Yerfi
Yerfi | |
---|---|
41°06′08″ şm. e. 48°28′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 470 (2009) nəfər |
Yerfi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Türkdilli kəndlərin tat kəndlərindən əvvəl məskunlaşdığını nəzərə alsaq, deməli o cümlədən Yerfi kəndində də iki min il əvvəldən yaşayış məskəni olub. Kəndin tarixi ilə əlaqədar yer adlarına, qəbristanlıqlarda kənd sakinlərinin qazıntı apardıqları zaman tapılmış nümunələrə də diqqət yetirmək lazımdır. Kənddə üç yerdə qəbiristanlıq vardır. Sağ və sol tərəflərdə olan qəbiristanlıqların sel suları yuyan yerlərində çoxlu açılmış qəbirlər var. Tamamilə itən qəbirlər də çoxdur. Bu qəbirlərin kimə, yaxud hansı əqrəbaya aid olması bilinmir. Kəndin qədim hesab edilən ərazisi məhəllələrə ayrılmışdır: Musa məhəlləsi, Çuxur məhəllə, Güney məhəllə, Nurəlilər məhəlləsi, Əlməmmədlilər məhəlləsi. Bu bölgü kəndin digər tərəfində yoxdur, evlər də nəsillərə görə deyil, qarışıqdır. O vaxtkı kəndin qurtaracağında Əlməmmədlilər yaşadığı üçündür ki, bu gün kəndin ortasında qalıb itmiş, yerində mağaza tikilmiş, qəbiristanlıq deyilənlərə görə Əliməmmədlilərə aiddir. Kənddə qazıntı-tikinti zamanı məktəb ərazisində iki metr dərinlikdə ocaq və insan sümükləri, başqa bir həyətdə Ⅶ əsrə aid mis pulların tapılması ərazinin tarixi ilə bağlı məlumat verir. Yerfi kəndinin arxasında Kələva baba adlı zirvəyə yaxın bir yerdə qədim tikililər vardır. Bu tikililərin müdafiə xarakteri daşıdığını deyirlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin saytında XI–XII əsrlərə aid yerli əhəmiyyətli müdafiə qüllələri, inventar N4640 kimi göstərilir. Quba xanlığında böyük miqdarda müxtəlif cür silahlar istehsal olunurdu. Xüsusən, Yerfi kəndində qılınc, xəncər və sair hazırlanırdı.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Yerfi oyk., sadə. Quba r-nun eyniadlı i.ə.v.-də kənd. Babaçayın sahilində, Yan silsiləsinin (Kələqova dağının) ətəyindədir. Kəndin adının qədim türk dillərindəki yar (yarğan dərə) sözü ilə əlaqədar yaranması ehtimal olunur. Kəndin ərazisində eyniadlı dağ da var. Güman etmək lar ki, dağın adı ərazidəki Tufandağın (Qusar r-nu), Tufan-gölün (Qəbələ, Qusar r-ları), Fiy aşırımının (Oğuz r-nu) adları ilə bağlı olub ifıy avar, "tufan" mənasına uyğundur), "tufan olan yer" mənasındadır.[2]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Yerfi xalçaları dünyada çoxdan məşhurdur. Bura gələnlər, xüsusilə də əcnəbi qonaqlar yerli xalçaçı ustalar tərəfindən əllə toxunmuş xalçaları həvəslə alırlar. Xalçalar dünyanın bir çox muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]- Quba rayonunun cənubunda, dəniz səviyyəsindən 1500 m. yüksəklikdə, Babadağın (3632 m.) ətəyində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]XVIII əsrdə xanlıqlarası vuruşmalar vaxtı başqa yerlərdən Yerfiyə, eləcə də Yerfidən köçmələr olmuşdur. Ağakişililərin Yerfiyə gəlişi 1735–1740-cı illərə, Günəşlilərin ilk nümayəndəsi Günəşin gəlişi isə 1760-cı illərə düşür. Yerfidən gəlib İsmayıllı rayonunun Culyan və Müdrü kəndlərində məskunlaşanların tarixi isə hələ ki, məlum deyil.
1933-cü il yanvarın 1-dən Azərbaycan SSR Qonaqkənd rayonunun Yerfi kənd sovetliyi yaradılıb. Əhalisi 1100 nəfər (223 təsərrüfat, 556 kişi, 554 qadın) qeydə alınıb. Bütün kənd sovetinin əhalisinin 97,3%-i türklər (azərbaycanlılar) təşkil edib.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 470 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Tahir Həsənli. Yerfililər. Bakı, Kitab Klubu, 2012 (az.)
- C. M. Mustafayev. Azərbaycanın şimal xanlıqları və Rusiya: XVIII əsrin sonu — XIX əsrin əvvəlləri. Bakı, Elm, 1989. səh. 20
- Tahir Həsənli. "Yerfi kəndinin təbiəti", "Şəfəq" qəzeti, Quba – 06 iyul 2011, № 17 (8041), səh. 3
- Tahir Həsənli. "Yerfinin keçmişi haqqında", "Şəfəq" qəzeti, Quba – 30 iyul 2011, № 19 (8043), səh. 4
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- YERFİ SİLSİLƏSİ
- Yerfi silsiləsi (esse). Rövşən Yerfi
- Tahir Həsənli
- Tahir Həsənli. "Yerfililər" (elektron kitab)
- Tahir Həsənlinin "Yerfililər" kitabını yüklə
- Tahir Həsənli. "Yerfi töhfələri" (elektron kitab)
- Tahir Həsənlinin "Yerfi töhfələri" kitabını yüklə
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |