Matça
Matça ( yap. 抹茶, hərfi tərcüməsi "ovulmuş çay" deməkdir) — toz şəklində olan yaşıl çay. Məhz bu çay,ənənəvi olaraq, klassik yapon çay mərasimində istifadə olunur. Bundan başqa, matça, vaqasi adlı yapon desertinin növlərinə, yaşıl çaylı dondurmaya, soba adlı əriştəyə qida əlavəsi kimi istifadə olunur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Çinin Tan sülaləsi zamanı (618 – 907) saxlanma və ticarət üçün çayın yarpaqları buxarla emal edilib çay briketlərinə preslənirdi. Çayı hazırlamaq üçün ilk öncə yarpaqlar qurudularaq toz halına çevrilir. Sonra duz və nanə əlavə edilərək qaynar suda qarışdırılırdı. Sun sülaləsi (960-1279) dövründə qurudulmuş çay yarpaqlarının buxarından emal edilən toz şəkilli çay populyarlaşmışdır. İçkini hazırlayarkən çay tozunu qaba töküb üzərinə qaynar suyu əlavə edirlər. Sonra üzərində köpük əmələ gələnə qədər qarışdırırlar.[1] Zaman ötdükcə çay tozunun hazırlanması və istifadəsi dzen buddistlərin ayininə çevrilmişdir.
Dzen-buddizmlik, onunla yanaşı toz şəklində olan çay 1191-ci ildə monarx Eysayu tərəfindən Yaponiyaya gətirilmişdir. Çində toz şəklində olan çay getdikcə unudulsa da, Yaponiyada o dzen rahiblərinin sayəsində öz mövqeyini qoruyub saxlamışdır. XIV-XVI əsrlər boyunca isə cəmiyyətin digər təbəqələri arasında geniş yayılmışdır. Həmin dövrdə çay plantasiyalarının sahibləri yüksək çay sortu sayılan matçanın emalı texnikasını təkmilləşdirmişdilər.
Emalı
[redaktə | vikimətni redaktə et]Matça qyokuro çayı kimi yığımdan əvvəl digər toz çayları kimi, (məsələn, sentyadan) fərqli olaraq kölgələndirilir. Matçanın hazırlanması məhsul yığımına bir neçə həftə əvvəl qalmış başlanılır. Bu zaman çay kolları günəş şüasından qorunur. Bu, onların böyüməsini yavaşladır, yarpaqları daha qara rəngə çalmasına gətirib çıxarır. Bu zaman çay yarpaqları amon turşuları ilə zənginləşir. Məhsul yığımından sonra yarpaqları sarınıb qurudularsa, qyokuro (mirvari şehi) çayı alınacaq. Yox əgər düz şəkildə qurudularsa, onda tentya adlı çay alınacaq. Matça çayının istehsalı üçün tentya adlı çaydan saplaqlar və yarpaqdakı damarlar götürülür, sonra açıq yaşıl rəngli toza halına üyüdülür. 30 qram matça çayı üçün 1 saat da lazım ola bilər. Ancaq tentya matçanın əsası ola bilər, digər toz çaylar isə konatya adını daşıyır.
Matça çayının dadı amin turşularının qədərilə müəyyən olunur. Matçanın yüksək sortları 1 il sonra gec yığılan aşağı sort çaylardan daha gözəl dada və kəskin ətrinə görə seçilirlər. Matçanın istehsalı üzrə mərkəzləşmiş bölgələr Kioto prefekturasında yerləşən Udzi, Aiçi prefekturasında yerləşən Aiçi, Şizuoke bölgələri və Kyuşu adasının şimal hissəsidir.
Sortları
[redaktə | vikimətni redaktə et]Keyfiyyətdən asılı olmasına baxmayaraq, matça adətən digər çaylardan daha baha olur . Matçanın sortları bir çox amillərə əsasən müəyyənləşir.
Çay kolunda yerləşməsi
[redaktə | vikimətni redaktə et]Tentya çayı üçün yarpaqların çay kolunun hansı hissəsindən götürülməsi vacib sayılır. Kolun yuxarı hissəsində cavan elastik və yumşaq yarpaqlar yerləşir. Matçanın bahalı sortları cavan yarpaqların dadına əsasən qiymətləndirilir. Ən yaxşı dada inkişafda olan yarpaqlar malik olur. Belə ki onlar bu zaman bitkiyə özünün bütün qida maddələrini ötürməkdə olurlar.
Qurudulması
[redaktə | vikimətni redaktə et]Tentya yarpaqları ənənəvi olaraq məkandan kənar kölgəlikdə və günəş şüalarının düşmədiyi yerlərdə qurudulur. Lakin indiki zamanda qurudulma məkanın daxilində aparılır. Nəticədə matça hazırlananda parlaq yaşıl çalara malik olur.
Üyüdülməsi
[redaktə | vikimətni redaktə et]Çayın üyüdülməsi öz özlüyündə sənət sayılır. Düzgün olmayan avadanlıq və texnikasız matça çoxlu qaynanma dadı verə bilər və keyfiyyətini itirə bilər. Oksidləşmə (qıcqırma) sortun müəyyənləşməsində vacib amil sayılır. Oksigenlə təmas zamanı matçanın dadı pisləşir. Qıcqırmış matça tipik ot iyinə sahib olmaqla yanaşı qəhvəyi-yaşıl rəngə malik olur.
