Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Skvidvard Tentikals

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Skvidvard Tentikals
Squidward Tentacles
Cins: Kişi
İş: Krasti Krabda kassir
Yaxınları: Valideynləri: ing. Mr.[1] and Mrs. Tentacles[2]
Nənəsi: ing. Grandmama Tentacles[3]
Əmisi oğlu: ing. Squeeze[4]
Əcdadları: ing. Squog,[5] Squidly,[6] Hopalong[7]
Görünüş: Osminoq
Dublyaj: Rocer Bumpas
IMDb: ID 0027342

Skvidvard Tentikals (ing. Squidward Tentacles) — premyerası 1 may 1999-cu ildə Nickelodeon kanalında baş tutmuş "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas personajlarından biri. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılmışdır. Skvidvard Tentikals obrazını aktyor Rocer Bumpas səsləndirir.

Skvidvard cizgi serialında ilk dəfə 1 may 1999-cu ildə efirə çıxan və "Süngər Bob Kvadrat Şalvar"ın pilot epizodu olan — "Köməkçi axtarılır" adlı seriyada görsənir. Stiven Hillenburq Skvidvard obrazını altı ayaqlı olaraq yaradıb, səbəb kimi isə o, belə bildirib ki, "ayaqlarının səkkiz əvəzinə altı təsvir olunması, sadəcə, animasiya baxımından daha asan olmasıdır".

Skvidvard moaidə Süngər Bobun ananas evi ilə Patrik Starın qaya evi arasında yaşayan adamaoxşar osminoqdur.[8] Personaj kimi Skvidvard lovğalı, acıqlı və qəddar kimi təsvir olunur. O, daima narahat edici və səs-küylü davranışlar etdiklərinə görə öz qonşularına nifrət edir. Buna baxmayaraq BobPatrik Skvidvardın onlara qarşı antipatiyası olmasından şübhələnmirlər və onu öz dostları kimi qəbul edirlər.[9] Skvidvard Krasti Krab restoranında kassir işləyir.

Skvidvard personajı istər peşəkar tənqidçilər, istərsə də pərəstişkarlar tərəfindən əsasən müsbət rəylər almışdır. Skvidvard "Süngər Bob Kvadrat Şalvar" ilə bağlı bir çox nəşrlərdə yer alıb: kitablarda, oyuncaq dəstlərində və digər uyğun mallarda. O, 2004-cü ildə çəkilmiş "Süngər Bob Kvadrat Şalvar" tammetrajlı cizgi filmində və 2015-ci ildə çəkilmiş "Süngər Bob 3D" filmlərində də yer alıb.

Skvidvard 9 oktyabr 1977-ci ildə anadan olub, cizgi filmində onun 26 yaşı var.[10] Lakin buna baxmayaraq, Plankton onun Krasti Krabda 20 ildir ki işlədiyini deyir. Bu, daha çox sonrakı mövsümlərdə belə deyilir, ola bilsin ki, o, cizgi filminin mövcud olduğu müddətdə sadəcə böyüyüb.[10] Skvidvardın uşaqlıq illəri barəsində çox az şey məlumdur. Məlumdur ki, o, öz qəddar düşməni Skvilyam Fensison ilə bir məktəbə getmişdir.[10]

Məktəbi bitirdikdən sonra Skvidvard Krasti Krab restoranında işləməyə başlayıb. O zamanlar restoranda aşpaz kimi Cim işlədiyindən Skvidvard öz işinə nifrət etmirdi.[10] Onun özü belə söyləyib ki: "Süngər Bob Bikini-Bottoma köçməmişdən əvvəl mənim həyatım əsl xoşbəxtlik idi, amma mənə qonşuluğa bu "sarı baş ağrısı" köçəndən mənim həyatım kabus olub!".[10] Bəzi seriyalarda Skvidvardın osminoq, bəzilərində isə kalmar olduğu deyilir.[10]

"Süngər Bob Kvadrat Şalvar" cizgi serialında rolu

[redaktə | mənbəni redaktə et]
Pasxa adasında yerləşən moailərdən biri (solda) və Skvidvardın yaşadığı ev (sağda).

