Yumşaq şinus
Yumşaq şinus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yumşaq şinus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Schinus angustifolia Sessé & Moc.
- Schinus bituminosus Salisb.
- Schinus huigan Molina
- Schinus molle var. argentifolius Marchand
- Schinus molle var. huigan (Molina) Marchand
- Schinus molle var. huyngan (Molina) March.
- Schinus molle var. molle
- Schinus occidentalis Sessé & Moc.[2]
Arealı
[redaktə | mənbəni redaktə et]Təbii halda Cənubi Afrikanın, Avstraliyanın, Cənubi Amerikanın və Meksikanın quraqlıq ərazilərində yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Düz dayanan, gövdəsi qaramtıl qabıqlıdır. Hündürlüyü 15 m-ə çatan, sallaq budaqlı və kobud boz qabığı olan, tez böyüyən, həmişəyaşıl, ikievli ağacdır. Yarpaqlarının uzunluğu 8-25 sm olub, lələkvari, 19-40 yarpaqcıqdan ibarətdir. Çiçəkləri salxımlarda yığılıb, qırmızı, ağ-sarı rəngli olur. Meyvələri yumru, diametri 5-7 mm, birtoxumludur, əvvəlcə yaşıl, sonra qırmızı, çəhrayı və ya al-qırmızı rəng alır. Meyvələri budaqların üzərində salxımlar əmələ gətirir. Qələmlərlə və toxumlarla çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Yumşaq şinus quraqlığadavamlı, uzunömürlü bitkidir. Bitki açıq günəşli sahələrdə yaxşı bitir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Mərdəkan dendrarisində 1986-cı ildə introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yumşaq şinusun qurudulmuş meyvələri ədviyyat kimi, təbabətdə diş ağrısında, revmatizm zamanı istifadə edilir. Ancaq meyvələri və toxumları heyvanlar üçün zəhərlidir. Meyvələri içkilərdə istifadə edilir. Bitkinin bütün hissələrində efir yağları vardır və xalq təbabətində büzüşdürücü, antibakterial maddə kimi istifadə edilir, yaranı sağaldır, qan təzyiqini aşağı endirir, qanaxmanı saxlayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 388.
- ↑ Yumşaq şinus:''The Plant List saytında takson barədə məlumat. (ing.)