Mayıl Əsgərov
Mayıl Əsgərov | |
---|---|
Mayıl Binnət oğlu Əsgərov | |
Doğum tarixi | 17 yanvar 1962 (62 yaş) |
Doğum yeri | |
Elm sahəsi | dilçilik |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (2016) |
İş yeri | AMEA Dilçilik İnstitutu |
Təhsili |
Mayıl Binnət oğlu Əsgərov (17 yanvar 1962, Bozalqanlı, Tovuz rayonu) — filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri,[1] Bakı Avrasiya Universitettin professorudur, Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin müəllifidir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1979-cu ildə Y. Sadıqov adına Bozalqanlı kənd orta məktəbinində təhsil alıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib.
1990–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1994–2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları ilə təltif olunub.
22.02.2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418). Namizədlik dissertasiyasının mövzusu: "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr".
28.03.2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027).
22.01.2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696). Doktorluq dissertasiyasının mövzusu: "Dillərin leksik- qrammatik səviyyədə tədqiqinin linqvo-psixoloji problemləri".
2000-ci ildən 2013-cü ilə qədər Dilçilik İnstitutunun Türk dilləri şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb.
2013-cü ildən indiyə qədər Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin müdiridir.
Elmi fəaliyyətinə paralel olaraq pedaqoji və tərcümə fəaliyyətləri ilə də məşğul olmuşdur.
1996–2006-cı illərdə "Fortuna Lux" tərcümə və dil öyrənmə mərkəzində çalışmışdır.
2006-cı ildən əvəzçilik qaydası ilə Bakı Avrasiya Universitetində çalışır və hal-hazırda həmin Universitettin professorudur.
30-a yaxın elmi monoqrafiya, dərs vəsaiti və digər kitabların, 70-dən artıq elmi məqalə və konfrans materialının müəllifidir. Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Ufa, Elista, Çadır-Lunqa, Ankara, İstanbul, İzmir, Urfa, Niğde, Almata, Atırau, Nursultan və başqa şəhərlərdə keçirilmiş nüfuzlu elmi məclislərdə Azərbaycanı təmsil etmişdir.
Evlidir. İki qız atasıdır.
Elmi yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Mayıl B. Əsgərov "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr" mövzusunu namizədlik dissertasiyası kimi araşdırmış, türk dillərində işlənən zaman formalarının yeni xüsusiyyətini üzə çıxarmış, onların həm indiki, həm keçmiş, həm də gələcək zaman fonunda işlənmə potensialına malik olduğunu göstərmişdir. İngilis, alman fransız dillərində 16, 18, 24, Azərbaycan dilində isə cəmisi 5 zaman formasının (2 keçmiş, 2 gələcək, 1 indiki) olduğunu etiraf edən dilçilərin əksinə olaraq sübut etmişdir ki, Azərbaycan dilində indiki zaman fonunda 7, keçmiş zaman fonunda 12, gələcək zaman fonunda 4 aktiv forma olmaqla ən azı 23 zaman forması vardır. Bu tədqiqatda Mayıl B. Əsgərov nəzəri şəkildə bildirmiş və praktik olaraq sübut etmişdir ki, nitq vaxtı zaman formalarının müəyyən edilməsi meyarı deyil və ola da bilməz. Çünki nitq vaxtı real həyat hadisəsi olmaqla obyektiv gerçəkliyə aiddir. Zaman formaları isə dilə məxsusdur, yəni subyektiv gerçəklik fenomenidir. Bir sistemə aid faktor digər sistemə məxsus meyar əsasında müəyyən edilə bilməz. Bu məntiqə ziddir. Hər bir sistemə aid meyar onun öz daxilindədir — aksiomasına əsaslanmaqla sübut etmişdir ki, zaman formalarının müəyyən olunma meyarı dil sisteminin öz daxilindədir və dil struktur vahidi mahiyyəti daşıyır. Həmin dil struktur vahidləri, zaman formalarının müxtəlif fonlarda işlənməsinə də şərait yaradır. Bir qayda olaraq, bunlar indi (bu gün), əvvəl (dünən), sonra (sabah) kimi konkret zaman mənaları ifadə edən sözlər və ya adverbial feil formalarıdır.
