Olimpiya oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi.
Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil.
1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi.
Sukan Olimpik Musim Panas | Sukan Olimpik Musim Sejuk | ||||||
---|---|---|---|---|---|---|---|
Tahun | Olimpiad ke- | Bandar Tuan Rumah | Negara | № | Bandar Tuan Rumah | Negara | |
1896 | I | Athens (1) | Yunani (1) | ||||
1900 | II | Paris (1) | Perancis (1) | ||||
1904 | III | St. Louis, Missouri(1) (1) | Amerika Syarikat (1) | ||||
1906 | Intercalated | Athens | Yunani | ||||
1908 | IV | London (1) | United Kingdom (1) | ||||
1912 | V | Stockholm (1) | Sweden (1) | ||||
1916 | VI (2) | Berlin | Empayar Jerman | ||||
1920 | VII | Antwerp (1) | Belgium (1) | ||||
1924 | VIII | Paris (2) | Perancis (2) | I | Chamonix (1) | Perancis (1) | |
1928 | IX | Amsterdam (1) | Belanda (1) | II | St Moritz (1) | Switzerland (1) | |
1932 | X | Los Angeles, California(1) | Amerika Syarikat (2) | III | Lake Placid, New York (1) | Amerika Syarikat (1) | |
1936 | XI | Berlin (1) | Jerman (1) | IV | Garmisch-Partenkirchen (1) | Jerman (1) | |
1940 | XII (3) | Tokyo→Helsinki | Jepun→
Finland |
V (2) | Sapporo→St Moritz→Garmisch-Partenkirchen | Jepun→
Switzerland→ Jerman | |
1944 | XIII (3) | London | United Kingdom | V (3) | Cortina d'Ampezzo | Itali | |
1948 | XIV | London (2) | United Kingdom (2) | V | St Moritz (2) | Switzerland (2) | |
1952 | XV | Helsinki (1) | Finland (1) | VI | Oslo (1) | Norway (1) | |
1956 | XVI | Melbourne (1) +
Stockholm (2)(4) |
Australia (1) +
Sweden (2) |
VII | Cortina d'Ampezzo (1) | Itali (1) | |
1960 | XVII | Rome (1) | Itali (1) | VIII | Squaw Valley, California (1) | Amerika Syarikat (2) | |
1964 | XVIII | Tokyo (1) | Jepun (1) | IX | Innsbruck (1) | Austria (1) | |
1968 | XIX | Mexico City (1) | Mexico (1) | X | Grenoble (1) | Perancis (2) | |
1972 | XX | Munich (1) | Jerman Barat (2) | XI | Sapporo (1) | Jepun (1) | |
1976 | XXI | Montreal, Quebec (1) | Kanada (1) | XII | Innsbruck (2) | Austria (2) | |
1980 | XXII | Moscow (1) | Kesatuan Soviet (1) | XIII | Lake Placid, New York (2) | Amerika Syarikat (3) | |
1984 | XXIII | Los Angeles, California (2) | Amerika Syarikat (3) | XIV | Sarajevo (1) | Yugoslavia (1) | |
1988 | XXIV | Seoul (1) | Korea Selatan (1) | XV | Calgary, Alberta (1) | Kanada (1) | |
1992 | XXV | Barcelona (1) | Sepanyol (1) | XVI | Albertville (1) | Perancis (3) | |
1994 | XVII | Lillehammer (1) | Norway (2) | ||||
1996 | XXVI | Atlanta, Georgia (1) | Amerika Syarikat (4) | ||||
1998 | XVIII | Nagano (1) | Jepun (2) | ||||
2000 | XXVII | Sydney (1) | Australia (2) | ||||
2002 | XIX | Salt Lake City, Utah (1) | Amerika Syarikat (4) | ||||
2004 | XXVIII | Athens (2) | Yunani (2) | ||||
2006 | XX | Turin (Torino) (1) | Itali (2) | ||||
2008 | XXIX | Beijing (1) (5) | China (1) | ||||
2010 | XXI | Vancouver, British Columbia (1) | Kanada (2) | ||||
2012 | XXX | London (3) | United Kingdom (3) | ||||
2014 | XXII | Sochi (1) | Rusia (1) | ||||
2016 | XXXI | Rio de Janeiro (1) | Brazil (1) | ||||
2018 | XXIII | Pyeongchang (1) | Korea Selatan (1) | ||||
2021(6) | XXXII | Tokyo (2) | Jepun (2) | ||||
2022 | XXIV | Beijing (2) | China (2) |
Mahiyyəti
[redaktə | mənbəni redaktə et]Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı.
Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Qədim Yunanıstanda stadion, teatr və məbəd müqəddəs yer sayılmışdır. Burada iki şəhərdə Olimpiya və Delfidə hər 4 ildən bir xoş məramlı oyunlar keçirilirdi.Bu şəhərlərdə keçirilən oyunlardan əlavə, şer, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslər bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirirdilər.
Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub saxlamışdır. Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.
Müasir Olimpiya oyunlarını bərpa edərkən baron Pyer de Kuberten olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman mübarizəsinin simvolu kimi qəbul etmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Fransız pedaqoqu baron 'de Kubertenə qədər Olimpiya oyunlarının bərpası ilə məşğul olanlar olmuşdur. Məsələn, İtaliyanın görkəmli dövlət xadimi Mateo Palmiyer hələ intibah dövründə antik Olimpiya oyunlarının bərpası ilə məşğul olmuşdur. Sonrakı cəhdi ingilislərdən Robero Dovero və Jilberta Vesta (1703–1756) etmişlər. J.Vesta özünün doktorluq dissertasiyasını bu mövzuya həsr etmişdir.
1779-cu ildə Şimali Amerika konqresmeni U.Drayton yunan Olimp oyunlarının bərpası ilə bayramların keçirilməsini təklif etmişdir. XIX əsrin ortalarında tədqiqatçı doktor U.Bruksom beşnövçülük üzrə oyun keçirmişdir. 1793-cü ildə alman bədən tərbiyəsi nəzəriyyəsi üzrə mütəxəssis İohan Kristof, Fridrik Quts-Muts cəhdlər göstərmişlər. Yunanıstanda 1832-ci və 1858-ci illərdə də belə cəhdlər göstərilmişdir. Yunan ordusunun mayoru böyük enerjiyə malik E.Tsappas (1800–1859) Olimpiya oyunlarının bərpası ideyasını yunan Kralına təklif edir. O öz hesabına "Olimpiya" fondu yaradır. Kralın qərarı ilə təşkilat komitəsi yaradılır və 1859-cu ildə Afinada "Panellin Olimpiadası keçirilir. Olimpiya ideyalarının təbliğatçılarından A.Kuper, arxeoloq Ernest Kursius, alman B.Bazedov, K.Zaltsman, Q.Spenser, Q.Fitt, F.Yan, ingilis C.Lokk, Q.Kinqls, T.Arnold, fransiz J.J.Russo, D.Amoros, Q.Domen, isveç P.Linq, çex mütəxəssisi M.Tırş və başqaları bu sahədə böyük iş aparmışlar.
XIX əsrin axırlarında fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsinin qərara almışlar. Məhz bu işi 1889-cu ildə P.Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, universitetlərdə, kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. O, əsasən, yunanların 1859–1889-cu illərdə keçirdikləri oyunları dərindən öyrənir. 1892-ci il noyabrın 25-də Fransaya qayıdır və Sorbon Universitetində özünün məşhur "Olimpiya renessans" adlı mühazirəsini oxuyur.
Yalnız XIX əsrin sonunda müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər yazıldı. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birlikləri yaradılması Fransanın ictimai xadimi Pyer dö Kubertenə Olimpiya oyunlarını canlandırmaq ideyasını həyata keçirməyə imkan verdi.
1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması layihəsi ilə çıxış etdi. Təsis konqresi Kubertenin təklifini bəyəndi. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Onun tərkibinə konqresdə iştirak edən ölkələrin (13 ölkənin) nümayəndələrindən fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və macarlar BOK-un yaradılmasına səs verdilər.
