Vanuatu
Vanuatu | |||||
---|---|---|---|---|---|
bisl. Ripablik blong Vanuatu fr. République du Vanuatu ing. Republic of Vanuatu | |||||
| |||||
Long God yumi stanap, In God we stand, С Бог удържаме, Safwn Gyda Duw | |||||
Himn: Yumi, Yumi, Yumi |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Port Vila - 44 min nəfər (2009-cu il) | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Nikenike Vurobaravu [ 23.VII.2022 ~ ] | ||||
Baş nazir | Charlot Salwai [ 6.X.2023 ~ ] | ||||
Sahəsi | Dünyada 164-cü | ||||
• Ümumi | 12189 km² | ||||
Əhalisi | |||||
• Əhali | 260 min nəfər (187-ci) | ||||
• Siyahıyaalma (2009) | 234 023 nəf. | ||||
• Sıxlıq | 21 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 1 251 million dollar (202-ci) | ||||
• Adambaşına | 5 000 dollar (161-ci) | ||||
İnternet domeni | .vu | ||||
ISO kodu | VU | ||||
BOK kodu | VAN | ||||
Telefon kodu | +678 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Vanuatu Respublikası (bisl. Ripablik blong Vanuatu, fr. République du Vanuatu, ing. Republic of Vanuatu) — Sakit Okeanın cənubunda yerləşən ada dövlət. Vanuatu arxipelağına Yeni Hibrid arxipelağı, Melaneziyada Banke və Torres adalarına aid olan 80 ada daxildir. Onlar mənzərəli landşaftı ilə məşhurdur. Vanuatu dövlətinin yerləşdiyi Yeni Hibrid arxipelaqı 1606-cı ildə ispan dəniz səyyahı Pedro Fernando Kiros tərəfindən kəşf olunmuşdur. 1980-ci ilə qədər ölkə Böyük Britaniya və Fransa tərəfindən idarə olunurdu. Rütubətli tropik iqlimə malik olan adalarda illik yağıntıların miqdarı 2500–3000 mm-ə qədərdir, dekabr-mart aylarında tez-tez siklonlar yaranır.
Adın etimologiyası
[redaktə | mənbəni redaktə et]Polineziya dilindən tərcümədə vanua — "torpaq, ölkə" deməkdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]- 1.Yeni Hebridlər (Vanuatu burada yerləşir) adaları Portuqaliya dəniz səyyahları tərəfindən tapılmışdır — 1606
- 2.Adalar Böyük Britaniya və Fransanın birgə idarəçiliyində — 1906
- 3.Milli Birlik Hökuməti — 1978.
- 4.Ölkənin müstəqilliyi elan olunur — 1980.
Relyef
[redaktə | mənbəni redaktə et]Adalar sualtı dağların zirvəsini xatırladır.Adalarda tez-tez zəlzələlər baş verir, lakin zəif olur. Adalarda daim hərəkətdə olan 10 vulkan var.Ən yüksək nöqtə Tambemasana (1877 m)
İnzibati ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]6 əyalət
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Əmək qabiliyyətli əhalisinin əsas hissəsi istehlak xarakterli əkinçilik və balıqçılıqla məşğul olur. kokos palması, yams, batat, kakao, qəhvə, şəkər qamışı becərir. Lakin ölkənin əsas gəlirləri turizm və ofşor zonalarda fəaliyyət göstərən banklardan əldə olunan vəsaitin hesabına formalaşır. Sənayedə ağac emal edilir, ərzaq və toxuculuq məhsulları istehsal olunur.
Dil
[redaktə | mənbəni redaktə et]Vanuatu Respublikasının rəsmi dövlət dili Bislama dili (sadələşdirilmiş ingilis dili), ingilis və fransız dilləridir.
Əhali
[redaktə | mənbəni redaktə et]Vanuatu əhalisi əsasən xristianlığın presviterianlıq qoluna sitayiş edir. Vanuatu əhalisinin 80%-i Efate, Espiritu-Santo və Ambrim də daxil olmaqla 11 adada yaşayır. Sakinlərin 98%-i 100-dən çox dildə danışır. Az sayda ingilsi, fransız, avstraliyalı, Yeni Zelandiyalı, Cənub-Şərqi Asiyadan köçənlər yaşayır. Milli zəmində münaqişələr az olur.
Silahlı qüvvələr
[redaktə | mənbəni redaktə et]Sayı 300 nəfərə qadər olan hərbiləşdirilmiş könüllülər dəstəsi yaradılıb.