Quel parkı
Quel parkı | |
---|---|
Park Güell | |
Məlumatlar | |
Ölkə | |
Sahəsi |
|
Saytı | parkguell.barcelona/ca |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Quel parkı (isp. Parque Güell) —1900–1914 illərdə Antonio Qaudi tərəfindən salınmış Barselonanın yuxarı hissəsində yerləşən park. Park bağların və yaşayış sahələrinin birləşməsindən ibarətdir, sahəsi 17–18 hektardır.
Yaranma tarixi
[redaktə | mənbəni redaktə et]Park Eusebi Quel tərəfindən o dövrdə İngiltərədə dəbdə olan şəhər-bağ şəhərsalma konsepsiyası üslubunda yaşıl bir yaşayış sahəsi kimi düşünülmüşdür. Buna görə də parkın adındakı katalon dilindəki "Parc" sözü ingilis dilinin yazılışına uyğun olaraq "Park" kimi yazılmışdır. Layihəsini həyata keçirmək üçün 1901-ci ildə Quel şəxsi malikanələrin tikintisi üçün nəzərdə tutulan və 62 hissəyə bölünmüş 15 hektar torpaq sahəsi almışdır. Bütün torpaq sahələri satışa çıxarılmış, lakin yalnız ikisi satılmışdır: şəhər mərkəzindən uzaqda yerləşən boş ərazi Barselona sakinlərini özünə cəlb etməmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.