Yan Van-der-Vaals

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yan Van-der-Vaals
Doğum tarixi 23 noyabr 1837(1837-11-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 mart 1923(1923-03-08)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Elm sahəsi fizika
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yan Van-der-Vaals (nid. Johannes Diderik van der Waals; 23 noyabr 1837[1][2][…], Leyden8 mart 1923[1][2][…], Amsterdam[3]) – "Qazların və mayelərin vəziyyət tənliyi üzrə tədqiqatlarına görə" 1910-cu ildə Fizika üzrə Nobel mükafatını qazanmış niderlandlı nəzəri fizik.[5]

İlk illəri və təhsili

[redaktə | mənbəni redaktə et]

Yan Van-der-Vaals 23 noyabr 1827-də Hollandiyanın Leyden şəhərində anadan olub. Yakob Van-der-Vaals və Elizabet Van-den-Berqin 10 övladının böyüyü idi. Atası ixtisasca dülgər idi. Bir qayda olaraq, XIX əsrdə fəhlə ailələrinin uşaqları orta məktəbi bitirənmirdilər və uyğun olaraq, Universitetdə oxumalarına belə icazə verilmirdi. Bunun əvəzinə, o, "Qabaqcıl İbtidai Təhsil Məktəbi"ndə təhsil aldı və 15 yaşında həmin məktəbi bitirdi. Sonra ibtidai məktəbdə müəllim stajyeri oldu.1856–1861-ci illərdə kurslara qatıldı və ibtidai sinif müəllimi və baş müəllim olmaq üçün lazımi kvalifikasiyalara yiyələndi. 1862-ci ildə Leyden Universitetində riyaziyyat, fizikaastronomiya mövzusunda keçirilən mühazirələrə qatılmağa başladı. 1863-cü ildə Alman hökuməti yeni tipli məktəblər (HBS) açdı. Van-der-Vaals bu məktəbdə riyaziyyat və fizika üzrə müəllim olmaq istədi və iki il boş vaxtlarında tələb olunan imtahanlardan keçmək üçün hazırlaşdı. 1865-ci ildə Deventerdəki həmin məktəbdə fizika olaraq təyin edildi.

Van-der-Vaals klassik dillər haqqında kifayət qədər yaxşı bilmirdi və bu faktora görə adi bir tələbə olaraq universitetə ​​girə bilmədi. Ancaq belə oldu ki, universitet qaydalarını tənzimləyən qanun dəyişdirildi və klassik dilləri bilmək artıq tələb olunmadı. Məhz bu zaman fizika və kimya doktoru dərəcəsi üçün kvalifikasiya imtahanlarını verdi.

14 iyun 1873-cü ildə Van-der-Vaals Leyden Universitetində Piter Rijkin rəhbərliyi altında dissertasiyasını ("Over de Continuïteit van den Gas- en Vloeistoftoestand") müdafiə etdi.

1877-ci ilin sentyabrında Van-der-Vaals yeni qurulan Amsterdam Bələdiyyə Universitetində Fizika professoru vəzifəsinə təyin edildi. Kimyaçı Yakob Vant-Hoff və bioloq Hüqo de Vries onun həmkarları idi. Van-der-Vaals 70 yaşında təqaüdə çıxana qədər Amsterdam Universitetində qaldı. 1910-cu ildə 72 yaşında, o, Fizika üzrə Nobel mükafatına layiq görüldü.[6] 1923-cü ilin 8 mart tarixində, 85 yaşında Amsterdamda vəfat etdi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Johannes Diderik van der Waals. 2009.
  3. 1 2 3 4 Album Academicum. 2007.
  4. 1 2 NNDB (ing.). 2002.
  5. "The Nobel Prize in Physics 1910". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  6. "The Nobel Prize in Physics 1910". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]