Mayıl B. Əsgərov biheviorizm, neobiheviorizm, onların yeni qolları olan konneksionist və koqnitiv dilçilik, eləcə də nitq fəaliyyəti nəzəriyyəsini tənqidi şəkildə analiz edərək göstərmişdir ki, onlar təxminən eyni səviyyəli uğurlara və eyni tipli çatışmazlıqlara malikdir. Mayıl B. Əsgərov Amerika, Avropa və Rusiyada yaranan psixolinqvistik məktəb və istiqamətlərin qazandığı uğurlardan yaradıcı şəkildə istifadə etməklə tamamilə yeni bir nəzəriyyə irəli sürmüşdür. "Linqvo-psixoloji vəhdət nəzəriyyəsi" adlı bu nəzəriyyə ilə psixoloji dilçilik sahəsində yeni bir istiqamətin və ya məktəbin əsası qoyulmuşdur.
Məlum olduğu kimi, klassik psixolinqvistik məktəb və istiqamətlərin yeganə məqsədi nitqin necə yarandığını və mənimsənildiyini müəyyən etmək idi. Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin həmin nəzəriyyələrdən prinsipial fərqi odur ki, bu nəzəriyyənin tətbiqi ilə sadəcə nitqin deyil, istənilən səviyyəli dil struktur vahidlərinin həm yaranma, həm də mənimsənilmə mexanizmini tədqiq və şərh etmək mümkündür. Bu nəzəriyyənin yaranması ilə bərabər dilçilik, psixologiya və fəlsəfə elmləri üçün tamamilə yeni olan anlayışlar və onları ifadə edən terminlər də yaradılmışdır ki, onlardan bəziləri bunlardır: gerçəklik elementi, intellekt obrazı, natamam intellekt kodu, tam intellekt kodu, genişlənmiş intellekt kodu, dil struktur vahidi, vizual dərketmə, vokal dərketmə, friktual dərketmə, tastual dərketmə, attaral dərketmə, sinktual dərketmə və s.
Linqvo-psixoloji vəhdət nəzəriyyəsi bazasında dərketmə və təfəkkür prosesləri vahid dərketmə və təfəkkür aktı çərçivəsində cərəyan edən dörd ardıcıl faza (təmas, yadda saxlama, xatırlama, praktik istifadə) kimi izah və şərh edilir. Bu nəzəriyyə əsasında söz və formaların, eləcə də söyləmdən kiçik dil struktur vahidlərinin sinktual dərketmənin, yəni düşünərək dərketmənin birinci fazasında yarandığı elan və sübut edilir. Klassik psixolinqvistikanın onilliklər boyu izah edə bilmədiyi "qlobal problem", yəni ünsiyyətə xidmət edən kommunikativ nitqin yaranma və mənimsənilmə mexanizmi bu nəzəriyyə bazasında çox asanlıqla şərh edilir və göstərilir ki, kommunikativ nitq istənilən dərketmə üsulunun dördüncü fazasında total modullaşma yolu ilə yaranır. Bədii və elmi yaradıcılığın nəticəsi mahiyyəti daşıyan intellektual nitq isə, sinktual dərketmənin birinci fazasında yaranır. Kombinal nitqin kommunikativ və intellektual nitq növlərinin birləşməsi nəticəsində yarandığı qeyd edilir.
Linqvo-psixoloji vəhdət nəzəriyyəsi bazasında sübut edilir ki, bütün dil struktur vahidləri, o cümlədən, leksik və qrammatik formalar, nitqin bütün növləri vizual-vokal dərketmənin birinci fazasında dil struktur vahidlərinin birinci sıra gerçəklik elementlərinə transformasiyası yolu ilə mənimsənilir. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi həm psixologiya, həm fəlsəfə, həm də dilçilik elmlərinə tətbiq edilmə potensialına malikdir.
