların, xortumluların və s. heyvanların filogenetik qruplarını göstərmək olar.
Atların filogenetik sıralarını Vladimir Onufriyeviç Kovalevski müəyyən etmişdir. Məlum olmuşdur ki, onların əcdadı əvvəlcə beşbarmaqlı, tülkü boyda olmuşdur, dişləri isə otyeyən heyvanlardakı kimi, qabarıq formalı idi. Heyvanlar hündür otların arasında gizlənmiş, sıçrayışla hərəkət etmişdir. Təkamül nəticəsində onlarda barmaqların sayı azalmağa başlamışdır. Neogenin sonunda mühit şəraitinin dəyişməsi, daha quraq olması nəticəsində bitkilər alçaqboylu, kobud və qaba olmuşlar.
Fenokodus-tülkü boyda həmm bitki həm də heyvanala qidalanan canlı olub.Bunlardan atın əcdadı əmələ gəlib. Onun 5 barmağı olub.
Eohippus- atın əcdadı sayılır. Ön ətrafında 4 arxa ətrafında 3 barmaq olub.Qabarıq dişləri olub.Neogen dövründə quraqlığın yaranması onun düşməndən xilas olmaq üçün sürətli qaçışına səbəb olub. Bu səbəbdən də onun ayaqları uzanmış,onurğa möhkəmlənmiş,barmaqda dırnaqlar yaranmışdır.
Şəraitin dəyişilməsi Merihippus, Hiparion və nəhayət Müasir at yaranıb. Elə şəraitdə çöllərdə heyvanlar yalnız qaçmaqla özlərini xilas edə bilərdilər. Təbii seçmə nəticəsində onlarda ətraflar uzanmış, barmaqların sayı azalmışdır. Bundan sonra heyvanlar sürətlə qaça bilmişlər. Nəticədə 3-cü barmaq inkişaf etmiş, 2-ci və 4-cü barmaqlar isə rudiment şəklində qalmışdır. Qaçmaq həm də onurğa sütununun möhkəmlənməsinə səbəb olmuşdur. Qaba yem onların dişlərinin səthinin dəyişməsi ilə, yəni qırışlı olması ilə nəticələnmişdir.
İzatoplar
[redaktə | mənbəni redaktə et]İzatoplar-Çöküntü suxurlarının yaşı,yer qabığının yaşı onlarda olan radioaktiv maddələrin izatoplarının miqdarına görə təyin edilir. Çöküntü süxurlarının yaşı onlarda olan radioaktiv maddələrin izotoplarına görə müəyyən olunur. Radioaktiv maddələrin parçalanması ətraf mühit şəraitindən asılı deyil. Ona görə də yer qatının yaşı onda olan radioaktiv maddə miqdarına görə təyin edilir. Məhz buna əsasən də Yer planetinin yaşı müəyyən olmuşdur.
Keçid formalar
[redaktə | mənbəni redaktə et]Keçid formalar- tapılan qalıqların bir çoxu keçid formalar kimi qəbul olunur,aralıq mövqedə dururlar.
Paleontoloqlar müxtəlif geoloji dövrlərə aid bitki və heyvan qalıqlarını aşkar etmişlər. Bunların bir qismi keçid formalar hesab olunur. Onlara aşağıdakıları misal göstərmək olar.
- Trilobitlər - həlqəvi qurdlarla buğumayaqlılar arasında keçid forma hesab olunur. Onların buğumlarında, sinir sistemində, tənəffüs orqanlarında oxşarlıq çoxdur. Ancaq trilobitlərin hər buğumunda bir cüt ətraf olmuşdur.
- İxtiosteqa - iki böyük taksonu birləşdirir. Onlar balıqlarla suda-quruda yaşayanlar arasında keçid forma hesab edilir. Həm üzgəc, həm də ətrafları olmuşdur. Bədənlərinin üzəri pulcuqlarla örtülmüşdür. Onlara oxşar olan steqosefallarda hətta sürünənlərin əlamətlərinin olduğu da güman edilir.
- Katilozavrlar - qədim sürünənlərdir. Onların bəzilərində suda-quruda yaşayanların əlamətlərinə rast gəlinir[6].
