Mayk Pens

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mayk Pens
ing. Mike Pence[1][2]
20 yanvar 2017 – 20 yanvar 2021
PrezidentDonald Tramp
ƏvvəlkiCo Bayden
SonrakıKamala Harris
bayraq
İndiana ştatının 50-ci qubernatoru
bayraq2
14 yanvar 2013 – 9 yanvar 2017
PrezidentBarak Obama
ƏvvəlkiMaykl Daniels
SonrakıErik Holkomb
Şəxsi məlumatlar
Doğum adı Michael Richard Pence[3][1][…]
Doğum tarixi 7 iyun 1959(1959-06-07)[3][1][…] (65 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, radioaparıcı[d]
Uşaqları 3[1]
Dini Katolisizm

İmzanın şəkli
trumpwhitehouse.archives.gov/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Riçard Pens (ing. Michael Richard "Mike" Pence; 7 iyun 1959[3][1][…]) — Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir.

Mayk Pens 1959-cu ildə ABŞ-nin İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsa da, seçilməmişdir. 1994–1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış, televiziya və radio verilişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təəssübkeşi kimi tanınmışdır.[6][7]

2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır. İndiana ştatının qubernatoru seçildikdən sonra ştat daxilində təhsil imkanlarının artırılması, vergi sisteminin nizamlanması və əhalinin rifah halının artılması sahəsində önəmli işlər görmüşdür. İndiana ştatında əldə edilmiş uğurlarla yanaşı, Mayk Pensin adı müxtəlif qalmaqallarla da hallanıb. İndiana ştatında Pensin qubernator olduğu müddətdə qəbul olunmuş Dini Azadlıqların Restavrasiyası Aktı iş dünyasının nümayəndələri və LGBT tərəfdarları tərəfindən müqavimətlə qarşılanmışdır. Nəticədə, Pens LGBT fərdlərinin hüquqlarını qoruyan əlavə qanun layihəsini qəbul etmək məcburiyyətində qalmışdır.[8] Bundan əlavə geniş müzakirələrə səbəb olmuş abort haqqında qanun layihəsi də Pens tərəfindən imzalanmışdır.

2016-cı ildə Amerika Birləşmiş Ştatlarında keçiriilən 58-ci prezident seçkiləri zamanı Mayk Pens ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən olan Donald Trampın vitse-prezidenti kimi mübarizəyə qoşulmuşdur. Respublikaçılar Partiyasının daxilində keçirilən praymerzlərdə qalib gələn Donald Tramp 2016-cı ilin 9 noyabr tarixində ABŞ Demokrat Partiyasından olan namizəd Hillari Klinton ilə apardığı prezidentlik mübarizəsində qalib gələrək 45-ci ABŞ prezidenti seçilmişdir. 2013-cü ildən etibarən İndiana ştatının qubernatoru vəzifələrini icra edən Mayk Pens 2017-ci ilin 20 yanvar tarixindən etibarən ABŞ-nin 48-ci vitse-prezidenti kimi vəzifələrinin icrasına başlayıb[9].

Mayk Riçard Pens 1959-cu ilin 7 iyun tarixində İndiana ştatının Kolumbs şəhərində Edvard və Nensi Penslərin altı uşaqlıq ailəsində dünyaya gəlmişdir. Yeniyetməlik dövründə yanacaqdoldurma məntəqəsində işləməyə başlamışdır.[10][11] Penslər ailəsi katolik icmasına daxil olan irlandlardan ibarət idi.[12] Ailənin İrlandiyadan Amerika Birləşmiş Ştatlarına mühacirət etməsi Mayk Pensin babasının adı ilə bağlıdır. Ricard Maykl Kouley İrlandiyanın Sliqo bölgəsindən Nyu-Yorkda miqrantların qəbul edildiyi Ellis adasına gəlmiş, sonralar İllinoys ştatının Çikaqo şəhərində avtobus sürücüsü işləməyə başlamışdır.[13] Nənəsi isə İrlandiyanın Donberq bölgəsindəndir.[14][15]

1977-ci ildə Kolumbs şəhərində yerləşən orta məktəbdən məzun olmuşdur. 1981-ci ildə Mədəniyyət ixtisası üzrə Hannover Kollecinə daxil olmuş, növbəti təhsilini isə İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə oxuyaraq əldə etmişdir. İndiana Universitetində olan hüquq təhsilini 1986-cı ildə tamamlamışdır. Hannover kollecində təhsil aldığı müddətdə, kollec daxilində fəaliyyət göstərən Phi Gamma Delta xeyriyyə təşkilatına üzv olmuş və bir müddət sonra həmin təşkilatda bölmə rəhbəri seçilmişdir.[16] Kollec təhsilini tamamladıqdan sonra 1981–1983-cü illərdə Kollec üzrə məsləhətçi vəzifəsində çalışmışdır.[17]

İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq təhsilini bitirdikdən sonra Pens özəl vəkillik xidməti göstərən şirkətlərdə hüquqşünas kimi işləməyə başlayır.[18] İctimai fəaliyyətini genişləndirməsi və işgüzar nüfuzunun olması Mayk Pensə İndiana ştatından ABŞ Konqresinə namizəd olmaq yolunu açır və ilk dəfə namizədliyini 1988-ci ildə irəli sürsə də seçilmir. Oxşar uğursuzluq iki il sonra keçirilən seçkilərdə də baş verir və nəticədə Pensin 1988 və 1990-cı illərdə ABŞ Konqresinə seçilmək cəhdləri uğursuzluqla nəticələnir.

Bu dövrlərdə mərkəzi İndiana ştatının Raşvil şəhərində yerləşən WIFE-FM radiosunda Mayk Pens Şou siyasi-tənqidi verilişinin aparıcısı olan Pens müxtəlif siyasi-iqtisadi mövzuların müzakirəsində fəal iştirak edir.[19][20] Fikirlərinə görə mühafizəkar Raş Limbotla müqayisə edilsə də, Pens özünü Raş Limbotun kofeinsiz forması kimi qələmə vermişdir.[21] Mayk Pens Şou siyasi-tənqidi verilişi WIBC radiosu da daxil olmaqla, 18 radio stansiyada yayımlanmışdır.[19] Radio verilişlərdən əlavə Pens, 1995–1999-cu illər ərzində həftə sonları İndianapolis şəhərində siyasi verilişlərə rəhbərlik etmişdir.[22][23]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 Vice President Mike Pence (ing.). 2017.
  2. Library of Congress Pence, Mike, 1959- // Library of Congress Name Authority File (ing.).
  3. 1 2 3 (not translated to en-gb) Tim Kaine v Mike Pence: what to know about the vice-presidential candidates (brit. ing.). The Guardian, 2016. ISSN 1756-3224; 1354-4322
  4. 1 2 GovTrack. 2004.
  5. 1 2 https://www.workwithdata.com/person/mike-pence-1959.
  6. Amber Phillips, 10 things you should know about Mike Pence, Donald Trump’s likely running mate Arxivləşdirilib 2019-12-13 at the Wayback Machine, The Washington Post (July 14, 2016).
  7. Michael Muskal, Mike Pence to run for Indiana governor: Republicans had expected Rep. Mike Pence, a 'tea party' favorite, to join the state race to succeed Gov. Mitch Daniels, who may make a run for the GOP presidential nomination Arxivləşdirilib 2018-06-23 at the Wayback Machine, Los Angeles Times (May 5, 2011).
  8. "Indiana business leaders embrace RFRA fix". Indy Star. 2 April 2015. 31 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2016.
  9. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
  10. "Wedding Bells Ring Out For 3 S. Side Couples". Chicago Daily Tribune. April 5, 1956. January 31, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2016.
  11. Cuetara, Ines De La. "Mike Pence: Everything You Need to Know". ABC News. July 14, 2016. December 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2016.
  12. Burton, Danielle (November 15, 2006). What You Didn't Know About Rep. Mike Pence of Indiana, U.S. News & World Report accessed March 31, 2015.
  13. Jason Deparle, Star of the Right Loses His Base at the Border Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine, New York Times (August 29, 2006).
  14. Carswell, Simon. "Mike Pence and Donald Trump's Irish connection: Doonbeg". The Irish Times. Mar 21, 2013. December 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2016.
  15. McMahon, Páraic. "Doonbeg links aplenty in US Presidential race". clareherald.com. 15 July 2016. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2016.
  16. Kelly, Niki. "Pence pegs Holcomb for state's No. 2 post". The Journal Gazette. February 10, 2016. November 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2016.
  17. Tony Cook. "Is Gov. Mike Pence moving to the center amid talk of presidential run?". The Indianapolis Star. May 31, 2014. January 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2016.
  18. "Here's what you should know about Mike Pence". Huffington Post. 2019-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.
  19. 1 2 "Mike Pence Congressional Papers". Indiana University. 2014. 2014-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.
  20. "Mike Pence and His Family". Mike Pence for Congress. January 19, 2001 tarixində orijinalından arxivləşdirilib.
  21. Montanaro, Domenica. "5 Things To Know About Mike Pence". NPR. July 14, 2016. April 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2016.
  22. "Arena ProFayl: Mike Pence". Politico. 2010. 2010-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.
  23. "Hear Mike Here!". WIBC. June 11, 2000 tarixində arxivləşdirilib.