Təsis konqresi Kubertenin Olimpiya oyunlarının əsas prinsipləri, qayda və müddəalarının xartiyasını bəyəndi. Konqres Olimpiya oyunlarını antik ənənələr üzrə — dörd ildə bir dəfə keçirməyi qərara aldı. Kuberten müasir dövrün birinci Olimpiya oyunlarını 1900-cü ildə Parisdə keçirməyi təklif etdi. Hamı buna səs verdi. Lakin Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas Olimpiadanı altı il gözləməyərək ilk oyunları 1896-cı ildə keçirməyi təklif etdi."Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər ellinlər torpağı, antik Olimpiadalar beşiyi Olimpiya oyunlarını bundan dörd il əvvəl keçirməyə layiq deyildirmi?" Təklif qəbul olundu. BOK-un ilk prezidenti D.Vikelas, baş katib isə Pyer de Kuberten seçildi. O, həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur.
Beləliklə, I Olimpiya Xartiyası təsdiq olundu və I Olimpiya oyunlarının müddəti və keçirilmə yeri müəyyən edildi: 1896-cı il, Yunanıstanın paytaxtı Afina şəhəri.
23 iyun 1896-cı ildə konqresin axırıncı iş günü BOK-un II sessiyasında nümayəndələrə təqdim olundu ki, BOK-un I prezidenti, məşhur yunan şairi və ictimai xadimi Demetrios Vikelos öz səlahiyyətlərini bütünlüklə Olimpiya hərəkatının bərpasında daha böyük xidmətləri olan P.Kubertenə verir.
Qədim olimpiya oyunlarının yaranması
[redaktə | mənbəni redaktə et]Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla tanrıların məkanı hesab olunurdu. Tanrıların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır. Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfə e. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Olimpiya oyunları 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi. Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.
Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.
Klassik dövr (e.ə. 5–4 əsrlər) Olimpiya oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), həmçinin incəsənət müsabiqələri və s. daxil idi.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Əsrlər keçməsinə baxmayaraq Olimpiya oyunları öz tərbiyəvi əhəmiyyətini itirməmişdir. Zevsin heykəlində qeyd edilmişdir: "Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar". Bu yarışlara ölkənin azad və ən layiqli vətəndaşları buraxılırdı. Hakimlər atletləri bu sözlərlə yarışa çıxarırdılar: "Əgər sən məşq etmisənsə və bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və istədiyin tərəfə çıx get"
Bu fəlsəfi ideya insanları cəsarətə, qüdrətli olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırmışdır. Öz şəxsi mənafeyi, varlanmağı naminə yarışlarda iştirak edənlər ifşa olunur, onları qorxaq və bədbəxt adamlar adlandırırdılar. Yarışlar zamanı rəqiblə kobud rəftar etmək, bilərəkdən və ya təsadüfən onu öldürmək qəti qadağan idi, hakimləri ələ almaq istəyənləri isə ölüm gözləyirdi.
Qadınlar bu oyunlara nəinki iştirakçı, hətta tamaşaçı kimi də buraxılmırdı. Rəvayətə görə, tamaşaçılar arasında öz həyat yoldaşının paltarlarını geymiş Kallirpateria oğlu Olimpiya çempionu olduqda həyəcanını gizlədə bilməyərək stadiona atılmış və oğlunu qucaqlamışdır. Qadın həyəcandan yerişini və geydiyi paltarı unudur, başından papağı düşür, uzun hörükləri sallanır. Hakimlər və tamaşaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin Kallipaterianın atası Diaqor və oğlu müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri olduqlarına görə onu bağışlamışdılar. Sonrakı illərdə elə qərar qəbul etmişdilər ki, idmançılar, məşqçilər və xidmətçilər yarış yerinə çılpaq gəlməli və mandatdan keçməli olmuşlar.
İlk vaxtlar Olimpiya oyunlarında idmançılar yalnız stadionun uzunluğuna bərabər olan 192, 27 m (stadiya) məsafə qət etmək üzrə yarışırdılar. Sonralar proqrama ağır hərbi alətlərlə silahlanmış piyadaların qaçışı, güləşmə, uzununa tullanma, nizə və disk atmaq, iri təkərli arabalarda yürüşlər daxil edildi. Hətta ilk vaxtlarda Oyunlarda yalnız yuxarı yaşlı, hərbi çağırışlı yunanlar da iştirak edə bilirdilər. 37-ci Olimpiya oyunlarından sonra uşaqların də iştirakı üçün xüsusi gün ayrıldı.
