Qraflıq (ABŞ)
ABŞ-ın inzibati bölgüsü |
---|
Birinci dərəcə |
|
İkinci dərəcə |
|
Üçüncü dərəcə |
|
Dördüncü dərəcə |
Digər ərazilər |
|
ABŞ-də dairə müəyyən sərhədləri olan coğrafi bölgədən və adətən müəyyən bir idarəetmə səviyyəsindən ibarət ştatın inzibati və ya siyasi bölməsidir.[1] "Dairə" termini ABŞ-nin 48 ştatında istifadə olunur, Luiziana və Alyaskada isə müvafiq olaraq prixod və boro adlanan funksionalca ekvivalent əhəmiyyət daşıyan bölmələr var.[1]
Dairələrin konkret hökumət səlahiyyətləri ştatdan ştata çox fərqlənir. Dairələr Rod-Aylend və Konnektikutdan başqa bütün ştatlarda önəmli funksiyalar yerinə yetirir, həmin istisna 2 ştatda dairə höküməti ləğv edilmişdir, lakin qurumlar inzibati və ya statistik məqsədlər üçün saxlanılmışdır. 14 dairəsi olan Massaçusets ştatı səkkiz dairəsində hökumət funksiyalarının əksəriyyətini ləğv etdiyi halda, Alyaskanın 837,700 km2 sahəli qeyri-mütəşəkkil borosu heç vaxt boro səviyyəsində hökumət funksiyalarına malik olmamışdır. Dairələrin bir çoxlarında taunşip, bələdiyyə və təsis edilməmiş ərazilərdən ibarət altbölmələr var. Digərlərində əlavə bölmələr mövcud deyil və ya onlar birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərilər, orada şəhər və dairə vahid yurisdiksiya sayılır. Bəzi bələdiyyələr müxtəlif dairələr aid olunurlar; unikal hal kimi Nyu-York şəhəri 5 dairəyə bölünüb, hansı ki şəhər höküməti səviyyəsində boro adlanır. Virciniya, Merilend, Missuri və Nevada ştatlarında isə vəziyyət əksinədir, orada müstəqil şəhərlər (bələdiyyələr) qanunla heç bir dairəyə aid edilmir. lakin yenə birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərə bilər.
Ştatlara görə dairə sayı ən az Delaverdədi (3), ən çox isə Texasdadır (254). Dairələrin əhali sayıda coğrafi yerlərindən asıllı olaraq geniş şəkildə dəyişir: siyahıyaalınma bürosuna əsasən, 2017-ci ildə ABŞ əhalisinin yarıdan çoxu b3000 dairədən cəmi 143-də məskunlaşıb, bu da bütün dairələrin cəmi 4,6%-ni təşkil edir; əhali sıralamasına görə beş ən böyük dairələr bunlardır: Los-Anceles (Kaliforniya); Kuk dairəsi (İllinoys); Harris dairəsi (Texas); Marikopa dairəsi (Arizona); və San-Dieqo dairəsi (Kaliforniya).[2]
ABŞ Siyahıyaalma Bürosu dairələrlə müqayisə oluna bilən, lakin müxtəlif ad daşıyan "dairə ekvivalenti" (ing. "county equivalent") termini istifadə edir. Luiziana prixodları, Alyaskanın mütəşəkkil boroları, müstəqil şəhərlər və Kolumbiya dairəsi inzibati məqsədlər üçün dairələrə bərabərdir. Alyaskanın qeyri-mütəşəkkil borosu 11 siyahıyaalma sahəsinə bölünür və onlar statistik olaraq dairələrə bərabərdillər.
ABŞ-nin ərazilərində dairələr yoxdur; onun əvəzinə ABŞ Siyahıyaalma Bürosu onları da dairə ekvivalentlərinə bölür. ABŞ Siyahıyaalma Bürosu Amerika Samoasının rayonları və atollarını dairə ekvivalenti hesab edir.[3][4] Amerika Samoasında yerli olaraq "dairə" adlandırılan yerləri var, ancaq ABŞ Siyahıyaalma Bürosu tərəfindən bu qurumlar "mülki bölgünün kiçik vahidi" kimi qəbul olunur.[4]
2020-ci ilə olan məlumata əsasən, 50 ştatda və Kolumbiya dairəsində hazırda 3,143 dairə və dairə ekvivalenti mövcuddur [5] Əgər ABŞ ərazilərindəki 100 dairə ekvivalenti sayılsa. o zaman cəmi ABŞ-də 3243 dairə və dairə ekvivalenti mövcuddur [3][4][6][7] Ən çox əhaliyə malik Los-Anceles dairəsi (10,039,107)[8] və ən geniş əraziyə sahib San-Bernardino dairəsi Cənubi Kaliforniya tərəfdə həmsərhəddilər (halbuki Alyaskadakı 11 boronun ərazisi San-Bernardinodan daha genişdir).
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "An Overview of County Government". National Association of Counties. aprel 17, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: aprel 25, 2013.
- ↑ El Nasser, Haya. "Big and Small America". The United States Census Bureau (ingilis). October 24, 2017. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.
- ↑ 1 2 "2010 FIPS Codes for Counties and County Equivalent Entities" Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine. Census.gov. Retrieved July 6, 2018.
- ↑ 1 2 3 https://www2.census.gov/geo/pdfs/reference/GARM/Ch4GARM.pdf Arxivləşdirilib 2019-05-13 at the Wayback Machine States, Counties, and Statistically Equivalent Entities (Chapter 4). Census.gov. Retrieved July 6, 2018.
- ↑ "County Totals Datasets: Population, Population Change and Estimated Components of Population Change: April 1, 2010 to July 1, 2012". 2012 Population Estimates. United States Census Bureau, Population Division. mart 2013. iyul 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: aprel 30, 2013.
- ↑ "2010 Census Geographic Entity Tallies by State and Type". United States Census Bureau. July 17, 2015 tarixində arxivləşdirilib.
- ↑ "Substantial Changes to Counties and County Equivalent Entities: 1970–Present". United States Census Bureau. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
- ↑ "American Fact Finder - Results". United States Census Bureau. İstifadə tarixi: April 7, 2015.[ölü keçid]