Skvidvard Bikini-Bottom adlı sualtı şəhərdə yaşayır. Onun evi görünüşcə Pasxa adasındakı moailərə bənzəyir. Skvidvardın evi Süngər Bobun ananas evi ilə Patrik Starın qaya evi arasında yerləşir. Skvidvard daima narahat edici və səs-küylü davranışlar etdiklərinə görə öz qonşularına nifrət edir. Buna baxmayaraq, Bob və Patrik Skvidvardın onlara qarşı antipatiyası olmasından şübhələnmirlər və onu öz dostları kimi qəbul edirlər. Lakin Skvidvard təhtəlşüur Süngər BobPatriki sevir, xüsusilə onların həyatının təhlükə qarşısında olduğunu bildiyi dönəmlərdə.[11]

Skvidvard daimi ümidsizlik və özünə acıma vəziyyətində yaşayır; O, öz gündəlik həyatından narazıdır və məşhur statusu almağa, zəngin olmağa, musiqiçi və ya rəssam kimi qlamur və uğurlu karyera qurmağa can atır.[12] Bununla belə, o, fəstfud restoranı olan Krasti Krabda kassir statusu ilə kifayətlənməli olur. Skvidvard işindən narazıdır, onu Krasti Krab restoranının sahibi və onun iş rəhbəri olan Mister Krabs qıcıqlandırır, Skvidvard qəlbində ona hörmət etmir və ona elə də çox sadiq deyil. Onu eləcə də işdə Süngər Bobla həmkar olmağı da qıcıqlandırır.[13]

Skvidvard klarnetdə ifa etməyi çox sevir. O, hər gününü klarnetdə ifa etməklə açır.[10] Baxmayaraq ki, Bikini-Bottomda heç bir canlının bu xoşuna gəlmir.[10] Skvidvard özü isə özünü musiqi dahisi hesab edir. O, musiqi ilə yanaşı, rəsm ilə də maraqlanır.[10] Skvidvard elə də pis rəsm çəkmir, lakin bunu heç kəs müsbət qiymətləndirmir, buna səbəb kimi isə onun daha çox avtoportret çəkməsi göstərilir.[10] Bunlarla yanaşı Skvidvard rəqs etməyi də çox sevir və ilk fürsətdə rəqs etməyə başlayır.[10]

Skvidvard sülh arzusundadı, lakin onun istəyi həyata keçmir.[12] O, özünün istedadlı olduğunu və daha yüksək sosial statusa layiq olduğunu düşünür. Bikini-Bottom sakinləri Skvidvardı incəsənət sahəsində istedadlı birisi kimi görmürlər; onlar onu tez-tez fitə basırlar və onun çıxışı zamanı zalı tərk edirlər. Demək olmaz ki, o musiqidə tam qabiliyyətsizdir, çünki o, seriyaların birində konsert təşkil etmiş və konsertin sonunda bütün tamaşaçılar onu alqışlamışdılar.[10] Ancaq çox güman ki, buna səbəb Süngər Bobun bu işə müdaxilə etməsi ehtimal olunur.[10]

Obrazın yaradılması

[redaktə | mənbəni redaktə et]

Hazırlanması və dizaynı

[redaktə | mənbəni redaktə et]
Stiven Hillenburq 2011-ci ildə.

Skvidvard obrazının yaradıcısı Stiven Hillenburq hələ erkən yaşlarından okeanlarla maraqlanmış və uşaqlıqdan öz bədii bacarıqlarını inkişaf etdirmişdir. O, kollecdə oxuduğu zaman dəniz biologiyası sahəsində ixtisaslaşmışdır. 1984-cü ildə kolleci bitirdikdən sonra Kaliforniya ştatında yerləşən Okean İnstitutunda işləyib. Məhz burada işləyərkən sonradan Süngər Bob Kvadrat Şalvarın yaradılmasına gətirib çıxaracaq — "The Intertidal Zone" adlı komiks yaratmaq ideyası ağlına gəlib.[14][15][16]'

1987-ci ildə Hillenburq animasiya karyerasını davam etdirmək üçün institut təhsilini yarımçıq dayandırıb və dənizin dibində yaşayan antropomorf canlılar haqqında layihə üzərində işə başlayıb.[16][17] Hillenburq bir neçə konseptual layihələr çəkib, ancaq o, ideya və layihələrinin reallaşması üçün təxminən 10 il müddətində gözləməli olub.[16]