Maraqlıdır ki, yarışlarda iştirak etmək istəyən hər bir idmançı mütləq bütün növlərdə çıxış etməli idi. Hərtərəfli inkişaf etmiş ən güclü, ən çevik idmançı qalib gələ bilirdi. Oyunların məzmunu və qaydaları iqtisadi və sosial hadisələrin təsiri, həm də quldarlıq dövrünün aramsız müharibələri nəticəsində tez-tez dəyişirdi. Amma bütün bunlara baxmayaraq Olimpiadalar sülhün rəmzi ifadəçisi kimi qalmaqda idi. Olimpiya oyunları zamanı Yunanıstanda müharibələr dayandırılır.
Oyunlar keçirilən günlərdə incəsənət müsabiqələri keçirilir, mahnılar ifa olunurdu. Məşhur tarixçi Herodot, filosof Sokrat, natiq Demosfen, yazıçı Lukian, riyaziyyatçı Pifaqor və digər görkəmli şəxslər belə tədbirlərdə həvəslə iştirak etmişlər. Məşhur şəxsiyyətlərdən Makedoniyalı Filipp at çapmaq üzrə, Platon İstmya, Pifiya oyunlarında və Pifaqor Olimpiya oyunlarında iştirak etməklə yanaşı, həm də yumruq döyüşündə yarışların qalibi adını almışdtlar.
Eramızdan əvvəl V əsrdə Olimpiya oyunları daha geniş şəkil alaraq 5 gün uzadılmışdı. Bu oyunlar Peloponnes əyalətinin Kronos dağı ətəyində yerləşən Olimpiya vadisində 4 ildən bir Olimpiya oyunları adı altında keçirilmişdir. İndi də bura yunanlar üçün müqəddəs yer sayılır. Yunanların qədim ənənəsi əsasında bizə məlum olmuşdur ki, ilk Olimpiya çempionlarının adları Alfey çayının sahili boyunca ucaldılmış mərmər sütunlarda həkk edilmişdir. O vaxt Olimpiya oyunlarında iştirak etmək istəyən adamların adları xüsusi siyahıya qeyd edilirdi. Yarışda iştirak edəcək atlet 10 ay ərzində öz hesabına xüsusi məktəblərdə yarışlara hazırlaşırdı. Qədim Olimpiya oyunlarında təkcə idman, hərbi hazırlıq deyil, həm də mənfəət gətirən təmtəraqlı incəsənət müsabiqələri və yarmarkalar da fəaliyyət göstərirdi.
Qədim Yunanıstanda Olimpiya oyunlarının keçirildiyi yerdə indi Olimpiya muzeyi fəaliyyət göstərir. Burada saxlanılan 1435 kq ağırlığında nəhəng qaya daşı tamaşaçıların diqqətini cəlb edir. Qayanın üzərində qədim yunan dilində yazılmışdır: Milon məni bir əli ilə başı üzərinə qaldırdı. Eramızdan əvvəl VI əsrdə yaşamış Milon adlı atlet həqiqətən, görkəmli rekord əldə etmişdi. Milonun müasiri pəhləvan Yevimast 480 kq ağırlığı olan qaya parçasını yerdən qaldırmışdır.
Qədim mərmər pillələrin birində yunan atleti Failin Olimpiya oyunları zamanı 16 metr uzununa tullandığı yazılmışdır. Bu müasir atletika nailiyyətindən iki dəfə artıqdır. Olimpiadanın digər iştirakçısı Flegey lövhəni 50 metr uzağa atmışdır. Qeyd edək ki, qədim lövhələrin çəkisi indikilərdən bir yarım dəfə artıq olmuşdur. E.ə. V əsrdə yaşamış atlet Polidam əlləri ilə şiri boğmuşdur. Lakin tarixçilər həmin atletin 93-cü Olimpiya oyunlarındakı qələbəsini bundan daha yüksək nailiyyət hesab etmişlər.
