Tuvalu
Tuvalu | |||||
---|---|---|---|---|---|
Tuvalu | |||||
| |||||
Tuvalu mo te Atua | |||||
Himn: Tuvalu mo te Atua |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Funafuti | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Kral | III Çarlz | ||||
General-qubernator | Tofiga Vaevalu Falani | ||||
Baş nazir | Feleti Teo (2024–cu ildən]] | ||||
Sahəsi | Dünyada 238-ci | ||||
• Ümumi | 26 km² | ||||
Əhalisi | |||||
• Əhali | 11,646 nəfər (229-cu) | ||||
• Siyahıyaalma (2017) | 10,645 nəf. | ||||
• Sıxlıq | 400 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 37 mln $ dollar (226-cı) | ||||
• Adambaşına | 3300 dollar (172-ci) | ||||
Valyuta | Avstraliya dolları | ||||
İnternet domeni | .tv | ||||
ISO kodu | TV | ||||
BOK kodu | TUV | ||||
Telefon kodu | +688 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir. Əgər Qlobal istiləşmə nəticəsində istilik 1 dərəcə yüksəlsə, Tuvalu tamam su altında qalacaqdır. Bu səbəbdən adada yaşayan yerli xalq indidən Avstraliya və Yeni Zelandiyaya miqrasiya etməyə başlamışdır.
Tarix
[redaktə | mənbəni redaktə et]Arxipelağın erkən tarixi ətraflı öyrənilməmişdir. Təxminən bizim eramızın 500-cü ilində Tuvalu arxipelaqının 300 adasında Tonqa və Samoadan gələn gəlmələr məskunlaşmışdır. Nanumanqa adasında olan bir mağaradan tapılmış tonqal izləri arxipelağın daha əvvəl məskunlaşılmasını düşünməyə əsas verir. Tuvalunu ilk kəşf edən avropalı ispan dəniz səyyahı Mendanya de Neyra olmuşdur. O, 1568-ci ildə adaların yanından keçmişdir.Səyahətçi arxipelağı "Laqun adaları" kimi adlandırdı. XVIII əsrə qədər Tuvalu başqa dəniz səyyahları tərəfindən yaxşı öyrənilməmişdi. Yalnız 1788-ci ildə ingilis kapitanlar Tomas Gilbert və Con Marşall adaya ekspedisiya təşkil edib arxipelağın bir hissəsini ətraflı tədqiq etmişdilər. 1819-cu ildə Kanada gəmisi "Rebekka"nın kapitanı arxipelağı gəminin sahibinin şərəfinə "Ellis adaları" kimi adlandırmışdı. XIX əsrin birinci yarısında balina ovçuları gəmilərlə Tuvaluya səyahət etməyə başladılar. Lakin əcnəbi gəmilərinin yan alması üçün əlverişli limanlar olmadığına görə əcnəbilər burada yaşayış məntəqəsinin əsasını qoymamışdılar.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Tuvalunun inzibati olaraq 7 ada (Nanumea, Niutao, Nanumanqa, Nui, Vaitupu, Nukulaelae və Nukufetau) və 1 şəhər bələdiyyəsinə (Funafuti) bölünmüşdür.[2]
№ | Əyalət | İngilis dilində ad | İnzibati mərkəz | Sahə, km² |
Əhali (2002) | Sıxlıq adam/km² |
---|---|---|---|---|---|---|
1 | Vaitupu | Vaitupu | Asau | 5,60 | 1591 | 284 |
2 | Nanumanqa | Nanumanga | Tonqa | 2,78 | 589 | 212 |
3 | Nanumea | Nanumea | Lolua | 3,87 | 664 | 171 |
4 | Niutao | Niutao | Kuliya | 2,53 | 698 | 276 |
5 | Nui | Nui | Tanrake | 3,25 | 548 | 169 |
6 | Nukulaelae | Nukulaelae | Fanqaua | 1,82 | 393 | 216 |
7 | Nukufetau | Nukufetau | Savave | 2,99 | 586 | 196 |
8 | Funafuti | Funafuti | Vaiaku | 2,79 | 4492 | 1610 |
Hamısı | 25,63 | 9 561 | 373 |
Adaları
[redaktə | mənbəni redaktə et]- Funafuti
- Nanumaya
- Nanumea
- Nui
- Niutao
- Niulakita
- Nukufetau
- Nukulaelae
- Vaitupu
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Ölkənin əhalisi natural kənd təsərrüfatı ilə məşğuldur. Adaların şoran torpağında yalnız kokos palması bitir. Balıq ehtiyatları Tuvalunun əsas təbii sərvətlərindəndir. Yerli kişilərin bir hissəsi xarici gəmilərdə matros kimi işləyir, yerdə qalanların çoxusu xaricə köçmək arzusundadır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Administrative Divisions of Countries" (ingilis). 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2008.