Mayıl B. Əsgərovun rəhbərlik etdiyi Salam, Azərbaycan! layihəsinin nəzəri bazasını linqvo-psixoloji vəhdət nəzəriyyəsi təşkil edir. Bu nəzəriyyənin tətbiqi ilə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dərs vəsaitləri hazırlanır. Bu dərs vəsaitləri həm klassik kitab formasına, həm də müasir elektron interaktiv formata malikdir. Bu layihənin A və B səviyyələri üzrə Mayıl B. Əsgərov tərəfindən 8 kitab hazırlanmışdır. Onlardan 2 tematik lüğət digər həmmüəlliflərlə birlikdə hazırlanmışdır. İngilisdilli əcnəbilər üçün hazırlanan kitablar Mələk Əliyeva və Sevinc İsmayılova, rusdilli əcnəbilər üçün hazırlanan kitablar isə f.ü.f.d, dos. Gülrux Həsənova tərəfindən bu dillərə tərcümə edilmişdir. Həmin kitablar 2020-ci ilin əvvəlində nəşr olunmuş və elmi ictimaiyyətə təqdim edilmişdir. Layihənin elektron versiyası 2020-ci ilin may ayından etibarən "Salam Azerbaijan" adlı yutub kanalında yayımlanmağa başlamışdır. "Salam Azerbaijan" yutub kanalının ünvanı (linki) belədir: https://www.youtube.com/channel/UCDMKZKw7ycbTDwraEbHC8Qw?view_as=subscriber
Pedaqoji və tərcümə fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Mayıl B. Əsgərov pedaqoji fəaliyyətə 1996–2006-cı illərdə "Fortuna Lux" tərcümə və dil öyrənmə mərkəzində "Azərbaycan dili" və "Türk dili" fənlərini rus dilinin daşıyıcısı olan şəxslərə tədris etməklə başlamışdır. 2006-cı ildən bu günə qədər Bakı Avrasiya Universitetində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. Hal-hazırda Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının professorudur, 9 dərs vəsaitinin və 20-dən artıq fənn proqramının müəllifidir. 8 magistrantın, 11 fəlsəfə doktorunun elmi rəhbəri və 3 elmlər doktorunun elmi məsləhətçisidir. Türk dilindən 2, rus dilindən 7 kitab olmaqla 9 kitabı Azərbaycan dilinə tərcümə etmişdir.
Elmi monoqrafiyaları
[redaktə | mənbəni redaktə et]5. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi. Bakı, "Elm və Təhsil", 2015, 192 s. http://anl.az/el/Kitab/2015/Azf-286714.pdf
4. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, (Mirzəliyeva M. və başqaları ilə birlikdə) Bakı, "Nurlan", 2013, 468 s.
3. Linqvopsixologiya və ya dilin psixologiyası. Bakı, "Elm və Təhsil", 2011, 308 s.
2. Türk dillərində zaman formaları, adverbial fel formaları və onlar arasında funksional-semantik əlaqələr. Bakı, "Elm və təhsil", 2003. Əlavə və düzəlişlər edilmiş ikinci nəşr, 180 s.
1. Zaman formaları, adverbial fel formaları və onlar arasında funksional-semantik əlaqələr. Bakı, ‘Nurlan’, 2002, 146 s.
Hazırladığı dərs vəsaitlərindən bəzi nümunələr
[redaktə | mənbəni redaktə et]9."Salam, Azerbaijan!" A-1 and A-2 – Beginning and Elementary levels (grammatical rules, exercises, thematic vocabulares). Baku, "Elm" , 176 p.
8."Salam, Azerbaijan!" B-1 and B-2 – Pre-intermediate and intermediate levels (grammatical rules, exercises, thematic vocabulares). Baku, "Elm", 172 p.
7."Salam, Azerbaijan!" Azerbaijani-English, English-Azerbaijani thematic vocabulary (levels A-B). Dərs vəsaiti. Baku, Publishing House "Elm", 194 p. (Co-authors: Malak A. Aliyeva, Sevinj S. Ismayilova)
6."Салам, Азербайджан!" Азербайджанско-русский, русско-азербайджанский тематический словарь (уровни А-В). Баку, издательство "Элм", 212 стр (Соавторы: Г.С.Гасанова, Ш.Атакишиева)
5."Салам, Азербайджан!" B-1 и B-2 – Начально-средний и средний уровни (грамматические правила, упражнения, тематический словар). Баку, издательство "Элм", 180 с.
4."Салам, Азербайджан!" А-1 и A-2 – Начальный и Элементарный уровни (грамматические правила, упражнения, тематический словар). Баку, издательство "Элм", 188 с.