Hillenburq Kaliforniya İncəsənət İnstitutunda[17] eksperimental animasiya öyrəndikdən bir neçə il sonra animasiya festivalı zamanı "Rokkonun müasir həyatı" serialının yaradıcısı Co Mürrey ilə qarşılaşıb. Mürrey Hillenburqa "Rokkonun müasir həyatı" serialında rejissor kimi işləməyi təklif edib.[16][18][19][20] "Rokkonun müasir həyatı" serialının çəkilişləri zamanı Stiven Hillenburq onun "The Intertidal Zone" komiksini görmüş ssenarist Martin Olson ilə tanış olub.[15]. Olsona bu ideya maraqlı gəlib və o, Hillenburqa dəniz varlıqları haqqında cizgi serialı yaratmaq təklif edib.[15] Süngər Bob Kvadrat Şalvar adlı obrazı da məhz Olson yaradıb.[15] 1996-cı ildə, "Rokkonun müasir həyatı" serialı başa çatdıqdan sonra,[21] Hillenburq Süngər Bob Kvadrat Şalvar cizgi serialı üzərində işləməyə başladı.

Hillenburq cizgi serialı yaradarkən, öz komiksinin bəzi personajlarının dizaynından istifadə etmişdir. O, Skvidvardı osminoq görkəmində "Süngər Bobun deyingən yaxın qonşusu" obrazında yaradıb. Obrazı osminoq kimi seçməklə o, bu varlığın başının yekə olmasını və bunun Skvidvard tərəfindən şişirdililməsini çatdırmaq istəyirdi. O, belə deyirdi: "osminoqlar iri və qabarıq başa sahibdirlər və Skvidvard belə fikirləşir ki, məhz buna görə o intellektualdır, çünki o da iri sifət və başa sahibdir".[22] Hillenburq Skvidvard obrazını altı ayaqlı olaraq yaradıb, səbəb kimi isə o, belə bildirib ki, "ayaqlarının səkkiz əvəzinə altı təsvir olunması, sadəcə, animasiya baxımından daha asan olmasıdır". Cizgi serialının ssenaristi və kadrlar üzrə rəssamı Vinsent Uoller belə bildirib:

" "Skvidvardı çəkmək çətindi, onun başı çox qəribə formaya malikdir. Xoşbəxtlikdən, onun emosiyaları kifayət qədər rəvandır, ancaq həqiqətən onun çoxlu emosiyasını təsvir etmək heç də asan iş deyil."[23] "

Hillenburq seriala Skvidvardın mürəkkəb buraxması ilə bağlı zarafatlar daxil etməyi düşünürmüş, ancaq nəticədə o, bu ideyadan imtina etməli olub. İmtinaya səbəb kimi isə o, belə bildirib: "həmişə elə görsənəcək ki, sanki o şalvarını çirkləndirir."[22]

Baxmayaraq ki, personaj "Skvidvard" adını daşıyır, onun osminoq yaxud kalmar olması ilə bağlı bir sıra mübahisələr var. Buna Hillenburq və Nickelodeon telekanalının rəsmi saytının bir-birinə zidd açıqlamaları da təsir edib.[24] Hillenburq personajın adını Oktovard deyil Skvidvard adlandırmasını belə izah edib: Oktovard adı Skvidvardı səsləndirən Rocer Bumpas tərəfindən tələffüz edilərkən qulağa xoş gəlmirdi.[25] Skvidvardın addım səsləri istiqacın sürtülməsi ilə yaradılıb. Cizgi serialının digər əsas qəhrəmanlarının ayaq səsləri isə serialın səs komandası tərəfindən səsləndirilir. Səs rejissoru Ceff Hatçins bildirib ki, addım səsləri hansı personajın hərəkət etdiyini və hansı səthin üzərində addımladığını anlamağa imkan verir.[26] Bumpas Skvidvardın liqerad ilə hərəkət etməsi ideyasını verib; Bumpas özü belə velosipedə sahibdir və onu Kaliforniya ştatının Berbank şəhərində idarə edir. Bumpas bunu özünün "kiçik daxili zarafatı" kimi təsvir edib.[25][27]

Səsləndirilmə

[redaktə | mənbəni redaktə et]
Skvidvardı səsləndirən Rocer Bumpas (solda) və onun səsinin bənzədildiyi Cek Benni.

