Platon Akademiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akademiya qədim Afina xəritəsində

Platonun AkademiyasıE.ə. 380-ci illərdə Afina yaxınlığında mifik qəhrəman Akademanın[1] şərəfinə adlandırılmış bölgədə Platon tərəfindən əsası qoyulmuş dini-fəlsəfi birlik.

Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm sistemini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfəkkürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideyalar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyulmuş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokritin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik sistemi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən keçirərək, dünyanı şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış (ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi: ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uyğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiyyatı cilovlama – ağılın və ya özünü ələ almanın16 əsası kimi. Bu məziyyətlərin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır.[2]

Akademiyada müxtəlif elm sahələri tədqiq olunurdu:fəlsəfə, riyaziyyat, astronomiya, təbiət elmləri və s. Akademiya daxilində böyüklər və kiçiklər qrupu mövcud idi və əsas tədris metodu dialektika (dialoq) idi.

Akademiyanın devizində riyaziyyatın rolu xüsusi qeyd olunur: "Həndəsəni bilməyən gəlməsin!". 529-cu ildə imperator I Yustinianın əmri ilə Afinada bütün fəlsəfi məktəblər bağlanmışdır.

Akademiyanın tarixi mərhələləri

[redaktə | mənbəni redaktə et]

Akademiyanın (və ya platonizmin) 3 tarixi mərhələsi olmuşdur.

  1. Qədim;
  2. Orta;
  3. Yeni.

Qədim platonizm öz növbəsində 3 mərhələyə bölünür. Bunlar Birinci, İkinciÜçüncü Akademiya adlanır. Orta platonizm Dördüncü Akademiya sayılır. Beşinci Akademiya isə neoplatonizm (yeni-platonçuluq) adlanır.

"Afina məktəbi", Rafael, 1511-ci il

Birinci Akademiya

[redaktə | mənbəni redaktə et]

Platondan sonra qədim Akademiyanın başçısı (skolarxı) Spevsippus (m. ö. 409 – 339) olmuşdur. O, ontoloji problemlərə diqqət yetirib Platon təlimini təkmilləşdirmişdir. Bundan başqa Spevsippus çevrənin qavranılması probleminə dair fikirlər irəli sürmüşdür

Əsas məqalə: Spevsippus

Spevsippusdan sonra Akademiyaya Kalkedonlu Ksenokrates (m. ö. 395 – 314) başçılıq etmişdir. O, fəlsəfəni sistemləşdirməyə cəhd etmişdir. O da ontoloji problemlərə diqqət yetirmiş, varlığın tərkibi kimi Vahid, Əgl və Ruh haqqında düşüncələrlə çıxış etmişdir. O həm də mistikaya meylli olmuşdur.

Əsas məqalə: Ksenokrates (Kalkedonlu)

Qədim Akademiyanın daha bir başçısı (skolarxı) Polemon (yun. Πολέμων, m. ö. 350 – 270) olmuşdur. O, Ksenokratesin fikirlərini inkişaf etdirmiş, daha da çox əxlaqi məsələlərə önəm vermişdir. Onun fikrincə hər bir canlı özünə qayğı göstərir, özünü qoruyur və sevir, təbiət tərəfindən verilmiş özəllikləri gerçəkləşdirmək istəyir. Buna görə də, həyatı təbiətlə uyğunlaşaraq sürmək lazımdır. Əslində xoşbəxtlik də budur[3], o ərdəmsiz əldə olunmaz[4]. Polemon çoxlu kitab yazsa da, zamanımıza onun bu əsərləri gəlib çatmamışdır.

Polemondan sonra qədim Akademiyaya Krates (yun. Κρατής, ölüm tarixi təxminən m. ö. 268) başçılıq etmişdir. Onun da əsərləri zamanımıza gəlib çatmamışdır. Kratesin haqqında yalnız o məlumdur ki, o, Platon məktəbinin ənənələrini qorumuşdur.

Ondan başqa qədim Akademiyanın tanınmış nümayəndələri sırasında Pontlu Heraklides və Knidoslu Eudoksus da olmuşdurlar. Ancaq, onlar bir çox məqamlarda Platonun təlimindən fərqli mövqelərdən çıxış edirdilər. Ona görə də, bir çox tədqiqatçılar onları Platonun sadiq ardıcılları sırasına daxil etmirlər.

Heraklides (yun. Ἡρακλείδης, m. ö. 390 – 310) hesab edirdi ki, hər şey ən kiçik və bölünməz cismlərdən ibarətdir. Atomlar olan bu cisimlər ilahi Əqldən doğur. Ruhların isə tərkibi efirdən ibarətdir. Onlar öncə göylərdə yaşayır, sonra insan bədəninə köçürlər[5].

Heraklides həm də astronomiya elmi ilə məşğul olmuşdur. Onun fikrincə yer öz oxu ətrafında fırlanır, göy isə hərəkətsizdir; ulduzlar kürə formasında olan yerə bənzər dünya cisimləridir[6].