3. Salam, Azərbaycan!". B-1 və B-2 – Aşağı orta və orta səviyyələr (oxu mətnləri, çalışmalar, tematik lüğət). Bakı, "Elm" nəşriyyatı, 142 s.
2."Salam, Azərbaycan!". A-1 və A-2 – Başlanğıc və Elementar səviyyələr (oxu mətnləri, çalışmalar, tematik lüğət). Bakı, "Elm" nəşriyyatı, 154 s.
1. Türkçe oku metinleri. Dərs vəsaiti. Bakı, "Elm və Təhsil", 2014, 252 s.
Hazırladığı fənn proqramlarından bəzi nümunələr
[redaktə | mənbəni redaktə et]9."Dil siyasətinin nəzəri əsasları" fənninin proqramı. Proqram Bakı Avrasiya Universitetinin Metodiki Şurasının 05.07.2018 tarixli, 12 saylı qərarı ilə nəşr olunmuşdur. Bakı, Vətən, 2018. 36 s.
8."Sosial və psixoloji dilçiliyin aktual problemləri". Ali təhsilin magistratura səviyyəsi, filologiya (dilşünaslıq) ixtisası üzrə təhsil alanlar üçün – Bakı, Vətən, 2018. 50 s.
7."Dilçiliyin nəzəri problemləri". Ali təhsilin magistratura səviyyəsi, filologiya (dilşünaslıq) ixtisası üzrə təhsil alanlar üçün – B.: Bakı Avrasiya Universiteti, Bakı, 2016. 24 s.
6."Ümumi dilçilik" fənninin proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2016 tarixli, 751 saylı qrifi ilə nəşr olunmuşdur. Bakı, 2016. 32 s.
5."Kommunikativ dil təliminin xüsusiyyətləri" fənninin proqramı Bakı Avrasiya Universitetinin Elmi Şurasının 16.11.2016 tarixli, 751 saylı qərarı ilə nəşr olunmuşdur. Bakı, 2016. 24 s.
4."Psixolinqvistika" fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 15 s.
3."Türk dilçiliyinin əsasları" fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 16 s.
2."Türk dil qrupunun inkişaf tarixi" fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 23 s.
1."İxtisas (Türk və Azərbaycan) dillərinin müqayisəli təhlili: Fonetika və morfologiya" fənninin proqramı. Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2011 tarixli 843 N-li əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir. Bakı Avrasiya Universitet, 2012, 61 s.
Tərcümə etdiyi kitablardan bəzi nümunələr
[redaktə | mənbəni redaktə et]5. Serafim Sarovskinin həyatı. Rus dilindən tərcümə. Sankt-Peterburq, 2017, 412 s.
4. Nikon Rojdestvenskiy "Serqi atanın həyatı və fədakarlıqları". Rus dilindən tərcümə. Sankt-Peterburq, 2017, 320 s.
3. İ. A. Qluxov "Pravoslav Katexizisi". Rus dilindən tərcümə. Sankt-Peterburq, 2013, 495 s.
2. Arximandrit Venedikt (Knyazev) "Bibliya tarixi". Rus dilindən tərcümə. Sankt-Peterburq, 2012, 784 s.
1. Tahsin Parlak "Aralın sirləri: Tufandan Turan dənizinə, Turan dənizindən bu günə". Türk dilindən tərcümə. Bakı, 2005 , 164 s. (Həmmüəllif: J. Əzizova)
Xaricdə nəşr olunmuş elmi məqalələrindən bəzi nümunələr
[redaktə | mənbəni redaktə et]19. Türk dilli Voyniç El Yazması. 9. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu bildiri kitabı. cild 1, 7–10 Haziran 2022 Niğde, Türkiye, s. 763–786 (Həmmüəllif: Amet Ardıç)
18. "Voyniç əlyazması" haqqında. 9. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu bildiri kitabı. cild 1, 7–10 Haziran 2022 Niğde, Türkiye, s. 747–762 (Həmmüəllif: S. S. İsmayılova)
17. Дистанционное образование это требование XXI века // Научно-практическая конференция "Непрерывное образование в интересах устойчивого развития: Новые вызовы. 1-этап" – Казахстан, г. Нур-Султан: – 28 мая 2021.