Skvidvard obrazını aktyor Rocer Bumpas səsləndirir. O, Skvidvardın anası da daxil olmaqla, Süngər Bob Kvadrat Şalvar cizgi serialının digər personajlarını da səsləndirir. 1997-ci ildə, serialın yaradılışı və onun pilot epizodunun yazılışları zamanı, Hillenburq və yaradıcı direktor Derek Drümon rolların səsləndirilməsinə dinləmələr keçiriblər.[28] "Rokkonun müasir həyatı" serialında Hillenburq və Drümon ilə birlikdə işləmiş Doq Lourens, səsləndirilmə üçün Hillenburq tərəfindən ilkin olaraq seçilmişdir. Hillenburq Lourensi səs dinləmələrinə serialın bütün personajlarını səsləndirməsi üçün çağırmışdı.[29] Yekunda Hillenburq Lourensə Skvidvardın əvəzinə cizgi serialının canisi olan Plankton rolunu vermişdir.[28]

Bumpasın sözlərinə görə Skvidvard "yeknəsəq və burnunda danışan" birisi idi. Süngər Bob Kvadrat Şalvarı səsləndirən aktyor Tom Kenni Bumpası studiyada səsləndirmə zamanı təsvir edərkən deyirdi ki, "Mən Rocerə baxmağı sevirəm… O, düz mənim yanımdadır." Kenniyə görə, nə zaman ki, Bumpas yazılışlar zamanı Skvidvard kimi "apopleksikə çevrilir", onun başı qırmızı olur, "və siz qorxursunuz ki, onda emboliya baş verə bilər."[27]

Cizgi serialının komandasında olanlar Bumpası onun çıxışına və səsləndirdiyi personajla bənzərliyinə görə tərifləyidilər. Tom Kenni Bumpası "brilliant" adlandırmış və bildirmişdir ki: "O, sanki Skvidvarddır."[27] Ssenarist Kent Osborn belə söyləyib ki: "Xatırlayıram, mən fikirləşirdim ki, Rocer necə tez-tez Skvidvard kimi danışır və onun kimi fəaliyyət göstərir. Məhz buna görə də yaxşı səsləndirmə alınır — o onunla belə bağlıdır."[30] Lakin Bumpas özü belə söyləyib: "Mən o deyiləm və o da mən deyil, ancaq nə ki mən onun üçün etməli idim və nəyi ki mənə icazə veriblər onun üçün edim, bunlar onu mənim kimi edir. Bunlar mənim xüsusi bacarıqlarıma və vərdişlərimə çox yaxşı uyğun gəlir. Beləliklə, bu baxımdan bəli o mənəm, ancaq mən onun kimi şıltaq, istehzalı və uğursuz bir oğlan tipi deyiləm. Mən deyərdim ki, o çox tez ruhdan düşür."[31]

Skvidvardın səsi aktyor Cek Benninin səsi ilə müqayisə olunmuşdur. Tom Kenni bu barədə belə söyləyib: "Fikrimcə Cek Benni ilə müqayisə etmək çox gülüncdür, Rocer Bumpas Skvidvardın səsləndirilməsində böyük iş görür."[32] Everything I Need to Know, I Learned from Cartoons! müəllifi Artur Braun söyləyib ki: "Skvidvardın səsi Cek Benninin səsinə çox bənzəyir."[33] Bumpas müqayisələri rədd edib və bildirib ki: "Cek Benni? yox. Baxmayaraq ki, onda bu nəzərə çarpan istehza var, hansını ki, o bəzən göstərir."[31]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]
Skvidvard Süngər BobPatrik Stara qəzəblənir.

Skvidvard tənqidçilər və pərəstişkarları tərəfindən müsbət rəylər alıb. Süngər Bobu səsləndirən Tom Kenni Skvidvardı cizgi serialında özünün ən sevdiyi personaj adlandırıb. O söyləyib: "Nə zaman o nədəsə iştirak etmək istəyəndə, o bunu sadəcə tamamilə edə bilmir, çünki buna inamı yoxdur."[27] Ssenarist Keysi Aleksandr söyləyib: "Skvidvard mənim əhəmiyyətli dərəcədə bağlı olduğum personajdır. Şişirdilmiş şəkildə desək, o ən insani xarakterə sahib personajdır. Əgər mən Süngər Bob kimi bir insanı tanısaydım, böyük ehtimal mən də ona Skvidvardın ona göstərdiyi münasibəti göstərərdim."[34] Süngər Bob Kvadrat Şalvar cizgi serialının pərəstişkarı olduğunu söyləyən amerikalı müğənni Farel Vilyams söyləyib ki: "Skvidvard — hər halda mənim sevimlimdir. Əgər o insan olsaydı, mən onunla çənə vurardım."[35]