Polidam ən ağır yarış növü olan pankration (güləşmə ilə yumruq vuruşu elementlərini özündə birləşdirir) üzrə Olimpiya çələngini qazanmışdır. O, çoxsaylı rəqiblərinə qalib gəlmiş, təkcə bir zərbə almışdır. Altı Olimpiya oyunlarında qalib gəlmiş Milon Kroton e. ə. 536-cı ildə ilk dəfə gənclər arasında mübarizədə qalib gəlmiş və sonuncu çələngini 20 il keçəndən sonra almışdı.
Oyunlar 1170 il davam etmişdir. Roma imperatoru I Feodosinin (eramızın 394-cü ilində) olimpiadaları ləğv etmək əmrinə qədər qədim Yunanıstanda 293 belə olimpiya oyunu keçirilmişdir. 32 il sonra (426-cı ildə) idman şənliklərini insanların yaddaşından silmək üçün Roma imperatoru I Feodosi Olimpiya şəhərini yandırmağı əmr etmişdi. Həmin yanğından sonra Yunanıstanda memarlıq və mədəniyyət mərkəzi olan Olimpin salamat qalmış bəzi tikililəri də 511 və 522-ci illərdə baş vermiş dəhşətli zəlzələlər zamanı tamamilə dağılmışdı. Tarixçilər və mütəxəssislər uzun illər boyu idmançıların yarışlarda iştirakını təkcə təbii güc və sağlamlıq ilə deyil, həm də gərgin məşq etmələri ilə əlaqələndirirlər. Milon gəncliyində bir illik dananı çiyinlərinə qaldıraraq hər gün şəhər ətrafında gəzdirməyə başlamışdır. Dörd ildən sonra isə o, dörd yaşlı öküzü çiyinlərində Olimpiya stadionuna gətirdiyi zaman hamını heyran etmişdir. XII əsrdə yaşamış Nizami Gəncəvinin "Fitnə" personajı bu səpgidə qələmə alınmışdır. Yunanıstanın şəhərlərində ümumyunan Olimp oyunları ilə yanaşı kiçik oyunlar da keçirilirdi. Bu oyunların da quldarlıq dövlətlərinin ictimai-siyasi həyatında böyük əhəmiyyəti var idi. "Istmiy", "panafiney", "pifiy", "hemey" və s. adlı oyunlar olmuşdur. Bu oyunların məqsədi bu və ya digər şəhər dövlətinin daxilində quldarlıq dövlətinin hərbi qüdrətini nümayiş etdirmək və hərbi birliyə nail olmaq idi. Ümumyunan və regional oyunları keçirmək üçün Yunanıstanın Olimp, Delf, Pirey, Milet və digər rayonlarında böyük miqdarda stadionlar inşa olunmuşdu ki,onların xarabalıqları bizim dövrədək qalmışdır.
On beş əsr keçəndən sonra Olimpiya oyunlarının yenidən keçirilməsi məsələsi meydana gəlir. 1829-cu ildə Yunanıstan istiqlaliyyət qazandıqdarı sonra idman bayramlarını bərpa etmək üçün səylər göstərildi. Yalnız 1824-cü ildə ingilis arxeoloqu lord Stanxof Alfey sahillərində qazıntı işlərinə başladı. Məhz o, antik dövrlər Olimpiadası stadionunun planını müəyyənləşdirə bildi.
1859-cu ildə yunan ordusunun mayoru böyük vəsaitə malik olan Evangelis Sappas "Panellin Olimpiada"sını təşkil etdi. Burada başqa ölkələrin idmançıları iştirak etmirdilər. Yarışlar Afina meydanlarının birində keçirilirdi. Bu yarışı 22 min yunan izləmişdir. Qalibləri zeytun budağından hazırlanmış çələng ilə mükafatlandırırdılar. 1889-cu ildə yenidən qədim Elladada keçirilən oyunları bərpa etmək üçün iki dəfə cəhd göstərilmişdir.
