Rio-de-Janeyro
Rio-de-Janeyro | |
---|---|
Rio de Janeiro | |
22°54′40″ c. e. 43°12′20″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 11 mart 1565 |
İlk məlumat | 1502 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 31 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +55 21 |
Poçt indeksi | 20000-000 |
Nəqliyyat kodu | RJ |
Digər | |
rio.rj.gov.br | |
Vikianbarda əlaqəli mediafayllar |
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyniadlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir.
Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.
Şəhərin rəmzi Korkovado dağının zirvəsində İsa peyğəmbərə qoyulmuş, 38 m hündürlüyə malik olan heykəldir (port. O Cristo Redento). Bu dünyada əzamətli heykəllərdən biri sayılır. Rio de Janero həm də hər il burada keçirilən karnaval ilə məşhurdur. Samba məktəblərinin təşkil etdiyi rəngarəng parad dünayda ən böyük parad sayılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Avropalılar Guanabara Körfəzini 1 dekabr 1502-ci ildə kəşf etdilər. 1555-ci ildı fransızlar adalardan birinə 500 nəfərlk koloniya qurdular. 1565-ci ildə portuqallar São Sebastião do Rio de Janeiro adı ilə şəhərin əsasının qoydular və beləliklə, iki il içərisində fransız koloniyası dağıdıldı. 17-ci əsrdə burada qızıl tapılınca şəhərin limanlarının önəmi artdı. 1763-cü ildə portuqalların koloniyasının paytaxtı oldu və müstəqillik əldə edildikdən sonra da paytaxt olaraq davam etdi. 21 aprel 1960-cı ildən etibarən paytaxt satusu Braziliya verildi.
İqlimi
[redaktə | mənbəni redaktə et]Ekvatorial iqlimə malik Braziliyanın bu şəhərində tropik iqlim qurşağı hakimdir. Ən isti dərəcə 43.2 °C'dir. Bu hadisə 1984-cü il dekabrda baş vermişdi.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 https://www.ibge.gov.br/estatisticas/sociais/populacao/22827-censo-demografico-2022.html?edicao=37225.
- ↑ Population by municipality.
- ↑ 2010 census of Brazil.
- ↑ Population estimates for July 1st, 2015.
- ↑ https://www.ibge.gov.br/estatisticas/sociais/populacao/9103-estimativas-de-populacao.html.
- ↑ https://www.ibge.gov.br/estatisticas/sociais/populacao/9103-estimativas-de-populacao.html?edicao=31451.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |