Milli Azərbaycan Tarixi Muzeyi
2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyi 100 yaşını qeyd edəcək. Fəaliyyətinin ilk dövründə Azərbaycan Dövlət Muzeyi adını daşıyan muzeyimiz 1936-cı ildən tarix profilinin gücləndirilməsi ilə əlaqədar bu günkü adı ilə işini davam etdirmiş, uzun illər ərzində vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası və sərgiləri ilə tamaşaçıların diqqətini cəlb etmiş, rəğbətini qazanmışdır.Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab, və qəzetlər toplanmışdır. Muzeyin Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilmişdi. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. Muzeyin yeni avadanlıqla təchiz olunması, prezidentin və hökumətin ayırdığı investisiya ilə nadir muzey ekponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi və bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir. Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin açılması vətəninə və xalqına hədsiz xidmətlər göstərmiş “el atası”nın xatirəsini əbədiləşdirmiş, onun görk olacaq həyat və fəaliyyətini işıqlandırmışdır. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirmiş, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurmuşdur. Açılışdan sonra muzeydə keçirilən müxtəlif mövzulu sərgilər, elmi-praktiki seminar və konfranslar, muzey əməkdaşlarının hazırladıqları kitab, buklet, kataloq və toplular həm mütəxəssislərin, həm də Azərbaycanın tarixi, onun maddi və mənəvi mədəniyyəti ilə maraqlananların rəğbətinə səbəb olmuşdur. Muzeyə hər gün onlarla tamaşaçı gəlir. Onların xidmətində duran muzey işçiləri hər bir tamaşaçının Azərbaycanın zəngin tarixi keçmişi, dünəni və bu günü ilə, maddi-mədəni tarixi irsi ilə tanış olması üçün əllərindən gələni etməyə çalışırlar.
Supervisors: Akademik Nailə Vəlixanlı
Phone: +99412 493 2387
Address: AZ1005,
Azərbaycan Respublikası,
Bakı ş.,
Hacı Zeynalabdin Tağıyev küç., 4
Supervisors: Akademik Nailə Vəlixanlı
Phone: +99412 493 2387
Address: AZ1005,
Azərbaycan Respublikası,
Bakı ş.,
Hacı Zeynalabdin Tağıyev küç., 4
less
Uploads
Kitab tarixçi və şərqsünaslar, eləcə də Azərbaycanın erkən orta əsrlər dövrü tarixi və tarixi coğrafiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Maliyyə dəstəyi göstərmiş bir sıra vətənpərvər azərbaycanlının köməyi ilə milli geyim standartlarına uyğun olaraq, ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim komplektləri tikilmişdir.
Sərgidə geyimlərlə bərabər Muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər, eləcə də müvafiq məlumatlar təqdim olunur.
Книга рассчитана на историков, нумизматов, специалистов материальной культуры, преподавателей и студентов вузов.
Təqdim olunan sərgidə Muzeyin 20 tarix eksponatı nümayiş olunur. Məhz bu eksponatları əsas götürərək rəssam və heykəltəraşlar 27 sənət əsəri yaratmışlar.
Tarixi eksponatların yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduqları yerlərini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.
ilə Bakı teatrlarına məxsus sənədli və maddi materiallarla daha da zənginləşdirilir. Həmin materiallar muzey fondlarında heç vaxt artıq yük qismində yatıb qalmır. Daim istifadədə olan bu eksponatlar neçə-neçə tamaşaçı nəslini maarifləndirən və mənən zənginləşdirən çoxsaylı ekspozisiya və sərgilərin əsasını təşkil edir, milli teatr sənətinin inkişafının və nailiyyətlərinin təbliğinə geniş şərait yaradır. Muzeydə ötən əsrin 20-ci illərində fəaliyyət göstərən “Teatr” şöbəsi artıq 1934-cü ildən şöbə müdiri Ağakərim Şərifovun başçılıq etdiyi müstəqil Teatr muzeyinə çevrilmişdi.