Olimpiya xartiyası
[redaktə | mənbəni redaktə et]Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya hərəkatı məsələləri üzrə nizamnamə və sənədlər toplusu (əsas məqsədləri, prinsipləri, əsasnaməsi, Olimpiya oyunlarının təşkili və keçirilməsi qaydaları və s.) Pyer de Kuberten tərəfindən təklif olunmuş, Olimpiya xartiyasının əsasları 1894-cü ilin iyununda Parisdə keçirilmiş Beynəlxalq İdman Konqresində təsdiq edilmiş və müasir Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Sonralar Olimpiya xartiyasına bir sıra əlavələr edilmiş, izahlar və təlimatlar tərtib olunmuşdur, lakin Kubertenin işləyib hazırladığı Əsasnamədə bu günə qədər əsaslı dəyişiklik edilməmişdir.
Olimpiya xartiyası 5 bölmədən ibarətdir.
- Olimpiya xartiyasının birinci bölməsi Olimpiya hərəkatının əsas prinsiplərinə həsr olunmuşdur. Bu prinsiplər həvəskarlar idmanının əsası sayılan fiziki və mənəvi keyfiyyətlərin inkişafına təsir göstərməyə, gəncləri idman vasitəsilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etməyə, sülh yaratmağa kömək edir. Bütün dünyada xalqların xeyirxah iradəsini stimullaşdıran Olimpiya prinsipləri gəncləri böyük idman bayramlarında Olimpiya oyunlarında birləşdirməkdir. Olimpiya oyunları bütün ölkələrin həvəskar idmançılarını — vicdanlı və bərabər hüquqlu insanları yarışlarda birləşdirir. Bu ölkələr və ya ərazilər arasında deyil, Olimpiya oyunlarında həmin ölkənin və ya ərazinin idmançılarının iştirak etmək hüququnu ölkələrdə mövcud olan və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış Milli Olimpiya Komitəsi müəyyənləşdirilir. Ölkələrə və ya ayrı-ayrı şəxslərə qarşı irqi və dini ayrı-seçkiliyə və ya siyasi motivlərə yol verilmir. BOK Olimpiya oyunlarını keçirmək şərəfinə ölkəni və ya ərazini deyil, böyük şəhəri layiq görür. Olimpiya oyunlarını keçirməyə dair məsuliyyəti ölkənin seçilmiş şəhərinin Milli Olimpiya Komitəsi daşıyır.
- Qış Olimpiya oyunları ayrıca təşkil edilir. O, Yay Olimpiya oyunlarından 2 il sonra keçirildi. Oyunlardan gələn gəlir yalnız Olimpiya hərəkatının və həvəskarlar idmanının inkişafına sərf olunur.
Həmin bölmədə Olimpiya bayrağı, Olimpiya rəmzinin təsviri və nizamnaməsi verilmişdir. Bunlar BOK-un müstəsna dərəcədə şəxsi malı hesab olunur. Burada Olimpiya məşəli və Olimpiya emblemi barədə əsasnamə də verilmişdir. Ikinci bölmədə Beynəlxalq Olimpiya Komitəsi, onun hüquqi statusu, məqsədi, BOK-un hüquqları, onun təşkili və quruluş prinsipləri, bu komitəyə üzv olma, icraiyyə komitəsi iclasları və sessiyaları təsvir olunmuş, habelə BOK-un vəsaiti göstərilmişdir.
- Üçüncü bölmədə "Milli Olimpiya Komitələri" (MOK) haqqında məlumat vardır. Milli Olimpiya Komitələrinin yaradılmasını xarakterizə edən qaydalar, habelə MOK-un və onun üzvlərinin hüquq və vəzifələri haqqında məlumat verilmişdir.
