Qo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qo
Qo oyunu üçün nəzərdə tutulmuş lövhə və daşlar
Digər adları iqo, veytsi, paduk
Növlər Stolüstü oyun
Mücərrəd strategiya oyunu
Oyunçular 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qo (yap. iqo, çin. 围棋 veytsi, kor. 바둑 paduk), bəzən qalaqapı[1]Şərqi Asiyada tanınmış stolüstü oyun. Qədim Çində yaranmış və taxta lövhə üzərində keçirilən strateji dama oyununa bənzər.[2] Qo iki nəfər ilə oynanılır. Qo oyunu üçün nəzərdə tutulmuş ənənəvi lövhə taxtadan olur və qoban adlanır. Daşlar lövhənin üzərində çəkilmiş bir-birinə perpendikulyar xətlərin kəsişmə nöqtəsində yerləşir. Daşlar linzayabənzər formada olur. Qonşu olan daşlar bir-birinə çox yaxın olur və hətta bir birinə toxunur.

Ənənəvi yapon qo döşəmə lövhəsi (碁盤 qoban), 2 fincan (碁笥 qoke) və 361 daş (碁石 qoşi)

Oyunu sadə kağız taxtası və sikkə və ya bon ilə oynamaq da mümkündür. Amma, taxta lövhə ilə plastik və ya şüşədən daşlar avadanlıq kimi daha çox istifadə edilirlər. Daha baha, ənənəvi materiallar da hələ də bir çox oyunçuların tərəfindən istifadə edilir.

Ənənəvi qo lövhəsi və ya qoban (yap. 碁盤) uzunluqda 45 və 48 sm., endə isə 42 və 44 sm. arasında olur. Çin qo lövhələri başqalardan böyükdür, çünki Çin ənənəvi qo daşların başqalarda yerləşmək üçün böyüdülər. Qoban kvadrat formasında olmaur; uzunluğun ilə enin 15:14 nisbət olur, çünki oyunçu baxımdan lövhənin uzunluğu qısalır. Əlavə uzunluq bunu düzəldir.[3] Bu lövhələrin iki əsas növü var: şaxmat və başqa masaüstü oyunlarda kimi, masa lövhəsi və özü stol kimi olan, döşəmə lövhəsi.

Qo daşların (goişi) tam dəstəsi adətən 181 qara və 180 ağ daşdan ibarətdir; 19×19 olan torda 361 nöqtə var, dəməli tam dəstədə bütün nöqtələri doldurmaq üçün yətər daş sayı var və qaralarda ağlardan bir daş çoxdu, çünki qara daşlarla oynayan birinci gedir.

Ənənəvi yapon qo daşları iki tərəfdən qabarıqdılar və bəzi ikitaylılardan (ağlar) və şiferdən (qaralar) istehsal edilirlər. Ən baha qo daşları yəşimdən olanlar sayılırdılar. Bu cür yəşim daşlar addımbaşı hökm sürən İmperatorlara hədiyyə kimi verilirdilər.[4]

Çində isə ənənəvi qo daşları bir tərəfdən qabarıqdılar[4]yunzi adlı qarışıqdan edilir.

Daşlar üçün fincanların forması aşağıdan hamar olan sferadır.[5] Go Seigen kimi bilinən Çin qo fincanları daha böyüdülər və forması daha dairəvidir; Yapon Kitani adlı qo fincanların forması isə daha çox snifterə oxşayır. Fincanlar ənənəvi itiləmiş ağacdan istehsal olunurlar. Yaponiya ənənəvi qo fincanları tut ağacından eləyirlər, lakin bu maddi çox bahadır.

Oyun Azərbaycanda qədim zamanlarda qara və ağ daşlarla deyil, qara və ağ kişmişlərlə oynanılıb. Ona görə də bu oyunu bəzən "kişmiş oyunu" da adlandırmışlar. Oyuna qaralar başlayır. Digər stolüstü oyunlardan fərqli olaraq qalaqapı oyununda qaraların başlaması oyun lövhəsində qara daşın oyundaşın ürəyinə tərəf olan hissəyə qoyulması ilə (ürəyə yaxınlıq, səmimiyyət əlaməti olaraq) nəticələnir. Əvəzində isə "siftə" olaraq bir neçə qara daşın ağlara verilməsi, bir növ, oyundaşların savaş meydanında güclərini tarazlaşdırır.[6]