Eudoksus (yun. Εὔδοξος, m. ö. 408 – 355) daha çox riyaziyyat və həndəsə elmləri ilə məşğul olmuşdur. İlk dəfə Yunanıstanda mütəmadi olaraq göy cisimlərini müşahidə etmək üçün elmi mərkəz yaratmışdır. Fəlsəfədə Eudoksus daha çox ontologiya, qnoseologiya və əxlaq sahələrində fikirlər irəli sürmüşdür. Onun fikrincə dünya birdir və bölünməzdir. Onun dərk edilməsində də duyğular və əqli fəaliyyət birlik təşkil edir.

Platon hesab edirdi ki, ideyalar düşüncə ilə dərk edilən əbədi varlıqlardır. Eudoksus onunla razılaşmayaraq onları hər bir şeydə olan qatqı kimi təsəvvür edirdi. Bir şeyə ağ qatılsa, o da o şeyin ağlığının səbəbi olduğu kimi, ideyalar da bunun kimi hər şeyin səbəbidir[7].

Eudoksusa görə ən yüksək ərdəm və xeyir həzz almaqdır. Hər şey ona doğru yönəlir və o hər şeyin məqsədidir[8]. Həzzə qarşı duran istənilən şey isə əzabdır.

İkinci Akademiya

[redaktə | mənbəni redaktə et]

Qədim platonçuluq tarixinin ikinci mərhələsi skolarx Arkesilausdan (yun. Ἀρκεσίλαος, m. ö. 315 – 240) başlanmışdır. Onun dövründən başlayaraq Akademiyada şübhəçiliyin (skeptisizmin) təsiri artmışdır. Ona görə də, Arkesilaus hər bir iddiadan çəkinməyi məsləhət görürdü[9] və stoaçıların kataleptik təsəvvür anlayışına qarşı çıxış etmişdir. O hesab edirdi ki, fəlsəfənin məqsədi həqiqətə çatma deyil, yanlışlıqlardan azad olmaqdır.

Arkesilausdan başqa Akademiyaya Lakides (yun. Λακύδης) və Evandrus (yun. Εὔανδρος) kimi skolarxlar başçılıq etmişdirlər. Ancaq, onlar haqqında zamanımıza çox az bilgilər çatmışdır.

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Üçüncü Akademiya

[redaktə | mənbəni redaktə et]

Skolarx Karneades’dən (yun. Καρνεάδης, m. ö. 214 – 129) başlayaraq qədim platonçuluğun üçüncü tarixi mərhələsi başlamışdır. Həmçinin onun zamanında Akademiya yüksəliş dövrü yaşamışdır.

Karneades öz fəlsəfi görüşlərində şübhəçilik mövqeyində durmuşdur. Onun fikrincə nə təfəkkürdə, nə də duyğularda həqiqətin obyektiv meyarı yoxdur. Çünki, duyğu vasitəsi ilə əldə olunan bilgidə duyğuların aldadıcı xüsusiyyəti, məntiqlə əldə olunan bilgidə isə aporiyalar (məntiqi ziddiyyətlər) ola bilər. O, stoaçıların idrak nəzəriyyəsini tənqid edirdi, onların ziddiyyətlərini ortaya qoyurdu. Karneadesə görə idrakın üç pilləsi vardır: birincisi ehtimal olunan, ikincisi ehtimal olunan və ziddiyyəti olmayan, üçüncüsü isə ehtimal olunan, ziddiyyətsiz və yoxlamadan keçən[10]. Üçüncüsü ən etibarlı olsa da həqiqəti tam açmır, ona nisbətən yaxınlaşır. O, həm də dini inanclara tənqidi yanaşırdı.

Karneadesdən sonra Akademiyaya Kliptomaxus (yun. Κλειτόμαχος, vəfatı m. ö. 110) və Larissalı Filon (yun. Φίλων, m. ö. 154 – 84) başçılıq etmişdirlər. Ancaq, onların haqqında zamanımıza çox az məlumat gəlib çatmışdır. Məlumdur ki, onlar Karneadesin şübhəçi fikirlərini davam etdirmişdirlər.

Filonun skolarxlığı zamanında e.ə. 87-ci ildə Mitridat müharibələri zamanı romalı sərkərdə Sulla[11] tərəfindən Akademiyanın ağaclığı qırıldı. Filon Romaya miqrasiya etdi və burada onun şagirdləri SiseronVarron oldu.

Üçüncü Akademiyadan sonra platonizmin qədim dövrü bitmişdir. Dörüncü və beşinci Akademiyalar qədim dövrə aid deyil.

Orta dövr (Dördüncü Akademiya)

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Orta Platonizm

II və III Akademiyanın skeptik platonizmindən sonra Askalonlu Antioxusun banisi olduğu eklektik platonizm[12] başlayır. Dördüncü Akademiyanın fərqləndirici xüsusiyyəti aristotelçiliklə stoisizmin sintez edilməsidir. Bu platonizm Akademiyanın ənənələrini daşısa da müxtəlif mərkəzlərdə inkişaf edirdi:İskəndəriyyə, Afina, Roma. Nümayəndələri Apuley, Qalen, Numeni, Plutarx, İskəndəriyyəli Filon olmuşdur.[13] Bu akademiyanın nümayəndələri üçün etikada allaha təşbih, fizikada isə Allah-yaradıcı və müqəddəs Allah arasında fərq əsas maddə idi. Bununla onlar qnostisizmin fəlsəfəsini qabaqlamış oldular.