DVD Verdict-dən olan olan Bill Treduey bildirib ki: "Skvidvard Bert ("Sezam Küçəsi"ndən olan), Vudi Allen və Rocer Eddison ("Mister Ed"dən olan) arasında orta bir şeydir, ancaq onun ürəyi var, əgər siz onu tapa bilsəniz." Treduey Skvidvardı "qonşusunun etdiyi hərəkətlərə göstərdiyi münasibətin birbaşa insani olduğunu" bildirib.[36] "The New York Times" qəzetində işləyən kino tənqidçisi А. О. Skott özünün Süngər Bob Kvadrat Şalvar:Film barəsində olan icmalında bildirib ki, Skvidvard Sendi ÇiksMissis Paf ilə birlikdə onun cizgi serialında ən çox sevdiyi ikinci dərəcəli personajlardır.[37] Bundan əlavə, həmin yazıda televiziya tənqidçisi Coys Millman söyləyib ki: "Hm, mənə belə gəlir ki, Skvidvard homoseksual kalmarlardan biridir."[38]

Cizgi serialının Skvidvarda həsr olunmuş, ikinci mövsümünün 15-ci seriyası olan "Axmaqların orkestri", tez-tez bir çox tənqidçilər və pərəstişkarlar tərəfindən serialın ən yaxşı seriyalarından biri adlandırılır.[39]. "The Washington Post" jurnalisti Maykl Kavna "Axmaqların orkestri" seriyasını Süngər Bob Kvadrat Şalvar cizgi serialının ən yaxşı seriyaları siyahısında beşinci olaraq qiymətləndirib.[40] Skvidvard 2012-ci ildə Common Sense Media tərəfindən tərtib olunmuş "2012-ci ilin 10 ən pis uydurma televiziya qəhrəmanları" siyahısında yer alıb.[41] Jurnalist Sierra Filuççi bildirib ki, personajın eqoizmi onun ən "pis cinayətidir", o, Skvidvardı "Krasti Krabda işləyən sıradan murdar kassir" adlandırıb və əlavə edib ki, "o, yalnız nəsə istədiyi zaman yaxşı olur".[42]

2012-ci ildə 39-cu Daytime Emmy Awards mükafatlandırma mərasimində Rocer Bumpas Skvidvardı səsləndirməsinə görə "animasiya serialının ən yaxşı aktyor səsləndirməsi" kateqoriyasında namizədlər siyahısında yer alıb, bununla da o, aktyor heyətindən bu kateqoriyada namizədlər siyahısına daxil ola bilmiş ilk şəxs olub. Bu kateqoriyada mükafata isə "Qarfild şou"dan olan Cun Forey sahib çıxıb.[43] Bumpas bildirib ki, o, namizədlər siyahısına daxil ola bilməsilə qürur duyur və əlavə edib ki, "əslində rəqabət yox idi, çünki digər namizədlərdən biri Cun Forey idi, o isə dünyada animasiya kraliçası sayılır… Orada digər üç oğlandan hər hansının heç bir şansı yox idi. Faktiki olaraq əgər bizlərdən hər hansımız mükafatı alsaydı, bu studiyada qiyam baş verərdi".

Digər KİV-lərdə görünməsi

[redaktə | mənbəni redaktə et]
Skvidvard Süngər Bob 3D filmində.

Skvidvard Süngər Bob Kvadrat Şalvar ilə bağlı bir çox nəşrlərdə yer alıb, o cümlədən stolüstü oyunlarda,[44] kitablarda,[45] plüş oyuncaqlarda[46] və kolleksiya kartlarında.[47] Skvidvard cizgi serialından savayı SpongeBob Comics (ilk dəfə 2011-ci ilin fevralında dərc olunmuşdur[48][49]) saylarında, Süngər Bob Kvadrat Şalvara aid bir çox video oyunlarda, müxtəlif tematik parklarda və tematik parkların paradlarında (o cümlədən, Sea World[50]Universal’s Superstar Parade[51]) görsənmişdir.

