Xabi Alonso

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xabi Alonso
isp. Xabi Alonso
Ümumi məlumatlar
Doğum tarixi 25 noyabr 1981(1981-11-25)[1][2][…] (42 yaş)
Vətəndaşlığı
Boyu 183 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub İspaniya Real Madrid
Karyerası
Gənclik karyerası
İspaniya Antiquoko
Klub karyerası[* 1]
1999–2004 İspaniya Real Sosyedad 119 (9)
2000–2001  İspaniya Eybar 14 (0)
2004–2009 İngiltərə Liverpul 143 (15)
2009—h.h. İspaniya Real Madrid 158 (4)
Milli yığma[* 2]
2000 İspaniya İspaniya (18 yaşlılar) 1 (0)
2002–2003 İspaniya İspaniya (21 yaşlılar) 9 (0)
2003—h.h. İspaniya İspaniya 109 (15)
Təltif və medalları
Dünya çempionatları
Qızıl CAR 2010
Konfederasiyalar kubokları
Bürünc CAR 2009
Avropa çempionatları
Qızıl Avstriya/İsveçrə 2008
Qızıl Polşa/Ukrayna 2012

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 may 2014 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 may 2014 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xabier Alonso Olano (25 noyabr 1981[1][2][…]) — ispan futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastyanın futbol klubu olan Real Sosyedadın əsas komandasında başladı. SD Eibarda icarə əsasında qısa müddət oynadıqdan sonra o, keçmiş klubu Real Sosyedadın baş məşqçisi Con Toşakın təşəbbüsü ilə bu kluba kapitan olaraq geri döndü. Xabi Alonso 2002–2003 mövsümündə Real Sosyedadın La Liqanı ikinci yerdə başa vurmasında əvəzedilməz rolu oldu. O avqust 2004-cü ildə 10,5 milyon funt sterlinqlik müqavilə əsasında Liverpula transfer edildi. O, Liverpuldakı ilk mövsümündə UEFA Çempionlar Liqasının finalında həlledici qol vurdu və UEFA Çempionlar Liqasını qazandı. Sonrakı mövsüm o, FA KubokuFA Community Shield kubokunu qazandı. O, 2009–2010 mövsümünün başlanğıcında 30 milyon funt sterlinq-ə yaxın dəyəri olan müqavilə əsasında Real Madridə transfer edilib. O,2003-cü ilin aprelində keçirilmiş İspaniyanın Ekvadora 4–0 qalib gəldiyi oyunda milli yığmada ilk oyununu keçirdi. İspaniya milli futbol komandasında oynadığı müddət ərzində o, Avro 2008, Avro 20122010 Dünya Kubokunu qazanmaqla yanaşı Avro 20042006 Dünya Kubokunda ölkəsini təmsil etmişdir. 23 iyun 2012-ci ildə Xabi Alonso Avro 2012-nin dörddəbir final mərhəsində Fransaya qarşı İspaniya milli futbol komandasının şərəfini 100-cü dəfə qorudu. Onun həm yubileyi, həm də İspaniyanın yarımfinal mərhələsinə yüksəlməyinə səbəb olmuş Fransaya vurduğu qol böyük təntənə ilə qeyd edildi.

