Qara cümə (alış-veriş)
Bu məqalə qaralama halındadır. |
"Qara Cümə" (ing. Black Friday) — ABŞ-də Noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükran günündən sonrakı Cüməyə verilən qeyri-rəsmi bir addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq "Qara Cümə" termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. Qara Cümə günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir, və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar.[1] "Qara cümə" günü ABŞ-dən başqa daha bir neçə ölkələrdə keçirilir.[1] 2013-cü ilin dekabrın 6-dan Rusiyada həyata keçirilən bu tədbiri ABŞ-dən fərqləndirən əsas xüsusiyyət odur ki, burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir.[1] Qara cümə rəsmi bir tətil deyil, lakin həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında hökumət işçiləri üçün "Şükranlıqdan sonrakı gün" adı altında qeyri iş günü elan edilib. Məktəblərdə isə həm Şükran günü, həm də ondan sonrakı Cümə tətil elan olunmuşdur, bu da şənbə və bazar da daxil olmaqla dörd günü əhatə edən bir həftəsonu mənasını verir. Belə olduqda — Qara Cümə bu dörd günlük tətil müddətində davam edir, bununla da potensial alıcıların sayı da artmış olur. 2005-ci ildən etibarən Qara Cümə ABŞ-də İlin ən işlək alış-veriş günü adını almışdır.[2]
Terminin mənşəyi
[redaktə | mənbəni redaktə et]Tarixi
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Ancaq Azərbaycanda belə qiymət fırıldağı var. milli.az, 01.03.2016 (az.)
- ↑ "What Is the History of Black Friday?". Archived from the original on 21 December 2019.