Qazaxmıs
Qazaxmıs | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Özəl şirkət |
Məhsulları | Mis,sink,qızıl,gümüş |
Təsis tarixi | 1992 |
Baş qərargahın yeri | Almatı |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | $3,099 mln[1] |
Xalis mənfəəti | $2,032 mln |
Əməliyyat mənfəəti | $166 mln |
Struktur | |
İşçi sayı | 39,748 |
www.mykazakhmys.kz | |
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxmıs—əsas aktivləri Qazaxıstanda yerləşən İngiltərədə qeydiyyatdan keçmiş mis mədən şirkəti idi. Baş ofisi Qazaxıstanda, Almatı və Astanadır. 31 oktyabr 2014-cü ildən sonra şirkət öz sahibi "Cuprum Holdinq" tərəfindən idarə olunur. Əsas törəmə şirkəti olan "Kazakhmys Corporation" ın baş ofisi Qazaxıstanın Astana şəhərində yerləşir. 2014-cü ilin oktyabrından əvvəl London Birjasında qeydiyyata alınmış və həmçinin FTSE 250 İndeksinin bir hissəsi idi, eyni zamanda Honq Konqda mədən şirkətləri sıralamasında 2011-ci ilin iyun ayında ikinci olaraq siyahıya alınmışdır.[2]. 2014-cü ilin fevral ayında şirkət böyük yenidən qurulma planlarını elan etdi və 15 avqust 2014-cü ildə "Kazakhmys PLC"nin müstəqil səhmdarları Qrupun əsaslı yenidən qurulmasını təsdiqlədi, buna görə Kazakhmys PLC-ın bir sıra yetkin aktivləri əvvəlcə Yezkazğan və Mərkəzi Bölgələrdəki Cuprum Holdinqə satdı. (əsas səhmdarı Vladimir Kimin olduğu şirkət).Yenidən qurulma 31 oktyabr 2014-cü il tarixində başa çatdı və Qrup iki ayrı müstəqil şirkətə birləşdirildi: özəl şirkət Qazaxıms Korporasiyası və ictimai şirkət KAZ Minerals PLC. [3][4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şirkət 1930-cu ildə Qazaxıstandakı Balxaş mis əriməsi kompleksində əməliyyatlara başlandığı vaxtdan fəaliyyət göstərir.Şirkət Qazaxıstan Respublikasında iki ərimə və emal zavodu ilə birlikdə 16 açıq və yeraltı mədənin fəaliyyət göstərməsində böyük işlər görüb.. [5][6] Qazaxımsı qrupunun holdinq şirkəti olan Kazakhmys PLC [7]Şirkət ilk dəfə 2005-ci ilin oktyabrında London Fond Birjasında mədən şirkəti kimi qeydiyyata alındı.
2015-ci ilin avqust ayında Qrupun müstəqil səhmdarları yenidən quruluşun təsdiqlənməsinə səs verdilər, nəticədə Qrup iki ayrı müstəqil şirkətə birləşdirildi: əsas səhmdar şirkəti olan Cuprum Holdinqin idarə etdiyi Yezqazxan və Balxaş bölgələrindəki aktivləri olan Qazaxıms Korporasiyası və Vladimir Kimin idarə etdiyi Qazaxıms Korporasiyası (ictimai şirkət KAZ Minerals PLC).[3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Preliminary Results 2013[ölü keçid]
- ↑ "Kazakhmys chairman sells shares, company may list in Hong Kong". 20 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2010.
- ↑ 1 2 Kazakhmys announcement on proposed Group restructuring 23 July 2014 Arxivləşdirilib 3 mart 2016 at the Wayback Machine, page 3.
- ↑ "Kazakhmys History". 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
- ↑ "Kazakhmys profile and review". 2011-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
- ↑ "Kazakhmys PLC". morningstar.co.uk. 13 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2012.