Xabi Alonso 25 noyabr 1981-ci ildə məşhur futbolçu ailəsində anadan olmuşdur. Onun atası Periko Alonso Real Sosyedad komandasında oynayarkən komandası iki mövsüm ard-arda La Liqa çempionu oldu və karyerasındakı üçüncü çempionluğunu Barselonaya transfer olunduqdan sonra əldə etdi. O, həmçinin karyerası boyunca 21 dəfə İspaniyanın şərəfini qorumuşdur. Xabi Alonso kiçik bask şəhərciyi Tolosada anadan olmuşdur. Həyatının ilk altı ilini Barselonada keçirən Xabi Alonso sonradan ailəsi ilə birlikdə San-Sebastyana köçdü. Bu şəhərdə onda futbola qarşı ehtiras əmələ gəldi. Belə ki, o, uşaqlığını "Playa de la Konça" (Balıqqulağı çimərliyi) adlanan çimərlikdə futbol oynayaraq keçirirdi.[3] O, bu illərdə tanış olduğu Mikel Arteta ilə arasında başlayan dostcasına rəqabətin oyun texnikasına faydalı olduğunu söyləmişdir.[4] Atası futbola sıx bağlanan Xabini və böyük qardaşı Mikeli tez-tez birlikdə məşq etmək üçün Sabadelin məşq meydançasına aparırdı. Xabi Alonso atasının oyun üslubunun təsiri altında qol atmaqdansa yaxşı top ötürməyi daha çox sevirdi.[5] Kiçik yaşda o, yarımmüdafiəçi olaraq oynamağa qərar verdi. Bu qərar ona topla rəftarının yaxşılaşmasında böyük rolu oldu. Sonralar Xabinin bu bacarığı onun klub və milli yığma karyerasının ayrılmaz hissəsinə çevrildi.[3]
O, 15 yaşında olarkən ingilis dilini öyrənmək üçün məktəb mübadilə proqramı çərçivəsində İrlandiyanın Kells qəsəbəsinə getdi.[6]
Xabi Alonso və Mikel Arteta olduqca iddialı idilər və onların Real Sosyedadda birlikdə oynamaq ən böyük arzuları idi.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]
Klub Mövsüm Liqa Kubok1 Liqa Kuboku Avropa Başqa2 Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Real Sosyedad 1999–2000 0 0 1 0 0 0 1 0
Total 0 0 1 0 0 0 1 0
Eibar 2000–01 14 0 0 0 0 0 14 0
Total 14 0 0 0 0 0 14 0
Real Sosyedad 2000–01 18 0 0 0 0 0 18 0
2001–02 29 3 0 0 0 0 29 3
2002–03 33 3 1 0 0 0 34 3
2003–04 34 3 0 0 8 1 42 4
Total 114 9 1 0 8 1 123 10
Liverpul 2004–05 24 2 0 0 0 0 8 1 32 3
2005–06 35 3 5 2 0 0 10 0 3 0 53 5
2006–07 32 4 1 0 2 0 15 0 1 0 51 4
2007–08 19 2 3 0 1 0 4 0 27 2
2008–09 33 4 3 0 1 0 10 1 47 5
Ümumi 143 15 12 2 4 0 47 2 4 0 210 19
Real Madrid 2009–10 34 3 0 0 7 0 41 3
2010–11 34 0 7 1 11 0 52 1
2011–12 36 1 4 0 10 0 2 1 52 2
2012–13 28 0 7 0 10 0 2 0 47 0
2013–14 0 0 0 0 0 0 0 0 0 0
Ümumi 132 4 18 1 38 0 4 1 192 6
Ümumi karyera 403 28 32 3 4 0 93 3 8 1 540 35
1 O cümlədən FA KubokuKral Kuboku
2 O cümlədən UEFA Superkuboku, FIFA Club World Cup, FA Community Shield and Supercopa de España

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]
Xabi Alonso Avro 2008 çərçivəsində Zaltsburqda keçirilmiş Yunanıstanİspaniya matçının başlanğıc heyətində
Milli komanda Mövsüm Oyun Qol
İspaniya
2002–03 1 0
2003–04 10 0
2004–05 6 0
2005–06 12 1
2006–07 8 0
2007–08 10 2
2008–09 14 4
2009–10 15 4
2010–11 10 1
2011–12 16 3
2012–13 5 0
Ümumi karyera 107 15
  1. 1 2 Xabi Alonso // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Xabi Alonso // FBref.com (çd.).
  3. 1 2 Ballague, Guillem. "Clever Xabi sets the pass mark". The Observer. 22 May 2005. 2012-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-11. (#apostrophe_markup)
  4. Fifield, Dominic. "Arteta seeks revenge in battle of Basques". The Guardian. 25 mart 2006. 2012-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-11. (#apostrophe_markup)
  5. Balague, Guillem. "Dads and Lads: Periko and Xabi Alonso". Liverpool. 18 May 2008. 1 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-15.
  6. "Royal help for Alonso". eleven-a-side.com. Lynn Group. 25 May 2005. 26 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 May 2009.