Beləliklə, bəzəklər zərgərlik istehsalatının əsas məhsulu kimi özü-özlüyündə qiymətli tarixi mənbədir. Bundan başqa hər bir zərgərlik bəzəyinin bədii-kompozisiya xüsusiyyəti zamanının zövq səviyyəsini və tələbatını əks etdirir. Bunun əsasında müxtəlif dövrlərdəki zərgərlərin texniki və peşə bilikləri, eləcə də bacarıqları haqqında müəyyən təsəvvürlər əldə etmək mümkündür.
Kağız pul nişanları dövlətin daxili iqtisadi potensialının, beynəlxalq aləmdə siyasi nüfuzunun önəmli göstəricisi olmaqla ölkənin həyatında baş verən iqtisadi-sosial prosesləri də əks etdirir, bədii, estetik və qrafik tərtibatı baxımından da xüsusi maraq doğurur.
Müstəqil dövlətin ən vacib rəmzlərindən biri olan kağız pul həmin dövlətin tarixi, siyasi, iqtisadi vəziyyətini səciyyələndirən amillərdən biridir.
Kataloq yalnız xarici ölkələr tərəfindən verilmiş hədiyyələr kolleksiyası əsasında tərtib olunmuşdur. Ümumiyyətlə, 900-ə yaxın hədiyyə haqqında məlumatı əhatə edən kataloqda ölkə və şəhərlərin adları əlifba sırası ilə, hədiyyələr isə kim tərəfindən, nə münasibətlə, kimə verilməsi göstərilməklə xronoloji ardıcıllıqla təqdim olunmuşdur.

Photographs which had been taken by a photographer-expert of Extraordinary Investigation Commission N. Litvintsev, depict architectural monuments of Baku; these include building of Muslim Charitable Society, mosques, three inns where exceptionally muslims were staying at and which, afterwards had been plundered, burned
and destroyed by heavy artillery of armenian-bolsheviks armed forces.
While analyses of photographic materials reveals and identify the scope of massacre and plundering that had been committed by dashnak-bolshevik armed forces, and to examine the role and place of destroyed public and religious constructions in life of Caucasian muslims, to investigate types of weapons that were used during the destruction of these monuments, as well as the ways of implementation of specified actions. There is a stamp of the Extraordinary Investigation Commission and the signature of expert-photographer on the reverse side of the photography of the reviewed period that prove the authenticity of these sources.
In the author’s opinion these materials should be included for further scientific study being the main source in order to study the March events of 1918.
va kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafızəsi
va bərpası" III Respublika elmi konfransının materialları
Национальный Музей Истории Азербайджана – крупнейший и самый первый музей страны, основанный в 1920 году, отмечает в этом году свой 100-летний юбилей. Сегодня Музей успешно продолжает многостороннюю деятельность по сбору, хранению, демонстрации экспонатов, отражающих многовековую историю Азербайджана. Музей, входящий в систему Национальной Академии Наук Азербайджана, является одним из ведущих научно-исследовательских центров страны, готовящих квалифицированных специалистов в области отечественной истории, археологии, этнографии, нумизматики.
Рады Вам сообщить, что 21 октября 2020 года в г. Баку, в Национальном Музее Истории Азербайджана будет проведена международная конференция «Музей в XXI веке. Проблемы соотношений классического и интерактивного». Нам будет приятно приветствовать Вас в числе участников конференции и предоставить Вам возможность разделить с нами радость юбилейных торжеств.
Azərbaycanın ilk və ən böyük muzeyi, təməli 1920-ci ildə qoyulmuş Milli Azərbaycan Tarixi Muzeyi bu il özünün 100 illik yubileyini qeyd edəcəkdir. Azərbaycanın milli-mədəni irsini toplayaraq tədqiq və təbliğ edən Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi-tədqiqat mərkəzlərindən biri kimi həm də muzeyşünaslıq, vətən tarixi, arxeologiya, etnoqrafiya, numizmatika üzrə yüksək ixtisaslı kadrlar hazırlayan bir müəssisədir.
21 oktyabr 2020-ci ildə Bakıda, Milli Azərbaycan Tarixi Muzeyində “Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Bu münasibətlə Sizi konfransa dəvət edir və yubiley mərasimlərini bizimlə bölüşməyinizi arzu edirik. Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində sərgilərin və yeni ekspozisiyanın açılışı da planlaşdırılır.