Qlikemiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qanda (qırmızı) şəkərin düşməsi və hipoqlikemik hormon insulin. Şəkərlə zəngin və nişastalı qidaların təsirlərindən biri göstərilib.[1]

Qlikemiya (yun. γλυκύς — "şirin" və αἷμα — "qan") — qlükozanın qanda tərkibi. Təxminən 4 qram qlükoza (sadə şəkər) 70 kq çəkisi olan bir insanın qanında daim olur.[2] Orqanizm metabolik homeostazın bir hissəsi olaraq qanda qlükozanın səviyyəsini sıx şəkildə tənzimləyir.[2] Qlükoza skelet əzələsiqaraciyər hüceyrələrində glikogen kimi saxlanılır. Termini fransız fizioloqu Klod Bernard (1813–1878) tərəfindən təklif edilmişdir.

Fizioloji tənzimləməsi

[redaktə | mənbəni redaktə et]

Qlikemiya bir sıra fizioloji proseslərlə idarə olunur. Qidadan asanlıqla həzm olunan karbohidratların (aşağı molekulyar çəki) mədəbağırsaqlarda udulması və ya nişasta (polisaxaridlər) kimi digər qidalardan parçalanması səbəbindən qlükozanın səviyyəsi yeməkdən sonra yüksəlir. Qlükoza səviyyəsi katabolizm nəticəsində, xüsusən də temperaturun artması ilə, məşq zamanı, stress zamanı azalır.

Qanda qlükozanın səviyyəsini iki yolla ölçürlər: Böyük Britaniya və Birlik ölkələrində (Avstraliya, Kanada, Hindistan və s.) və keçmiş SSRİ ölkələrində molyar konsentrasiya, mmol/l (litrdə millimol və ya millimolyar) ilə ölçülür qısaldılmış mM).). ABŞ, Almaniya, Yaponiya və bir çox başqa ölkələrdə kütlə konsentrasiyası mq/dl (desilitr üçün milliqram) ilə ölçülür.[3]

C6H12O6 qlükozasının molekulyar çəkisi 180 olduğundan, iki vahid arasındakı fərq 18-dir, ona görə də 1 mmol/L qlükoza 18 mq/dL-ə bərabərdir.

Qanda qlükozanın səviyyəsinə təsir edən iki növ qarşılıqlı antaqonist metabolik hormonlar var:

  • qanda qlükozanın səviyyəsini yüksəldən katabolik hormonlar (məsələn, qlükaqon, kortizol və katekolaminlər)[4]
  • qanda qlükozanın səviyyəsini aşağı salan anabolik hormon (insulin).

Normal dəyər diapazonu

[redaktə | mənbəni redaktə et]

İnsanlarda

Normal diapazonlar laboratoriyadan laboratoriyaya bir qədər dəyişə bilər. Bir çox amillər insanın qanında şəkərin səviyyəsinə təsir göstərir. Qanda şəkərin tənzimlənməsinin homeostatik mexanizmi (qlükoza homeostazı kimi tanınır) normal işləyərkən şəkərin səviyyəsini 4,4–6,1 mmol/L (79–110 mq/dL) dar diapazona qaytarır (qanda qlükoza testi acqarna ölçülür).)[5]

Şəkərli diabeti olmayan insanlar üçün qanda qlükozanın səviyyəsi (acqarnına ölçülür) 3,9–7,1 mmol/L (70–130 mq/dL) təşkil edir.

Heyvanlarda

Ümumiyyətlə, adi ev heyvanlarında qanda şəkərin diapazonu bir çox monoqastrik məməlilərə nisbətən aşağıdır.[6] Lakin bu ümumiləşdirmə vəhşi heyvanlaradəvələrə aid edilmir. Mq/dL-də serum (zərdab) qlükoza üçün istinad dəyərləri inəklər üçün 42–75, qoyunlar 44–81, keçilər 48–76, pişiklər 61–124, itlər 62–108, atlar 62–114, donuzlar 66–116, dovşanlar 75–155, lamalar üçün isə 90–140 arasındadır.[7] Ağ balinalarda serumun (zərdab) qlükozada səviyyəsi 94–115 mq/dL arasında olduğu təxmin edilir.[8] Suitilərdə serum qlükoza səviyyələri 4,9 ilə 12,1 mmol/L arasında dəyişir.[9]

  1. Daly ME, Vale C, Walker M, Littlefield A, Alberti KG, Mathers JC. "Acute effects on insulin sensitivity and diurnal metabolic profiles of a high-sucrose compared with a high-starch diet" (PDF). The American Journal of Clinical Nutrition. 67 (6). June 1998: 1186–96. doi:10.1093/ajcn/67.6.1186. PMID 9625092.
  2. 1 2 Wasserman DH. "Four grams of glucose". American Journal of Physiology. Endocrinology and Metabolism. 296 (1). January 2009: E11–21. doi:10.1152/ajpendo.90563.2008. PMC 2636990. PMID 18840763.
  3. "Blood Glucose Monitor and Blood Glucose Meter - Blood Glucose Measurement Units FAQ". 6 July 2011. 6 July 2011 tarixində arxivləşdirilib.
  4. Lehninger, Albert; Nelson, David; Cox, Michael. Lehininger Principles of Biochemistry. New York: W.H. Freedom. 2017. səh. 934. ISBN 9781319117689.
  5. "Screening for Type 2 Diabetes". Clinical Diabetes. 18 (2). 2000. 2018-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  6. Eiler H. Endocrine glands // Reese WO (redaktor). Dukes' Physiology of Domestic Animals (12th). Ithaca, NY: Comstock. 2004. 621–69. ISBN 978-0801442384.
  7. Kahn CM, redaktorMerck Veterinary Manual (9th). Whitehouse Station: Merck & Co. 2005. ISBN 978-0911910506.
  8. Cornell LH, Duffield DS, Joseph BE, Stark B. "Hematology and serum chemistry values in the beluga (Delphinapterus leucas)". Journal of Wildlife Diseases. 24 (2). April 1988: 220–4. doi:10.7589/0090-3558-24.2.220. PMID 3373628.
  9. Boily F, Beaudoin S, Measures LN. "Hematology and serum chemistry of harp (Phoca groenlandica) and hooded seals (Cystophora cristata) during the breeding season, in the Gulf of St. Lawrence, Canada". Journal of Wildlife Diseases. 42 (1). January 2006: 115–32. doi:10.7589/0090-3558-42.1.115. PMID 16699154.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]