Rusiyada təbii qaz
Rusiyada təbii qaz - Sovet İttifaqının dağılmasına baxmayaraq onun sələfi Rusiya yenə də böyük qaz potensiallı ölkə olaraq qalır. Kəşf olunmuş dünya qaz ehtiyatlarının 1/3-i hasilatının 20%-i onun payına düşür. Rusiya həm də nəhəng qaz ixracatçısı ölkələrindən biridir. Yer planetində təbii qaz sərvətlərinin ən çox ehtiyat və hasilat payını sırf qaz yataqlarında olan resurlar təşkil edir. Dünyanın ən iri təbii qaz hasilatçısı Rusiyada səmt qazının payı 10-15% təşkil edir. 2013-cü il göstəricilərinə görə, Rusiya Federasiyası ildə 669 milyard kub metr təbii qaz istehsal etməklə dünyanın ikinci ən böyük qaz istehsalçısı və illik 196 milyard kub metr qaz ixracatı ilə dünyadakı ən böyük təbii qaz ixracatçısıdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Sovetlər İttifaqı bütün tarixi ərzində ən yüksək təbii qaz potensialına malik ölkə kimi tanınmışdır. Qazlaşmanı geniş miqyasda həyata keçirən ilk ölkələrdən biri kimi, SSRİ-də 1945-ci ildə 3,4 milyard m³ qaz hasil edilmiş, onun dağılması ərəfəsində, 1990-cı ildə isə hasilat dünyada bənzəri olmayan həddə-850 milyard m³-ə qədər yüksəlmişdir. Onun birbaşa sələfi kimi Rusiya bu yenilməzliyi qoruyub saxlamışdır. Dünyanın ən böyük qaz potensiallı ölkənin kəşf olunmuş təbii qaz ehtiyatları 50 trilyon m³-dən də çox hesablanır. Ümumdünya qaz ehtiyatlarının 1/3-dən çoxu burada cəmləşmişdir. Rusiyada təbii qazın hasilatının 2020-ci ildə 700 milyard m³-ə çatdırılması planlaşdırır. Rusiyada təbii qaz resurslarının tükənmə müddəti 81 il təşkil edir.
Rusiya Federasiyası Avropa Birliyində istehlak edilən təbii qazın 25%-ni təmin edir, bu ixracatın 80%-i boru kəmərləri vasitəsilə Ukrayna üzərindən Avropaya ötürülür. Hesablamalara görə Rusiya həm də dünyada ən böyük təbii qaz ehtiyatlarına malikdir (48 trilyon kub metr). OPEC hesablamalarında da Rusiya 49 trilyon kub metr ilə dünyada ən böyük təbii qaz ehtiyatlarına malik ölkə kimi göstərilir, bu da dünyadakı təbii qaz ehtiyatlarının 24%-ni təşkil edir. Lakin BP öz hesablamalarında Rusiya 33 trilyon kub metr təbii qaz ehtiyatına malik ölkə kimi İrandan sonra ikinci yerdə göstərir. ABŞ Geologiya Tətqiqatlarına əsasən Rusiya həmçinin əlavə olaraq 6,7 trilyon kub metr olmaqla ən böyük kəşf edilməmiş təbii qaz ehtiyatlarına malik ölkə kimi təqdim edilir. Rusiya ildə 457 milyard kub metr təbii qaz istehlak edir və bu göstəriciyə görə ABŞ-dən sonra dünyada ikinci yeri tutur.