- İnostranseviya - sürünənlərlə məməlilər arasında keçid formasıdır. Onlarda kəllənin, onurğanın, ətrafların quruluşunda məməlilərə oxşarlıq daha çox olmuşdur. Bu heyvanların dişləri də, məməlilərdə olduğu kimi, kəsici, köpək və azı dişlərinə bölünmüşdür. Arxeopteriks - sürünənlərin əlamətləri ilə yanaşı, quşların da əlamətləri olmuşdur. Lələklərin olması, ön ətrafların qanadlara çevrilməsi, pəncə lüləsi, içi boş sümüklər, çəngəl sümüyünün olmasına görə quşlara; dişlərin, uzun quyruq fəqərələrinin, qarın qabırğalarının olmasına, pəncə sümüklərinin bitişməsinə görə isə sürünənlərə oxşamışdır. Onlarda döş tili inkişaf etməmişdir, uça bilməmişlər. Yalnız ağacdan-ağaca süzmə hərəkəti etmişlər. Hal-hazırda arxeopteriksi birbaşa sürünənlərlə quşlar arasında keçid forma kimi götürmürlər.
- Psilofitlər - yosunlarla ali sporlu bitkilər arasında keçid formasıdır. Dənizlərin kənarında bitən, ağaca və ota bənzər formaları var imiş. Üzərində pulcuqlar olmuş, yeraltı hissələri kökümsova bənzəmişdir. Torpağa rizoidlər vasitəsilə bərkimişdir. Dəricik üzərində ağızcıqlar var imiş. Onlarda mexaniki, ötürücü, örtük toxumalarının olduğu güman edilir.
Stratiqrafik dəlillər
[redaktə | mənbəni redaktə et]Stratiqrafik dəlillər-bu dəllilərə əsasən müxtəlif geoloji dövrlərdə yaşayan canlıların qalıqalrının hansı qatlarda yerləşdiyi müəyyən olunur. Belə ki ən üst qatda müasir canlılar,ondan aşağıdakı qatda xordalılar,ondan aşağıda isə onurğasız canlıların qalıqları yerləşir.
Qitələrin dreyfi
[redaktə | mənbəni redaktə et]Alimlərin yürütdüyü fikirlərdən biri qitələrin yerdəyişməsidir. Paleontoloqlar Antraktidada məhv olmuş çoxlu kələz (iri kərtənkələ) qalıqları aşkar etmişlər. Bu onu göstərir ki, vaxtilə burada hava isti olmuşdur. Yer kürəsində sürüşmələr nəticəsində iqlim dəyişdikdən sonra heyvanlar şimala doğru çəkilmişlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Stanley, S. M. "A theory of evolution above the species level". Proceedings of the National Academy of Sciences (ingilis). 72 (2). 1975-02-01: 646–650. Bibcode:1975PNAS...72..646S. doi:10.1073/pnas.72.2.646. ISSN 0027-8424. PMC 432371. PMID 1054846.
- ↑ Goldschmidt, R. "Some aspects of evolution". Science. 78 (2033). 1933: 539–547. Bibcode:1933Sci....78..539G. doi:10.1126/science.78.2033.539. PMID 17811930.
- ↑ 1 2 Sepkoski, J. John. "A factor analytic description of the Phanerozoic marine fossil record". Paleobiology. 7 (1). 1981: 36–53. doi:10.1017/s0094837300003778. ISSN 0094-8373.
- ↑ Stanley, Steven M. Macroevolution, pattern and process. San Francisco: W.H. Freeman. 1979. ISBN 0-7167-1092-7. OCLC 5101557.
- ↑ Grinin, L., Markov, A. V., Korotayev, A. Aromorphoses in Biological and Social Evolution: Some General Rules for Biological and Social Forms of Macroevolution / Social evolution & History, vol.8, num. 2, 2009 [1] Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine
- ↑ Gould, Stephen Jay. "The paradox of the first tier: an agenda for paleobiology". Paleobiology. 11 (1). 1985: 2–12. doi:10.1017/s0094837300011350. ISSN 0094-8373.