Skvidvard 2004-cü il istehsalı tammetrajlı cizgi filmi olan "Süngər Bob Kvadrat Şalvar:Film"də yer alıb. Bu film kommersiya baxımından uğurlu olmuş və dünya prokatında 140 milyon ABŞ dolları gəlir gətirmişdir.[52]. Skvidvard bundan savayı 2015-ci ilin fevralında[53][54] premyerası olan, canlı aktyorları, kompüter və cizgi animasiyasını özündə birləşdirən — "Süngər Bob 3D" filmində də yer alıb. Bu film 2004-cü il istehsalı "Süngər Bob Kvadrat Şalvar:Film"in sikvelidir. Filmdə qəhrəmanların sahib olduğu güclər Marvel komiksindəki "Qisasçılar" komandasının qəhrəmanlarının bacarıqları ilə üst-üstə düşür: Skvidvardın bacarıqları — Şahingözə, Süngər BobunKapitan Amerikaya, Patrik StarınTora, Mister KrabsınDəmir Adama, Sendi ÇiksinNatalya Romanovaya, Planktonun isə — Halka uyğundur.[55][56].

Üçüncü mövsümün 19-cu epizodu olan "Uçan süngər" 2009-cu ildə Liverpul İmperiya Teatrında, daha sonra isə Cənubi Afrikada müzikl yaradılması üçün uyğunlaşdırılmışdır. Liverpul İmperiya Teatrında Skvidvard rolunu ifa etmiş aktyor Çarlz Branton personajı sevdiyini və səhnədə, yaxşı çəkilmiş multiplikasiya personajının canlı obrazını yaratmaq istəyini bildirib. Branton roluna serialın doqquz DVD-diskini almaqla hazırlaşıb. O, səsini Skvidvardın səsi kimi təkmilləşdirmək və əllərini onun etdiyi kimi hərəkət etdirmək üçün çox vaxtının sərf olunduğunu bildirib.[57] Brantonun çıxışı və müzikl əksər tənqidçilər tərəfindən yaxşı qəbul edilib. The Public Reviews dan olan tənqidçi belə yazırdı: "Çarlz Branton Skvidvard rolunda həqiqətən serialı bizdən oğurladı, məhz onun komik oyunu, səsi və hərəkətlərinin sayəsində bu tamaşa qüsursuz idi".[58] Viv Hardvik The Northern Echo üçün icmalında bildirib: "Çarlz Branton Skvidvardın inandırıcı obrazını yaradıb".[59] Cənubi Afrikada bu rolu Kris van Rensburq ifa etmişdir.[60]