Rusiya qaz modeli
[redaktə | vikimətni redaktə et]Rusiya qaz modeli ölkədə magistral qaz kəmərlərinin daxili istehlakçıya səfərbər edilmiş infrastrukturunun yaradılması ümumən tamamlanmışdır. 1990-cı illərdən başlanan azalma templəri, qeyri-ödənişli tələbin artması sahənin inkişafında müəyyən fasiləliyə səbəb olmuşdur. Uzunmüddətli maliyyə qıtlığı sistemin renovasiyasını xeyli məhdudlaşdırmışdır. Analoji problem həmçinin onun Avropa bazarlarında yeniləşən tələblərə adaptasiyasını da ləngitmişdir. Təchizat qiymətlərinin liberallaşması marginal təbəqənin ödənişqabiliyyətinin kiçilməsi bazar prinsipləri ilə tam işləməyə əngəllər yaratmışdır. Ölkədə qaz sənayesini bütün dövriyyədə əks etdirən əlahiddə qanunvericilik şəbəkəsi də tam məntiqi normal həddinə çatmamışdır. Sahənin strukturlarında bir sıra istiqamətlər digər qanunvericilik aktlarının tərkib hissəsi kimi əksini tapır. Qaz hasilatı digər təbii resurslarla yanaşı, yerin təki haqqında qanuna uyğun tənzimlənir. Lisenziyaların verilməsi yolu ilə yeni kəşfiyyat zonalarına müsabiqə qaydasında çıxış təmin edilir. 2001-ci ilin sonunda ölkə parlamenti Dövlət Dumasında qaz sənayesində normativ-huquqi bazanın möhkəmləndirilməsində daha bir addım, səmt qazı haqqında qanun layihəsi deputatların müzakirəsinə çıxarılacaq. Nəzərdə tutulan qanuna görə neftli qazın 95%-i hasiledicilər tərəfindən növbəti emala göndəriləcəkdir. Burada sərt maliyyə sanksiyalarının tətbiqinə geniş yer verilməsi ilə yanaşı, həm də qiymətin yeni tənzimlənməsi metodologiyası da təklif olunur.
Rusiyanın zəngin qaz yataqlarına və qaz sənayesinin mütləq əksəriyyətinə nəhəng «Qazprom» şirkəti nəzarət edir. Ölkənin 70% qaz ehtiyatlarını mənimsəyən «Qazprom» həmçinin Rusiyada digər profilli şirkətlər arasında potensialına görə də ən birincisi hesab edilir. Bu şirkətin fəaliyyəti təbii qaz üzrə bütün istehsalat siklini, kəşfiyyatdan istehlakçıya qədər dövriyyəni əhatə edir. Ölkənin ən nəhəng iqtisadi strukturlarından olan «Qazprom» ölkənin ÜDM-in 10%-i, büdcə təxsisatlarının 25%-ini təmin edir. İES-lərin 50%-i ondan aldıqları qazla işləyir. Dünya qaz ehtiyatlarının 22%-i, hasilatın isə 23%-i bu şirkətin inhisarındadır. Hazırda Rusiyada hasil edilən 618 milyard kub metr qazın 580 milyard kub metri onun payına düşür. «Qazprom» Avropa təbii qaz bazarının 25% -ni təmin edir və onun qaz xətlərinin uzunluğu 148 min kilometrdir. Bütün Rusiyada kəşf olunmuş təbii qaz ehtiyatlarının 90%-inə nəzarət edən şirkət dünya qaz sənayesindəki analoqları arasında da liderdir. Səhmlərə nəzarət paketi dövlətin sərəncamında olan şirkətin daha da özəlləşdirilməsi bir neçə dəfə hökumət səviyyəsində müzakirə obyekti olmuşdur. Bununla belə dünya maliyyə nəhəngləri Rusiyanın 1998-ci ilin avqustunda baş vermiş müdhiş defolt vəziyyətindən çıxışında «Qazprom»da özəlləşmənin daha da dərinləşməsini təkidlə tələb etmişlər. Lakin ölkədə bu təbii qaz nəhənginin nə qədər siyasi və iqtisadi potensiala malik olduğunu yaxşıca dərk edirlər. Çox güman ki, şirkətin dövlətin nəzarətində qalması uzun müddət təmin ediləcəkdir. Putin administriasiyası «Qazprom»un mövqeylərinin möhkəmləndirilməsi, həm də müəyyən çərçivədə kompaniyanın fəaliyyətinin şəffaflığının artırılmasını nəzərdə tutan səyləri gücləndirmişdir. Artıq üç ildir ki, tanınmış «Praysuoterxaus-Kuper» auditor kompaniyası «Qazprom»un fəaliyyətində görünməmiş monitorinq prosesini davam etdirir. Bir çox maraqlı tərəflər bu yoxlanış aktının sürətləndirilməsini tələb edirlər.