60° şm. e. 59° ş. u.HGYO

Ural dağları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ural dağları
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.895 m
Uzunluğu
  • 2.500 km
Eni 150 km
Hündür nöqtəsi Narodnaya dağı
Yaranma dövrü Devon (410—360 mln il əvvəl) — Trias (251—199 mln il əvvəl)
Yerləşməsi
60° şm. e. 59° ş. u.HGYO
Ölkə
Ural dağları xəritədə
Ural dağları
Ural dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ural dağlarıŞimal Buzlu okeanından Xəzər dənizinə doğru uzanan, Rus platforması ilə Sibir platformasını bir-birindən ayıran, Ukrayna, Rusiya, QazaxıstanQırğızıstan dövlətləri ərazisində olan dağ silsiləsi. Şimalda Aralıq dənizi, cənubda Qazaxıstana qədər uzanan bu dağlar 2000 km uzunluqları ilə AvropaAsiya arasında bir sərhəd materikində yerləşirlər. 63° Şimal paralelinin şimalında olan Şimal Urallar incə bir lent halındadırlar. Təpələrinin ortalama yüksəkliyi 900 m olan bu dağların bəzi zirvələri 1500 m-ə çatır, ən yüksək təpəsi olan Narodanın yüksəkliyi 1855 m-dir. Orta və Cənub Urallarda ortalama yüksəkliklər daha alçaqdır. Cənuba endikcə silsilə 250 km genişliyin üzərinə çıxar. Cənub Urallar Suerdlovsk boşluğunun cənubunu örtərlər.

Ural çevrəsiylə bəslənən başlıca çaylar; Pechora, Ob, Ural və Emba çaylarıdır. Şimal Sibiryanın sərt iqliminə səbəb qərbdən gələn küləklərin qarşısını alan Ural Dağlarıdır.

Bu dağların coğrafik şəkilləri qranit və somaki daşlarından və yamaclardakı Paleozoik təbəqələrdən meydana gəlir. Bu bölgə xüsusilə orta hissə olmaq üzrə mineral baxımdan zəngindir. Bunların yanında platin, dəmir, gümüş, mis və daş duzu daha az miqdarlarda da qızıl, linyit, nikel və sink tapılır. Uralların qərbində olan kömür işlədilməkdədir; cənubunda isə qızıl tapılmışdır.

On altıncı əsrdən bəri Urallarda müxtəlif sənaye işləri görülmüş, lakin bölgənin müasir olaraq inkişafı 1930-cu illərdə başlamışdır. Bundan sonra sənaye fabrik və iş sahələri şərqə sürüşmüş, Ural Bölgəsi Rusiyanın sənaye mərkəzi halına gəlmişdir. Bu bölgənin başlıca şəhərləri; Moqnitoqorsk, Perm, Sverdlovsk, OrenburqUfadır.

Ural Dağları müxtəlif mədən qaynaqları baxımından, xüsusilə; qızıl, platin, manqan, nikel, dəmir, mis baxımından çox zəngindir.