  1. Writers: Kent Osborne, Paul Tibbitt. My Pretty Seahorse // SpongeBob SquarePants. 3 sezon. 42b epizod. iyul 12, 2002. Nickelodeon.
  2. Writers: Aaron Springer, Erik Wiese, Merriwether Williams. Fools in aprel // SpongeBob SquarePants. 1 sezon. 19a epizod. aprel 1, 2000. Nickelodeon.
  3. Writers: Casey Alexander, Zeus Cervas, Richard Pursel. Chum Fricassee // SpongeBob SquarePants. 8 sezon. 176b epizod. oktyabr 21, 2012. Nickelodeon.
  4. Writers: Luke Brookshier, Nate Cash, Eric Shaw. Stanley S. SquarePants // SpongeBob SquarePants. 5 sezon. 100b epizod. noyabr 23, 2007. Nickelodeon.
  5. Writers: Paul Tibbitt, Kent Osborne. Ugh // SpongeBob SquarePants. 3 sezon. 54 epizod. mart 5, 2004. Nickelodeon.
  6. Writers: Zeus Cervas, Erik Wiese, Tim Hill. Dunces and Dragons // SpongeBob SquarePants. 4 sezon. 66 epizod. fevral 20, 2006. Nickelodeon.
  7. Writers: Luke Brookshier, Tom King, Steven Banks, Richard Pursel. Pest of the West // SpongeBob SquarePants. 5 sezon. 96 epizod. aprel 11, 2008. Nickelodeon.
  8. Writers: Chuck Klein, Jay Lender, Mr. Lawrence. Opposite Day // SpongeBob SquarePants. 1 sezon. 64b epizod. sentyabr 11, 1999.
  9. Writers: Mike Bell. Good Neighbors // SpongeBob SquarePants. 4 sezon. 64b epizod. May 20, 2005.
  10. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Сквидвард Щупальца". Spongebob.wikia.com. 2017-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2015.
  11. Writers: Aaron Springer, Erik Wiese, Mr. Lawrence. SB-129 // SpongeBob SquarePants. 1 sezon. 14a epizod. dekabr 31, 1999.
  12. 1 2 Writers: Aaron Springer, Sean Charmatz, Richard Pursel. Enchanted Tiki Dreams // SpongeBob SquarePants. 7 sezon. 145b epizod. iyun 19, 2010.
  13. Writers: Aaron Springer, Derek Iversen. Greasy Buffoons // SpongeBob SquarePants. 7 sezon. 130a epizod. noyabr 27, 2009.
  14. "Welcome to the Ocean Institute". ocean-institute.org. 2013-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 24, 2013.
  15. 1 2 3 4 "Wilson, Thomas F. (Interviewer); Hillenburg, Stephen (Interviewee) Big Pop Fun #28: Stephen Hillenburg, Artist and Animator–Interview". Nerdist Industries. 2013-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2015.
  16. 1 2 3 4 . Paramount Home Entertainment [Hillenburg, Stephen The Origin of SpongeBob SquarePants. SpongeBob SquarePants: The Complete First Season Hillenburg, Stephen The Origin of SpongeBob SquarePants. SpongeBob SquarePants: The Complete First Season] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 9 iyun 2015.
  17. 1 2 Banks, Steven. SpongeBob Exposed! The Insider's Guide to SpongeBob SquarePants. Gregg Schigiel (Illustrator). New York City, New York: Simon Spotlight/Nickelodeon. sentyabr 24, 2004. səh. 9. ISBN 978-0-689-86870-2. İstifadə tarixi: avqust 11, 2008.
  18. . Paramount Home Entertainment [Joe Murray The Origin of SpongeBob SquarePants. SpongeBob SquarePants: The Complete First Season Joe Murray The Origin of SpongeBob SquarePants. SpongeBob SquarePants: The Complete First Season] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 9 iyun 2015.
  19. Neuwirth, 2003. səh. 50
  20. "Lisa (Kiczuk) Trainor interviews Joe Murray, creator of Rocko’s Modern Life Arxivləşdirilib 2015-04-20 at Archive.today, " The Rocko’s Modern Life FAQ
  21. "Rocko's Modern Life". JoeMurrayStudio.com. June 15, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 21, 2013.
  22. 1 2 Hillenburg, Stephen. (mart 1, 2005). The SpongeBob SquarePants Movie (The Case of the Sponge «Bob») (DVD). Paramount Home Entertainment/Nickelodeon
  23. Waller, Vincent. "The Oral History of SpongeBob SquarePants". Hogan's Alley #17. Bull Moose Publishing Corporation. 2010. 2015-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 21, 2012.
  24. SpongeBob SquarePants: The Complete First Season Disc 1 (Introduction) (DVD). noyabr 28, 2003. Paramount Home Entertainment/Nickelodeon.
  25. 1 2 Bumpass, Rodger. (mart 1, 2005). The SpongeBob SquarePants Movie (The Absorbing Tale Behind The SpongeBob SquarePants Movie) (DVD). Paramount Home Entertainment/Nickelodeon.
  26. Hutchins, Jeff. "The Oral History of SpongeBob SquarePants". Hogan's Alley #17. Bull Moose Publishing Corporation. 2010. 2015-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 21, 2012.
  27. 1 2 3 4 Kenny, Tom. "The Oral History of SpongeBob SquarePants". Hogan's Alley #17. Bull Moose Publishing Corporation. 2010. 2015-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 21, 2012.
  28. 1 2 Drymon, Derek. "The Oral History of SpongeBob SquarePants". Hogan's Alley #17. Bull Moose Publishing Corporation. 2010. 2015-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 21, 2012.
  29. "Big Pop Fun #22: Mr. Lawrence". Nerdist Industries. 2019-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2015.