16.Латинский алфавит как средство интеграции в мировую культуру: опыт Азербайджана по внедрению латинской графики. 23 – 24 may 2019-cu ildə Qazaxıstan Təhsil problemləri Akademiyası tərəfindən təşkil edilmiş "Непрерывное образование в интересах устойчивого развития: новые вызовы" adlı beynəlxalq konfrans. Nursultan 2019 http://lifelong-education-conf.kz/ Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine
15.Механизм образования и восприятия языковых единиц. 21–22 2019-cu ildə Qazaxıstan Təhsil problemləri Akademiyası tərəfindən təşkil olunan "Инновации в образовании: теория и практика" adlı beynəlxalq təlim seminarı. Nursultan 2019
14. Türk dünyasında dil siyasəti və latın əlifbası. Qazax Dövlət Qızlar Pedaqoji Universitetində keçirilən V Beynəlxalq Türk Dünyası araşdırmaları Simpozyumu. 11 – 13 oktyabr. Almatı. 2018, s. 89–95.
13.Латинский алфавит как очередной шаг в сближении тюркских народов и активное средство интеграции их в мировую культуру. Сборник материалов Научно практической конференции "Переход казахского языка на латинскую графику, развитие государственного языка в контексте глобализации" проводимой в рамках реализации программной статьи Президента КР "Взгляд в будущее: модернизация общественного сознания ", Атырау 2018, с. 123–129 (Соавтор: Г.С.Гасанова).
12.Новый взгляд на основы психологии языка. Вестник Тверского государственного университета. Серия "Филология", Bыпуск 4, № 24, Тверь, 2012, http://university.tversu.ru/vestnik/philology/content.html?id=19943725_2012_-_4_unicode.xml, с.5–11.
11.Взаимоотношения минимальных единиц мышления и языка в процессе образования и восприятия речи. Филологические науки: вопросы теории и практики. № 7 (18), часть 2, Тамбов, 2012, с.25–29.
10. Dilin Yapı Birimlerinin Oluşma ve Algılanmasının Şematik Modeli. Gazi Türkiyat. Türklük Bilimi Araştırmaları dergisi / Journal of Turkologi Research. Gazi Üniversitesi İletişim Fakültesi Basımevi, 5 Sayı, 8 Bahar, Ankara 2011, s. 209–216
9. El İşlerinin Pazarlanmasının Başta Gelen Problemleri ve Onların Çözüm Yolları Lengüistik ve Psikolojik Yöntemler Işığında, "Türk ve Dünya Kültüründe Şanlıurfa" 14–16 Ekim 2010 tarihleri arasında gerçekleştirilen Uluslararası Sempozyumun bildiri kitapçığı, Şanlıurfa, 2011, s. 49–55
8. Türkçenin Ruslara ve Rus dili üzerinden diğer Slavyan halklarına öğretilmesinin bazı lengüistik ve psikolojik yönleri üzerine. "Dünya Dili Türkçe" 16–18 Aralık 2010 tarihleri arasında gerçekleştirilen III Uluslararası Sempozyumunun bildiri kitapçığı, İzmir, 2011, s.103–109
7. Sözün Oluşma ve Algılanmasının Şematik Modeli. Zeitschrift für die Welt der Türken Journal of World of Turks/ Vol. 3, No. 3. Berlin, 2011 http://www.dieweltdertuerken.org/index.php/ZfWT/article/view/197/askerov, s. 75–80
6.Востребованность лингвопсихологии или другой течении в психолингвистике. Научно-практическая конференция, посвященная 19-летию Комратского государственного университета. Наука, культура, образование, 11 февраля 2010 г., Комрат- 2010, с. 123–129
5.О моделировании механизма порождения и восприятия речи. Актуальные проблемы гуманитарных и естественных наук. Институт Стратегических Исследований. № 7, Москва, издательство "Литера", 2010, с.164–168.
4.Разграничение модуляции и мышления. "Культура народов причерноморья" İSSN 1562–0808, Таврический Национальный Университет им. В.И.Вернадского, Межвузовский центр "Крым", № 182, 2010, s.112–115.