176-cı ildə Roma imperatoru Markus Avrelius Afinada akademiyanı bərpa etdi. Yeni məktəbin skolarxı Kalven Tavrın şagirdi Attik oldu.[14]

Yeni dövr (Beşinci Akademiya, və ya Neoplatonizm)

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Neoplatonizm

Neoplatonizmin banisi Plotin hesab olunur. Misir bu istiqamətin mərkəzinə çevrilsə də YamvlixProklın skolarxlığı zamanında neoplatonizm Afina Akademiyasına da nüfuz etdi.

529-cu ildə imperator Yustinianın dekreti əsasında Platon akademiyası bağlandı. Afina Akademiyasının sonuncu skolarxı Damaski İrana mühacirət edir.

İntibah dövründə Florensiya yaxınlığında Platon Akademiyası (1459-1521) açıldı. Florensiya Akademiyası kimi də tanınan məktəbin banisi və ilk rəhbəri Marsilio Fiçino olmuşdur. 1583-cü ildə Florensiyada della Krusk Akademiyası açıldı, Romada isə 1603-cü ildə dei Linçei Akademiyası açıldı. Bu akademiya müasir elmlər akademiyasının ilk forması idi.

XVII əsrdə fransız filosofu Simon Fuşe akademik skeptisizmi bərpa etməyə cəhd göstərmişdir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 195-202. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.("Qədim dövr" bölümü)
  • Məmmədov F.T. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi – Bakı, “Apostrof” Çap Evi. 2013. 672 səh.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 195-202. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • H. Cherniss, The Riddle of the Early Academy, CUP (1945).
  • R. E. Wycherley, Peripatos: The Athenian Philosophical Scene. Greece & Rome, parts I (1961) and II (1962).
  • J. Glucker, Antiochus and the Late Academy Göttingen: Vandenhoeck & Ruprecht (1978).
  • R. M. Dancy Two Studies in the Early Academy SUNY (1991).
  • J. Dillon, The Heirs of Plato. A Study of the Old Academy (347–274 BC) OUP (2003).
  • "Berit, A., & Strandskogen, R. (2009). Lifelines in World History:" The Ancient World"," The Medieval World"," The Early Modern World"," The Modern World". Routledge.
  • Мочалова И. Н. Философия ранней Академии. СПб., 2007. − 144 с.
  • Мочалова И. Н. Академия Платона и Ликей Аристотеля: философские школы как два типа научно-образовательных институтов // Философия и будущее цивилизации. Тезисы докладов и выступлений IV Российского философского конгресса (Москва 24-28 мая 2005 г.): В 5 т. Т.2. М., 2005. C.30-31.
  • Хлебников Г. В. Платон и философская теология древней Академии (аналитический обзор) // Социальные и гуманитарные науки. Отечественная и зарубежная литература. Серия 3: Философия. Реферативный журнал. Институт научной информации по общественным наукам РАН. 2006. № 4. С.82-126.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. "Академия"[ölü keçid] - НФЭ
  2. http://anl.az/el/Kitab/2014/Azf-272440.pdf Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Məmmədov F.T. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi
  3. Марк Туллий Цицерон. О пределах блага и зла. Парадоксы стоиков Arxivləşdirilib 2017-07-18 at the Wayback Machine / Перевод Н. А. Федорова. М.: Российский государственный гуманитарный университет, 2000, s. 89.
  4. The Miscellanies; or, Stromata // Ante-Nicene. Christian Library. The Writings of the Fathers Down to A. D. 325 Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine. Vol. 4. Clement of . Vol 1. : T. and T. Clarc, 1867, p. 618.
  5. Гераклид Понтийский // Новая философская энциклопедия. В 4 тт. Arxivləşdirilib 2016-08-11 at the Wayback Machine М.: Мысль. 2001.
  6. Heraclides on the Rotation of the Earth // Heraclides of Pontus. Discussion. Vol. 15 / Edited by William W. Fortenbaugh, Elizabeth Pender. : Transaction Publishers, 2009, pp. 155-185; Heraclides of Pontus // Complete Dictionary of Scientific Biography, 2008.
  7. Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 321.
  8. Aristotle. The Nicomachean Ethics / Translated by F. H. Reters, M. A. London: Kegan Paul, Trench, Truebner & Co., 1893, p. 321.
  9. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 224-248.
  10. Карнеад // Философская Энциклопедия. В 5-х т. Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine М.: Советская энциклопедия. 1960-1970
  11. Sulla Lusi Korneli Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — romalı sərkərdə, konsul, diktator
  12. "Платонический философский lexicon". 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  13. "Средний Платонизм". 2014-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  14. "Афинская школа платонизма". 2019-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.