Matçanın ənənəvi hazırlanması
[redaktə | vikimətni redaktə et]Matçanın iki əsas hazırlanma üsulu vardır: möhkəm (koytya, yap. 濃茶) və yüngül (usutya, yap. 薄茶) İstifadə olunmamışdan qabaq matça ələkdən keçirilir və sonra ordakı qırıntılar yığılır. Bunun üçün xüsusi olaraq paslanmayan poladdan ələklər vardır. Ələyin arasından çayın keçməsi üçün xüsusi taxta kürəkdən istifadə olunur və ya yuxarıdan ələyə kiçik hamar daşı qoyub cihazı azca silkələyirlər. Əgər ələnmiş matça yapon çay mərasimi zamanı verilirsə, onda o tyaki adlandırılan kiçik həcmli qaba qoyulur.Digər hallarda isə birbaşa olaraq ələkdən tyavana tökmək olar.
Matçanın az miqdarı qaba tökülür. Bunun üçün ənənəvi olaraq tyasyaku adlanan bambuk qaşıqdan istifadə olunur, sonra çox da qaynar olmayan su əlavə olunur (tam qaynamayan, təxminən 80 °C) Çayın kənarında qırıntılar və çöküntü olmamalıdır. Matça çox acı olduğundan onun yanında ənənəvi olaraq südsüz və şəkərsiz vaqasi adlanan kiçik şirniyyatlar verilir. Bu şirniyyatlar çaydan öncə verilir. Hesab olunur ki, 40 qr matça üçün 20 fincan usutya və ya 10 fincan koytya hazırlamaq lazımdır.
Usutya və ya yüngül çay
[redaktə | vikimətni redaktə et]1 fincan usutya təxminən 2 qram matçadan (bu 2 tyasyaku və ya yarım çay qaşığına bərabərdir) və 70 ml. qaynar sudan hazırlanır.[2] Usutyanı istəkdən asılı olaraq köpüklü və ya köpüksüz içmək olar. Usutya çayı daha açıq rəngli və dad cəhətdən biraz acıdır.
Koytya və ya möhkəm çay
[redaktə | vikimətni redaktə et]Bu çay fincana daha çox tozdan, təqribən 4 qram matça və təqribən 50 ml qaynar su tökməklə hazırlanır.[2] Nəticədə qarışıq daha qatı olur (qatılığına görə, bala bənzəyir), onu asta hərəkətlərlə köpük yaratmadan qarışdırmaq lazımdır. Koytya adətən daha yaşlı çay ağaclarından (30 yaşdan yuxarı), daha bahalı matçadan hazırlanır və nəticədə usutya ilə müqayisədə daha yüngül və dadlı çay alınır. Bu çay yapon çay mərasimlərində daima verilir.
Digər məqsədlərlə istifadəsi
[redaktə | vikimətni redaktə et]Matça həmçinin yapon şirniyyatlarının komponetlərindən biridir. O kasutera (və ya kastella), mandzü və monakada istifadə olunur, kakiqorinin üzərinə səpilir, süd və şəkərlə, həmçinin duzla qarışdırılır və tempuraya xüsusi sous görkəmində əlavə olunur. Matça həmçinin, çoxlu şokolad, konfet və un məmulatları olan desertlərdə, peçenyelərdə, pudinqlərdə və dondurmalı yaşıl çayda istifadə olunur. Hətta yaponları poki adlanan çubuqları matça dadında olur. Matçanı həmçinin digər çaylarla qarışdırmaq olar. Məsələn, onu qemmaytya əlavə edərək matça-iri qemmaytya adlı çayı( matça əlavə olunmuş qızardılmış qəhvəyi düyü çayı) almaq olar.
Matçanın həmçinin müasir içkilərdə istifadəsi Şimali Amerika kafelərində də yayılmışdır. Belə ki orada da Yaponiyada olduğu kimi latteyə, buzlu içkilərə, südlü və meyvəli kokteyllərə əlavə edirlər. Matça tozunu da latte və likör kimi alkoqollu içkilərə əlavə edirlər.
Yaşıl çayın sağlamlıq üçün faydası Şimali Amerikada böyük maraq yaratmışdır.[3] Bu səbəbdən yaşadığımız dövrdə çaydan sağlam qida məhsullarının ( myuslidən energetik batonlara qədər) istehsalında istifadə olunur. 2003-cü ildə Kolorado Universitetinin tədqiqatçıları matçada qallat epiqallokatexin adlı antioksidləşdiricinin konsentrasiyası satışda olan digər yaşıl çaylardakından 137 dəfə yuxarıdır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Qalereya
[redaktə | vikimətni redaktə et]-
matçalı Danqo
-
Matça tozu
-
Matça əlavə olunmuş dondurma
-
Aşağı sort matça
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "История чая". 2010-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- ↑ 1 2 "Как заварить чай". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- ↑ "О пользе зелёного чая". 2010-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.