- Dördüncü bölmə "Olimpiya oyunları" adlanır. Bura daxildir: idmançıların Olimpiya oyunlarına buraxılması kodeksi (həvəskar idmançı statusunun müəyyən edilməsi), tibbi kodeks (Olimpiya oyunları iştirakçılarının tibbi nəzarəti haqqında, dopinqin qadağan edilməsi haqqında və i. a.), idmançıların milli Olimpiya Komitəsi tərəfindən iştirakı şərtləri haqqında, BOK tərəfindən beynəlxalq idman federasiyalarının tanınması siyahısı, məzmun haqqında əsasnamə, Olimpiya oyunları proqramının müəyyən edilməsi və ona yenidən baxılması, bu proqrama idman növləri və ayrı-ayrı idman növlərinin daxil edilməsi, milli-mədəni proqram haqqında, Olimpiya oyunlarında komandaların (idmançıların) iştirakı haqqında sifarişlərin və digər sənədlərin tərtibi haqqında, habelə hakimiyyət və xidməti şəxslərin tərkibi haqqında, onların Olimpiya kəndində və ondan kənarda yerləşdirilməsi haqqında, Olimpiya stadionunda və digər idman qurğularında rəsmi şəxslərin, jurnalistlərin və i. a. yerləşdirilməsi qaydaları. Bu bölməyə, həmçinin Olimpiya mükafatları haqqında əsasnamə, habelə Olimpiya oyunlarını kütləvi informasiya vasitələrilə işıqlandırmaq qaydaları daxildir.
- Beşinci bölmə "Olimpiya oyunları protokolu" adlanır. Burada milli Olimpiya komitəsinin olimpiya oyunlarına hazırlıq və keçirmək haqqında səlahiyyətini Olimpiya oyunları Təşkilat Komitəsinə vermək haqqında əsasnamə (burada sonuncunun statusunun, hüquqlarının və vəzifələrinin müəyyən edilməsi haqqında), Olimpiyadanın qaydası, Olimpiya oyunlarının keçirilməsi müddətləri və davam etməsi qaydaları (Olimpiya şəhəri haqqında, Olimpiya oyunlarına hazırlıq və onu keçirmək haqqında), təntənəli açılışı, oyunların bağlı elan olunması, mükafatçıların təltif edilməsi öz əksini tapır. Siyasi, dini və ya irqi xarakterli təbliğat tədbirlərinin, habelə kommersiya reklamlarının keçirilməsi haqqında qadağalar və s. göstərilir.[1]
Yay Olimpiya oyunlarının Komanda halında qalibləri
[redaktə | mənbəni redaktə et]Qış Olimpiya oyunlarının komanda halında qalibləri
[redaktə | mənbəni redaktə et]№ | il | 1-ci yer | 2-ci yer | 3-cü yer |
---|---|---|---|---|
I | 1924 | Norveç | Finlandiya | Avstriya |
II | 1928 | Norveç | ABŞ | İsveç |
III | 1932 | ABŞ | Norveç | İsveç |
IV | 1936 | Norveç | Almaniya | İsveç |
- | 1940 | 2-ci Dünya müharibəsi səbəbiylə keçirilmədi | ||
- | 1944 | 2-ci Dünya müharibəsi səbəbiylə keçirilmədi | ||
V | 1948 | Norveç | İsveç | İsveçrə |
VI | 1952 | Norveç | ABŞ | Finlandiya |
VII | 1956 | SSRİ | Avstriya | Finlandiya |
VIII | 1960 | SSRİ | Almaniya | ABŞ |
IX | 1964 | SSRİ | Avstriya | Norveç |
X | 1968 | Norveç | SSRİ | France |
XI | 1972 | SSRİ | GDR | İsveçrə |
XII | 1976 | SSRİ | GDR | ABŞ |
XIII | 1980 | SSRİ | GDR | ABŞ |
XIV | 1984 | GDR | SSRİ | ABŞ |
XV | 1988 | SSRİ | GDR | İsveçrə |
XVI | 1992 | Almaniya | Amerika Birləşmiş Ştatları | Norveç |
XVII | 1994 | Rusiya | Norveç | Almaniya |
XVIII | 1998 | Almaniya | Norveç | Rusiya |
XIX | 2002 | Norveç | Almaniya | ABŞ |
XX | 2006 | Almaniya | ABŞ | Avstriya |
XXI | 2010 | Kanada | Almaniya | ABŞ |
XXII | 2014 | Rusiya | Norveç | Kanada |
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Olimpiya oyunlarının tarixi". 2011-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-06.