Qotlib Daymler
Qotlib Daymler | |
---|---|
alm. Gottlieb Daimler | |
Doğum tarixi | 17 mart 1834[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 mart 1900[1][2][…] (65 yaşında) |
Elm sahəsi | maşınqayırma |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qotlib Vilhelm Daymler (alm. Gottlieb Wilhelm Daimler; 17 mart 1834[1][2][…], Şorndorf[d], Vürtemberq krallığı[d], Almaniya ittifaqı – 6 mart 1900[1][2][…]) — alman mühəndisi, konstruktoru və sənayeçisi. O, Vilhelm Maybaxla birlikdə ilk avtomobillərdən birini və benzinlə işləyən bir neçə tip daxili yanma mühərrikini yaratmışdır.
Tərcümeyi halı
[redaktə | mənbəni redaktə et]Qotlib Daymler Ştuttqartın yaxınlığında yerləşən Şorndorf şəhərciyində çörəkçi ailəsində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra 1847-ci ildə silah emalatxanasında işə başlayır. İki lülləli silahlar düzəldir. 1857-ci ildə Daymler Ştutqart politexnik institutunda təhsilinə başlayır. Təhsilini başa vurduqdan sonra Avropanın müxtəlif ölkələrinə (Fransa, İngiltərə və Belçika) gedərək orada işləyir.
1862-ci ildə Daymler Qeyslingendə yerləşən "Ştaub" firmasında konstruktor kimi işə başlayır. 1865-ci ildə o Roylingendə yerləşən Bruderhaus-Vasinhaym maşınqayırma fabrikində rəhbər təyin olunur, burada o ilk dəfə Vilhelm Maybax ilə tanış olur. 1867-ci ildə Daymler aptekçi qızı Emma Kunts ilə ailə qurur. Onların iki oğlu Paul və Adolf dünaya gəlir.
1869-cu ildə o Karlsrue şəhərinə köçərək "Maschinenbau-Gesellschaft Karlsruhe AG" şirkətində işə düzəlir. Altı ay sonra Maybax ona qoşulur. 1879-cu ildə Daymler Kölndəki daxili yanma mühərriklərini istehsal edən zavodda texniki direktor seçilir, Maybax isə burada baş konstruktor olur. Zavodun direktoru Nikolaus Otto idi.
1876-cı ildə Nikolaus Otto dördtaktlı daxili yanma mühərrikini ixtira edir və patentləşdirir. Bu zaman Otto, Daymler və Maybaxdan xəbərsiz Karl Benz ikitaktlı daxili yanma mühərrikini hazırlayır və 1879-cu ildə ona patent alır.
1880-ci ildə Otto ilə şəxsi münasibətlərindəki fikir ayrılığına görə Daymler və Maybax Deutz-AG-ni tərk edirlər. 1882-ci ildə onlar Ştutqarta köçərək şəhərin kənarında yerləşən Kanşatatda ev alır və ona yaxın laboratoriya tikirlər.
1890-cı ildə onlar quruda, suda və havada tətbiq olunması nəzərdə tutulan yüngül daxili yanma mühərrikləri üzrə ixtisaslaşan Daimler Motoren Geselschaft (DMG) şirkətini yaradırlar. Bu şüar bu gün Mersedes-Benz firmasının emblemindəki üçguşəli ulduzda öz əksini tapmışdır.
Daymler və Maybax onların mühərrikıəri üçün yanacağın neft məhsulundan olması qərarına gəlirlər. O dövrdə mövcud olan sürtkü yağı, kerosin və benzin apteklərdə satılır və paltarların təmzilənməsi üçün işlədilirdi. Yanacaq kimi daha asan alışan benzin seçilir.
1885-ci ildə Maybax öz ilk mühərrikini hazırlayır. 1995-ci ildə onun tərəfindən karbürator ilk dəfə tətbiq edilir. 1885-ci ilin noyabrında Daymler ilk motosikleti düzəldir və patentləşdirir. Bu iki təkərə malik ağac çərçivə üzərində yerləşmiş mühərrikdən ibarət idi. Maybax bu motosikletlə Nekar çayı boyunca 12 km/saat sürətlə 3 km yol qət edir.
8 mart 1886-cı ildə Daymler və Maybax evə at arabası gətirərək, qonşulara bunun xanım Daymler üçün hədiyyə olduğunu bildirirlər. Maybax bu arbaya gücü 1,5 a.g. olan mühərrik quraşdıraraq onu təkərlərlə qayış vasitəsilə əlaqələndirir. Bununla da ilk dördtəkərli avtomobil yaranmış olur. Onun sürəti 16 km/saat idi.
1887-ci ildə Daymler və Maybax mühərrikli qayığı düzəldib sınaqdan çıxarırlar. Sonralar Daymler firmasının əsas məhsulunu qayıqlar üçün mühərriklər təşkil etmişdir.
1889-cu ildə Daymler və Maybax öz ilk avtomobillərini düzəldirlər. Bu daha çox at arabasna bənzəyirdi. Bu avtomobuil 1889-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş etdirilir. Həmin il Daymlerin həyat yoldaşı Emma vəfat edir.
1890-cı ildə Daymler "Daimler Motoren Gesellschaft" (DMG) şirkətini yaradır və yerdə, suda və göydə tətbiq edilmək üçün kiçik ölçülü, güclü mühərriklərin istehsalı ilə məşğul olur. Müasir Mercedes-Benz avtomobillərinin emblemindəki məşhur üçguşəli ulduz bu şüarı simvolizə edir. 28 noyabr 1890-cı ildə DMG səhmdar cəmiyyətə çevrilir. 28 noyabr 1891-ci ildə Maybax bu şirkətdən ayrılır və ayrıca işləməyə başlayır.
1892-ci ildə ilk avtomobil satılır. 1892/93-cü ilin qışında Daymler infarkt keçirir və həkimin məsləhəti ilə İtaliyaya yola düşür. Florensiyada o özündən 20 yaş kiçik olan Lina Hartman ilə tanış olur. 8 iyul 1893-cü ildə onlar evlənirlər. 1893-cü ildə Daymler bütün patentlərini şirkətdə verərərk onu tərk edir.
1895-ci ildə DMG 1000-ci avtomobilini istehsal edir.
1899-cu ildə DMG firması iş adamı Emil Yellinekinin qızının adını daşıyan "Mersedes" avtomobilini buraxır.
Qotlib Daymler 6 mart 1900-cü ildə Ştuttqartda vəfat edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Erfinder Gottlieb Daimler // Geneological database Merkel-Zeller.
- ↑ 1 2 3 4 Gottlieb Wilhelm Daimler // Brockhauz Ensiklopediyası (alm.).