3. Psikolengüistik araştırmalarda gerçeklik, tefekkür ve dil ilişkileri. İCANAS 38, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumunca düzenlenen Uluslararası Asya ve Kuzey Afrika Çalışmaları Kongresinin bildiri özetleri kitabı, Ankara, 2007, s. 6–7
2.Семантическая классификация деепричастных форм азербайджанского глагола. Тезисы первой конференции по теоретической лингвистике. Москва, 1993, s.10–11
1.Системность временных форм глагола (на материале турецкого глагола). Проблемы духовной культуры тюркских народов СССР. Уфа, 1991, s. 109–111.
Azərbaycanda nəşr olunmuş elmi məqalələrindən bəzi nümunələr
[redaktə | mənbəni redaktə et]41. Language of the "Voynich manuscript". Türkoligiya jurnalı. AMEA Dilçilik İnstitutu, Bakı, 2022, s. 93–105 (Həmmüəllif: Ahmet Ardıç)
40. Voyniç əlyazmasının dili haqqında. Professor Q. Kazımovu 85 illik yubleyinə hərs olunmuş elmi konfransın materialları. AMEA Dilçilik İnstitutu, Bakı, 2022, s. xx-xxxx (Həmmüəllif: Sevinc İsmayılova)
39. Sözün yaranma və mənimnsənilmə mexanizminin linqvo-psixoloji şərhi. "Dilçilik araşdırmaları" AMEA Dilçilik İnstitutu, Bakı, 2022, N 1, s. 120–132. (Həmmüəllif: Sevinc İsmayılova)
38. "Anlayış", "məna", "diskurs", "nitq" və "mətn" ətrafında müzakirələr. "Dilçilik araşdırmaları" AMEA Dilçilik İnstitutu, Bakı, "Elm", 2021, N 1, s. 72–79. (Həmmüəllif: S. R. Rzayeva)
37. Xəbərliyin semantik, morfoloji və sintaktik potensialı. "Dilçilik araşdırmaları" AMEA Dilçilik İnstitutu, Bakı, "Elm", 2019, N 2, s. 80–87. (Həmmüəllif: T. G. Məmmədova)
36. Diskurs, nitq, mətn və dil əlaqəsi. AMEA Dilçilik İnstitutunun əsərləri toplusu, N 1, "Elm və Təhsil", Baki 2018, s. 259–266
35. Azərbaycan Dövləti tərəfindən tətbiq edilən dil siyasəti (İsmayıllı, Qəbələ və Oğuz rayonları üzrə). "Terminologiya məsələləri" toplusu. Bakı, "Elm və təhsil", 2017, s. 46–52
34. Demokratik dil siyasəti modelinin prioritet istiqamətləri. "Dilçilik İnstitutunun əsərləri" toplusunun Roza Eyvazovanın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı. Bakı, "Elm və təhsil", 2017, s. 69–84
33. Dil siyasətinin nəzəri əsasları. АMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası N 1, Bakı 2017, s. 212–221
32."Tolerant Türk Birliyi"nin yaradılması tarixi zəruriyyətdir. Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar" mövzusunda beynəlxalq konfransın materialları. Bakı, "Elm və Təhsil", 2016, s. 38–41
31. Sözün fəlsəfi-məntiqi və linqvo-psixoloji mahiyyəti. Sivilizasiya, BAAU-nun elmi əsərlər toplusu, N 1, Bakı 2016, s. 4–11
30. Sərbəst və normalaşdırılmış nitqin linqvo-psixoloji fərqləri. АMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası N 1, Bakı 2016, s. 244–251
29."Теория лингво-психологического единства" – мультикультуральная теория, с потенциалом применения ко всем языкам мира. "Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri" adlı beynəlxalq konfransın materialları: Bakı – 8 – 9 sentyabr 2016, s. 24–34
28. Psixolinqvistika ilə bağlı yeni nəzəriyyə. "Türkologiya", Bakı, "Elm və təhsil", 2013, № 2, s. 3–15
27. Sözün yaranması və mənimsənilməsi prosesi dil və dərketmənin minimal vahidlərinin modulyatoru kimi. Dilçilik İnstitutunun əsərləri. N 2, Bakı, "Elm və təhsil", 2012, s. 134–141
26. Linqvo-psixologiyanin vahidləri və nəzəri əsaslari. "Filologiya məsələləri". АМЕА M. Füzuli adına Əlyazmaları İnstitutu. "Elm və Təhsil", Bakı, 2011, N 1, s. 145–153.
