Pançala
Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhand [1] və Uttar Pradeş [2][3][4] ştatlarının ərazisində, Qanq və Camna çayları arasında yerləşən tarixi region.
Haqqında
[redaktə | mənbəni redaktə et]Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka [5] və Tayttiriya [6] geniş yayılmışdır.
Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi. (Tarixi mənbələrdə bu şəhər Adxiçxatra və ya Çxatravati adları ilə də qeydə alınmışdır). Dakşina-Pançalanın paytaxtı isə mənbələrdə Kampilya və ya Kampil adları ilə tanınan şəhər olmuşdur. Pançalanın ərazisində, həmçinin məşhur Kanyakubca (Kannauc)[7] şəhəri də yerləşirdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Witzel, Michael (1995), "Early Sanskritization: Origin and Development of the Kuru state", EJVS vol. 1 no. 4 (1995)
- Raychaudhuri, H.C. Political History of Ancient India, Calcutta: University of Calcutta,(1972)
- Lahiri, B. Indigenous States of Northern India (Circa 200 B.C. to 320 A.D.), Calcutta: University of Calcutta, (1974).
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- Coins of Panchala janapada (ing.)
- Panchal Details from IGNCA Arxivləşdirilib 2010-02-17 at the Wayback Machine (ing.)
- Coins of Post-Mauryan Panchala Kingdom
Istinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.india9.com/i9show/-Uttaranchal/Ramnagar-30739.htm Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine India9.com: Ramnagar, Uttarakhand
- ↑ Virendra N. Misra, Peter Bellwood. Recent Advances in Indo-Pacific Prehistory: proceedings of the international symposium held at Poona. 1985. səh. 69. ISBN 90-04-07512-7. İstifadə tarixi: 23 July 2012.
- ↑ Bridget Allchin, Frank Raymond Allchin. The Rise of Civilization in India and Pakistan. Cambridge University Press. 29 July 1982. səh. 58. ISBN 0-521-28550-X. İstifadə tarixi: 23 July 2012.
- ↑ Hasmukhlal Dhirajlal Sankalia, Shantaram Bhalchandra Deo, Madhukar Keshav Dhavalikar. Studies in Indian Archaeology. Popular Prakashan. 1985. səh. 96. ISBN 0-86132-088-3. İstifadə tarixi: 23 July 2012.
- ↑ Шаунака // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907
- ↑ Albrecht Weber, Die Taittirîya-SaṃhitâIAST, Leipzig, Indische Studien 11-12, Brockhaus (1871, 1872) etext Arxivləşdirilib 2008-05-10 at the Wayback Machine
- ↑ Rama Shankar Tripathi. History of Kanauj: To the Moslem Conquest. Motilal Banarsidass Publ. 1989. səh. 2. ISBN 978-81-208-0404-3, ISBN 978-81-208-0404-3. 2014-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-11.