Protaqor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Protaqor
yun. Πρωταγόρας
Doğum tarixi təq. e.ə. 490[1]
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 420[1]
Vəfat yeri
Vəfat səbəbi boğulma
İstiqaməti Sokrataqədərki fəlsəfə
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Protaqor, Protaqoras (yun. Πρωταγόρας; e.ə. 490 — e.ə. 420) — qədim yunan filosofu. Sofistlər məktəbinin ilk nümayəndələrindən biri.

Protaqor insan probleminin qnoseologiyasını dərindən işləyib araşdıran ilk yunan filosofudur.[3] Bu məşhur kəlam ona məxsusdur: "İnsan bütün şeylərin ölçüsüdür: mövcud olan şeylərin mövcudluğunun, mövcud olmayan şeylərin mövcud olmamasının". Protaqor bu tezisi hər şeyin nisbi olmasını sübut etmək üçün irəli sürmüşdü. Protaqora görə insanın hər şeyin ölçüsü olması o deməkdir ki, ağıllı və məntiqi fikirləşməyi bacaran fərd hər hansı problemin həlli üçün hər şeydən öz xeyrinə istifadə edə bilər; deməli, insan həmin şeyin ölçüsü, onun ağasıdır.[4] Hissi qavrayışa əhəmiyyət verən Protaqora görə qavranılan şeylər və qavrayan hiss üzvləri fasiləsiz olaraq dəyişirlər. Onun fikrincə hər şey başqaları ilə əlaqədə əmələ gəlir. Faydalı olan şey həqiqətdir.[3]

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Natiq və pul qarşılığında dərs öyrədən Protaqor müasirləri AnaksaqorSokrat kimi vətənindən qovulmuş, əsərləri meydanlarda yandırılmışdır. Əsərlərində, xüsusən, "Peri Teon" əsərində allahların varlığı ilə əlaqəli fikirlərində "Allahlar vardırmı?Yoxdurmu?" deyərək şübhəli yanaşmış və nəticədə dinsizlikdə günahlandırılmışdır. Siciliyaya qaçarkən yolda boğularaq ölmüşdür.[5]

Platonun "Protagor" dialoqundan bir fraqment.

Varlıq haqqında təlimi

[redaktə | mənbəni redaktə et]

Protaqor təbiət fəlsəfəsinin tərəfdarı deyildi və buna görə də özündən əvvəlki filosofların mövzusu olan varlığın prinsipləri, ilk maddə, kosmologiya problemləri ilə məşğul olmağı mənasız iş hesab edirdi. Onun fikrincə bütün mövcudatı özündə birləşdirmiş ana maddə davamlı bir hərəkətdədir. Bu səbəbdən heç bir şey məlum deyil, bir varlıq hər an başqa varlıqlara görə bu yaxud başqa cür ola bilər. Ona görə də heç nə mütləq deyil, hər bir varlıq hər an fərqli şəkildə meydana çıxa bilər. Çünki biz onları elə dərk edirik.[6]

Bilik və həqiqət haqqında fikirləri

[redaktə | mənbəni redaktə et]

Protaqorun fikrincə insanın bilikləri duyğulara əsaslanır. Duyğular da duyulmayanların o andakı vəziyyətinə bağlıdır. Çünki, duyğularımızın meydana gətirdiyi biliklər, aləmi, yaxud, kainatı müxtəlif insanlara müxtəlif formada göstərməkdədir. Bu səbəbdən qavrayış obyekti bizə qavrayanın qavrama anındakı vəziyyətində necə görünürsə yalnız elə bildirir. Protaqor üçün duyğuların qavranılması və ondan meydana gələn fikir (doxa) yeganə məlumatımız və biliyimizdir. Başqa sözlə insan üçün həqiqət gördüyü, duduğu, hiss etdiyidir. Duyğular fərddən fərdə dəyişdiyindən nə qədər fərd varsa o qədər həqiqət vardır. Fərd, yəni, insan həqiqətin və yalanın meyarıdır.[7] Bu fikirlərdən belə bir nəticə çıxır ki, hər fikir doğrudur, heç kəs səhv düşünməz. Bu səbəbdən ümumi və hər kəsə aid bir həqiqət yoxdur, hər insanın özünə aid fikirləri və inandıqları vardır.[8]

İnsan hər şeyin ölçüsüdür: var olanın da, var olmayanın da, var olmayanın var olmadığının da

Protaqor."Həqiqət"[7]

Protaqora görə mütləq mənada həqiqət və səhv yoxdur, sadəcə insanın öz iddiasını qarşısındakılara məharətlə, təsirli sözlər və bəzi məntiqi hiylə ilə qabul etdirə bilməsi var. Əsas insanın öz fikrini, ideyasını müdafiə etmə tərzidir, bunun üçün də yeganə təsirli vasitə natiqlikdir (ritorika).[8]

Əxlaq fəlsəfəsi

[redaktə | mənbəni redaktə et]

Protaqorun əxlaq fəlsəfəsində də əsas yerdə insan dayanır. Onun fikrincə fəlsəfənin əsas məqsədi əxlaqilikdir. Bu səbəbdən fəlsəfə və insanın əsas vəzifəsi özü ilə məşğul olmaqdır. İlk səbəblər kimi faydasız və lazımsız düşüncələrdən əl çəkərək bacarıqlarını öz xoşbəxtliyi üçün istifadə etməlidir. İnsanın xoşbəxt olması öz-özünü və başqalarını idarə etməsi deməkdir; öz-özünü idarə edə bilmək fəzilətli olmaq deməkdir. Belə olduğu təqdirdə fəlsəfə fəzilətli olma sənətidir. Başqalarını idarə edə bilmək üçün yaxşı düşünmək və yaxşı danışmaq lazımdır. Bu baxımdan isə fəlsəfə yaxşı düşünmək və yaxşı danışmaq sənətidir.[8]

Protaqorun fikrincə fəlsəfə üç əsas məsələni araşdıran bir fəaliyyətdir: praktik əxlaq, dialektikanatiqlik. Protaqorun fəlsəfəni bu üç əsasda ümumiləşdirməsi qədim fəlsəfə tarixçilərində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilmişdir.[9]

  1. 1 2 https://www.britannica.com/biography/Protagoras-Greek-philosopher.
  2. Encyklopedie antiky (çeş.). Academia, 1973. S. 31. 741 s.
  3. 1 2 Şükürov A. Fəlsəfə. Bakı: Elm, 1997. səh. 110
  4. "Mehdiyev R.Ə.Fəlsəfə.Dərs vəsaiti.Bakı, "Şərq-Qərb", 2010, 360 səh. səh. 107" (PDF). 2014-03-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
  5. Erdem Hüsameddin. İlkçağ felsefesi tarihi. Konya: HÜ-ER yayınları, 2000. səh.173
  6. Erdem Hüsameddin. İlkçağ felsefesi tarihi. Konya: HÜ-ER yayınları, 2000. səh.174
  7. 1 2 Erdem Hüsameddin. İlkçağ felsefesi tarihi. Konya: HÜ-ER yayınları, 2000. səh.175
  8. 1 2 3 Erdem Hüsameddin. İlkçağ felsefesi tarihi. Konya: HÜ-ER yayınları, 2000. səh.176
  9. Erdem Hüsameddin. İlkçağ felsefesi tarihi. Konya: HÜ-ER yayınları, 2000. səh.177