25. Qrammatik formaların linqvo-psixoloji mahiyyəti haqqında. "Türkologiya", № 1–2, Bakı, 2010, s.64–71.
24. Söz formalarının yaranmasının və mənimsənilməsinin modelləşdirilməsi. "Terminologiya məsələləri", AMEA Terminologiya komissiyası, Bakı, "Elm" 2010, s.78–84.
23. Leksik-qrammatik formaların linqvo-psixoloji təhlili. "Filologiya məsələləri". АМЕА M. Füzuli adına Əlyazmaları İnstitutu. "Elm və Təhsil", Bakı, 2010, N 1, s.40–52.
22. Leksik formaların linqvo-psixoloji təhlili. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2009, N 4, s. 13–22
21. Sözlərin və formaların əmələ gəlməsi. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2009, N 3, s. 61–68
20. Dərketmə və modulyasiya. "Dilçilik İnstitutunun əsərləri". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2009, N 1, s.219–228
19. Təfəkkür prosesləri baxımından dilin yaranması. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2008, N 4, s. 45–53
18. Dərketmə və təfəkkürün vahidləri. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Xəbərlər"i, Humanitar elmləri seriyası, Bakı, № 4, 2006, s. 115–119
17. Dil və dərketmədə qarşılıqlı əksolunmalar. "Elmi axtarışlar", AMEA Folklor İnstitutunun elmi toplusu, XXV buraxılış, Bakı, "Səda" 2006, s. 111–115
16. Sinktual dərketmədə dilin iştirakı. "Terminologiya məsələləri", AMEA Terminologiya komissiyası, Bakı, "Elm" 2006, с. 39–43
15. Dərketmənin mexanizmi. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2006, N 4, s. 44–59
14. Psixolinqvistik behaviorizm. АMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası N 2–4, Bakı 2006, s. 221–233
13. A. A. Leontyevin Nitq fəaliyyəti nəzəriyyəsi. "Dilçilik məsələləri". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2005, N 4, s. 47–55
12. N. Xomskinin transformativ psixolinqvistikası. "Dilçilik məsələləri". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2005, N 2 (3), s. 86–92
11. İnanc, alqış və qarğışların linqvopsixoloji kökləri. "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" III uluslararası folklor konfransının materialları. Bakı, 2005, s.251–256
10. L. S. Vıqotskinin dil nəzəriyyəsi ilə bağlı psixoloji görüşləri (linqvo-psixoloji problemlər seriyasından). "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2005, N 1, s. 19–28
9. Dilin psixolinqvistik mahiyyəti. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2004, № 2, s. 60–64
8. Ümumi dərketmə prosesində sinktual dərketmənin rolu (psixolinqvistik araşdırma). "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2004, № 1, s. 16–19.
7. Klassik nağıl süjetlərində zaman formaları ilə yaranan psixolinqvistik keçidlər. "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" II uluslararası folklor konfransının materialları. Bakı, 2004, s. 259–263
6. Gerçəklik elementinin intellekt obrazları. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2003, № 4, s. 39–43
5. Dərketmə və onun fazaları. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2003, № 4, s. 37–39
4. Dilin qloballaşması. "Tədqiqlər". АМЕА Dilçilik İnstitutu. Bakı, "Elm", 2003, № 2, s.19–23
3. Türk və Azərbaycan dillərində zaman formalarının müəyyən olunması meyarı. "Elmi axtarışlar". AMEA Ədəbiyyat İnstitutu. 3-cü toplu. Filologiya, tarix, incəsənət. Bakı, 2001, с. 172–176
2. Substantiv-adyektiv-adverbial fel formaları fellərdə ikinci təqdimat kateqoriyasının tərkib hissəsi kimi (Türk və Azərbaycan dilləri materialları əsasında). "Tədqiqlər". AMEA Dilçilik İnstitutu. Bakı, 2000, № 3, с. 42–59
1.Место сложных форм в общей системе временных форм турецкого глагола. Тюркология. Баку, 1992. № 2, s. 77–81
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sosiolinqvistika və psixolinqvistika". science.gov.az. 10 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2020.