Bu oyunda daha güclü olan zəifə "dədəboyu" (şans) verir. Belə ki, dədəboyu bəndlərinə 9-a kimi sayda qara daşlar düzülə bilər. Daha sonra qeyd etmək olar ki, hər hansı daşın lövhəyə qoyulması gediş yox, dov adlanır. Yəni oyundaşlar hər dəfə növbə ilə bir-birinə dov gəlirlər, öz güclərini artırırlar. Hər bir oyunda olduğu kimi, qalaqapıda da qadağa qoyulmuş dovların edilməsi mümkün hesab olunmur. Belə ki, bu zaman qarşı tərəf "kov deyil" deyərək oyundaşa daşını başqa bəndə qoymağı təklif edir. Oyunda yaranmış hər hansı vəziyyətin təkrarı da "kov deyil" qaydasına tabedir.[6]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
Yapon qeyşalar qo oynayırlar, müəllif — Eydzan, 1811-ci il

Qo oyunu oynamağa öyrədən xüsusi ədəbiyyətdən başqa, məsələn üçün Nobel mükafatın laureatı olan, yapon yazıçısı, Yasunari Kavabatanın yazdığı Meijin (yap. 名人, digər tərcümədə Qo oyunun ustası) kitabı və Çində anadan olmuş Fransa müəllifin, Şan Sanın Qo oynayan qız (fr. La Joueuse de go) kitabı və başqaları.[7][8]

Qo oyunu çoxlu Şərqi Asiya filmlərində görmək olar. Bəzi filmlərində qo məzmunun əsasıdır. Məsələn, Çin əsəli Yaponiya qo oyunçu, Qo Seyqen haqqında Qo ustası Çin bioqrafiya filmi. Qərbd filmlərdə də bəzən qo oyunu görmək olar. Məsələn üçün, adlı psixoloji triller və Ağıl oyunları bioqrafik drama filmlərdə. 2010-cu ilin Tron: İrs fantastik filmində qo baş personajların virtual reallığda sevdiyi əyləncədir.[9][10]

Qo oyunun müasir gənclərin arasında məşhur olmağında böyük rolu Hikaru no Go adlı manqa və eyni adlı anime oynayıblar.

Yaponiyanın Ukiyo-e adlı təsviri sənətin növündə qo mövzulardan biridir.[11][12]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

XVII əsrin ikinci yarısında yazılmış "Xaqakuri" kitabında danışılır ki, sahibkar knyaz Nabesimanın işlər müdiri Sukedzaemonun yanına göndərilən knyazın bir nümayəndəsi ona belə əmr çatdırdı: Qızının səfeh əxlaqsızlığı ilə öz adını şərəfsizləşdirdiyi üçün qoy özünü harakiri etsin. Sukedzaemon o vaxt qo oyunu ilə məşğul idi. Əmri eşidən Sukedzaemon yanına göndərilən o adama oyunu oynayıb qurtarana qədər gözləməsini və oyuna baxmasını xahiş etdi. Oyun qurtaran kimi Sukedzaemon bir kənara çəkildi və sakitcə öz qarnını cırdı.[2]

  1. "bəzən, Azərbaycan dilinəd qalaqapı sözü işlənilir". 2022-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-26.
  2. 1 2 Şahin Fazil. Yaponiya səfərnaməsi. Elm və təhsil. Bakı, 2011. S. 169–170.
  3. Fairbairn 1992 pp. 142–143
  4. 1 2 Fairbairn, John, A Survey of the best in Go Equipment, 1992 in Bozulich 2001—pp. 142–155
  5. Fairbairn 1992 pp. 153–155
  6. 1 2 Əskər, Nailə (2017), İSLAM COĞRAFİYASI VƏ AZƏRBAYCANDA OYUNLAR, Bakı: AMEA Folklor İnstitutu
  7. "Список книг, в которых го является частью сюжета". Senseis library (ingilis). 2011-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-27.
  8. "Список произведений культуры о го". 2011-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-27.
  9. "Tron, Captured". American Go Association. 2010-12-23. 2011-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-12.
  10. "GO SPOTTING: Tron: a Legacy of Go". American Go Association. 2010-12-20. 2011-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-12.
  11. "The IGS Art Gallery" (ingilis). Pandanet. 2011-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-27.
  12. "The Floating World of Ukiyo-e" (ingilis). Library of Congress. 2011-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]