VIII Georgi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
VIII Georgi
Şəxsi məlumatlar
Doğum tarixi 1417
Vəfat tarixi 1476
Dəfn yeri
Atası I Aleksandr (Gürcüstan çarı)
Uşağı
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VIII Georgi (gürc. გიორგი VIII ; 14171476) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı. VIII Georgi Gürcüstana bütöv şəkildə hökmdarlıq edən son çar olmuşdur. Sonradan Gürcüstan çarlığı parçalanmışdır. 1466-cı ildən etibarən Kaxeti çarı olaraq hakimiyyətinə davam etmişdir.[1] Atası çar I Aleksandr, anası isə Tamara adlı qadın olmuşdur.[2]

VIII Georgi dövründə Gürcüstanın vahid şəkildə idarə edilən feodal monarxiyasının çarlıqlara bölünməsi prosesi başa çatdı. Samsxe-Satabaqo bölgəsi çarlıqdan ayrılan ilk bölgə olmuşdur. Qərbi Gürcüstanın hakimi (eristavisi) Baqrat Georgiyə qarşı üsyan qaldırdı və müstəqil hakimiyyət sürməyə başladı. 1463-də tərəflər arasında baş tutmuş Çihori döyüşündə VIII Georgi məğlub oldu.

1465-ci ildə VIII Georgi Samsxe-Satabaqo atabəyi II Kvarkvare tərəfindən əsir alındı. Bundan istifadə edən Baqrat 1466-cı ildə özünü Gürcüstan çarı elan etdi.[3] Həmin ildə əsirlikdən azad olan VIII Georgi Kaxetiyə qayıtdı və özünü Kaxeti çarı elan etdi. Beləliklə, Gürcüstan çarlığı parçalandı.

VIII Georgi Avropaya elçi heyəti göndərən ilk Gürcü çarı olmuşdur (1458–1459-cu illərdə Osmanlı əleyhinə koalisiya yaratmaq üçün).

Bu dövrdə Roma papa III Kalikst VIII Georginin Gürcüstana patriarx seçmək haqqında xahişinə razılıq vermişdir. Daha sonra VIII Georgi və II Kvarkvare özlərini papanın təbəəsi elan etdilər və bolonyalı Lüdoviki papanın Gürcüstandakı nümayəndəsi seçdilər. Seçimi təsdiqlətmək üçün yeni seçilmiş Roma papası II Piyə müraciət etdilər. Müraciətləri papa tərəfindən təsdiqləndi.

1461–1482-ci illərdə Gürcü elçiləri Fransa kralı VII Karl və oğlu XI Luis ilə görüşlər keçirdilər.[4] Lakin bu görüşlər heçbir nəticə vermədi. Çünki bu dövrdə Avropa Osmanlı imperiyasına qarşı sülh siyasəti aparırdı.

VIII Georgi 1476-cı ildə vəfat etdi.[5] Ondan sonra taxta I Aleksandr çıxdı.

VIII Georgi iki dəfə evlənmişdir. İlk evliliyi Tamara, ikinci evliliyi isə Nestan-Darecan adlı adlı qadın ilə olmuşdur. İlk evliliyindən olan uşaqları :

  • Vaxtanq
  • Keteon (Kristina)
  • Yelena İkinci evliliyindən olan uşaqları :
  • I Aleksandr (Kaxeti çarı)
  • Məryəm
  • İkinci evliliyindən digər bir qızı da olsa da, onun adı bilinmir.
  1. Cyrille Toumanoff, " The 15th Century Bagratids and the Institution of Collegial Sovereignty in Georgia ", Traditio, Cambridge University Press, vol. 7, 1949–1951, p. 186
  2. Cyrille Toumanoff, " The 15th Century Bagratids and the Institution of Collegial Sovereignty in Georgia ", Traditio, Cambridge University Press, vol. 7, 1949–1951, p. 181
  3. Marie-Félicité Brosset, , Saint-Pétersbourg, Imprimerie de l'Académie impériale des sciences, 1858, p.148
  4. Donald Rayfield, a History of Georgia, Londres, Reaktion Books, 2012, 482 p. p. 159–160
  5. Christopher Buyers, " Georgia — Page 3 ", sur RoyalArk.net (consulté le 15 février 2020)
  • Георгий, грузинские цари  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Ronald Grigor Suny, The Making of the Georgian Nation: 2nd edition (December 1994), Indiana University Press, ISBN 0-253-20915-3, page 45–46