  30. Osborne, Kent. "The Oral History of SpongeBob SquarePants". Hogan's Alley #17. Bull Moose Publishing Corporation. 2010. 2015-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 21, 2012.
  31. 1 2 Reardon, Samantha. "Rodger Bumpass is Squidward Tentacles". The Signal. sentyabr 8, 2013. 2014-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 28, 2014.
  32. Kenny, Tom. (mart 1, 2005). The SpongeBob SquarePants Movie (The Absorbing Tale Behind The SpongeBob SquarePants Movie) (DVD). Paramount Home Entertainment/Nickelodeon.
  33. Brown, Arthur. Everything I Need to Know, I Learned from Cartoons!. Arthur Brown. 2008. səh. 85. ISBN 978-1-4357-3248-3. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  34. Alexander, Casey. "The Oral History of SpongeBob SquarePants". Hogan's Alley #17. Bull Moose Publishing Corporation. 2010. 2015-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 21, 2012.
  35. Chang, Bee-Shyuan. "Dropping in on Oscar". The New York Times. fevral 23, 2012. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 25, 2014.
  36. Treadway, Bill. "SpongeBob SquarePants: The Complete First Season". DVD Verdict. noyabr 10, 2003. 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: oktyabr 29, 2013.
  37. Scott, A. O. "Absorbency Plus Frivolity, a Blend the World Needs". The New York Times. The New York Times Company. noyabr 19, 2004. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 5, 2014.
  38. Millman, Joyce. "SpongeBob SquarePants: The Cartoon World of a Joyful Sponge". The New York Times. The New York Times Company. iyul 8, 2001. 2017-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyun 5, 2014.
  39. Resenziyaların bir neçə misalı üçün, aşağıdakıları oxuyun:
  40. Cavna, Michael. "The Top Five SpongeBob Episodes: We Pick 'Em". The Washington Post. Nash Holdings LLC. iyul 14, 2009. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 5, 2014.
  41. "10 Worst TV Role Models of 2012". 2014-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-28.
  42. Filucci, Sierra. "10 Worst TV Role Models of 2012". Common Sense Media. oktyabr 1, 2012. 2014-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 25, 2014.
  43. OnTheRedCarpet.com Staff. "Daytime Emmys 2012: Full list of winners". On the Red Carpet. American Broadcasting Company. iyun 23, 2012. June 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 25, 2013.
  44. Onyett, Charles. "The Game of Life - SpongeBob SquarePants Edition Review". IGN. sentyabr 10, 2008. 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 7, 2014.
  45. "SpongeBob SquarePants: The Great Escape". Scholastic Corporation. 2014-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyun 7, 2014.
  46. "TY Beanie Baby - SQUIDWARD TENTACLES (Spongebob Movie Promo - 9.5 inch) Rare!". Ty, Inc. 2014-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyun 7, 2014.
  47. "Spongebob Squarepants: Deep Sea Duel (2003)". BoardGameGeek. 2014-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 7, 2014.
  48. "'SpongeBob Comics': Cartoon Phenom Makes Comic Book Debut". ICv2. noyabr 11, 2010. 2014-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 8, 2014.
  49. "In Stores 4/10/13". Bongo Comics Group. aprel 8, 2013. 2014-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 26, 2014.
  50. "SpongeBob SplashBash". Sea World. 2014-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 7, 2014.
  51. "Sucking Up to the Crowd". About.com. 2014-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 7, 2014.
  52. "The SpongeBob SquarePants Movie (2004)". Box Office Mojo. 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 1, 2014.
  53. "Paramount Dates 'Spongebob Squarepants 2,' 'Monster Trucks' for 2015". The Hollywood Reporter. avqust 1, 2013. 2013-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 2, 2013.
  54. Sneider, Jeff. "Paramount Avoids Fifty Shades by Moving Up 'Spongebob Squarepants Sequel". The Wrap. iyun 5, 2014. 2014-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 7, 2014.
  55. "Pitch Art: Spongebob Squarepants Movie Characters As The Avengers". 2015-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-03.
  56. "Film Review: 'The SpongeBob Movie: Sponge Out of Water'". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-03.
  57. "Interview with Charles Brunton from Love Never Dies". LastMinuteTheatreTickets.com. May 19, 2011. April 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 26, 2014.
  58. "Spongebob Squarepants – Liverpool Empire". The Public Reviews. May 21, 2009. April 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 26, 2014.
  59. Hardwick, Viv. "Theatre critics". The Northern Echo. aprel 24, 2009. səh. 25.
  60. "South African cast head for Bikini Bottom to join cast of SpongeBob SquarePants: The Sponge Who Could Fly". MediaUpdate. Gauteng, South Africa: Newsclip House. 16 noyabr 2009. 2014-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]