Dekolonizasiya

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (9 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 12:26, 26 sentyabr 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Müstəmləkəçilikdən azad olma (ing. Decolonization) — müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik və suverenliyin verilməsi.[1]

Müstəmləkə imperiyalarının ləğv edilməsi siyasəti 1941-ci ildə Atlantik Xartiyanın qəbulunda elan edilmişdi. Xartiya ABŞ-nin müstəmləkə ərazilərinin bazarlarına buraxılması barədə tələbindən sonra qəbul edilmişdi.

Terminin tətbiqi

Dekolonizasiya termininin mənaları və tətbiqləri mübahisəlidir. Dekolonizasiyanın mənasını siyasi müstəqillikdən kənara çıxaran geniş yanaşmalar mübahisələrə səbəb olmuş və tənqidlərə məruz qalmışdır. Bir qrup araşdırmaçılar analitik cəhətdən bu terminin əsassız olduğunu müdafiə etdilər, digərləri iddia edirdilər ki, “dekolonizasiya” üçün elmi və praktiki tətbiqlər şəxsiyyətlər haqqında şəksiz və əsaslı anlayışları öyrənməyə imkan verir.[2]

Dekolonizasiya ilə bağlı ilk araşdırmalar 1960-1970-ci illərdə ortaya çıxdı. Bu dövrə aid mühüm kitab Martinika müəllifi Frantz Fanonun "Yerin bədbəxtləri" (1961) əsəri idi ki, bu əsər dekolonizasiyanın bir çox aspektlərini ortaya qoydu. Dekolonizasiyanın sonrakı tədqiqatları iqtisadi bərabərsizlikləri müstəmləkəçiliyin mirası kimi, eləcə də insanların mədəniyyətlərinin məhvi kimi nəzərdən keçirdi.[3]

Əhatə dairəsi

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirir ki, öz müqəddəratını təyin etmək üçün fundamental hüquq dekolonizasiya üçün əsas tələbdir və bu hüquq siyasi müstəqilliklə və ya olmadan da həyata keçirilə bilər. 1960-cı ildə BMT Baş Assambleyasının Qətnaməsi müstəmləkə xarici idarəçiliyini insan hüquqlarının pozulması kimi xarakterizə etdi.[4] Müstəqillik qazanmış yerlərdə hələ də müstəmləkəçillik altında yaşayan yerli xalqlar müstəmləkəsizliyə və öz müqəddəratını təyin etmə tələblərini irəli sürməyə davam edirlər.[5]

Dekolonizasiya məsələləri davam edir və müasir dövrdə qaldırılır. Latın Amerikası və Cənubi Afrikada bu cür məsələlər dekolonizasiya termini altında getdikcə daha çox müzakirələrə səbəb olur.[6]

Biliyin dekolonizasiyası

Biliyin dekolonizasiyası (həmçinin epistemik dekolonizasiya və ya qnoseoloji dekolonizasiya) dekolonial elmdə inkişaf etmiş bir anlayışdır. Qərb bilik sistemlərinin qəbul edilən hegemonluğunu tənqid edir.[7] Alternativ epistemologiyaları , ontologiyaları və metodologiyaları tədqiq etməklə digər bilik sistemlərini qurmağa və qanuniləşdirməyə çalışır. Ehtimal ondan ibarətdir ki, əgər kurikulumlar, nəzəriyyələr və biliklər müstəmləkəçiliyə məruz qalıblarsa deməli bu, siyasi, iqtisadi, sosial və mədəni baxımdan müstəmləkəçi mülahizələrin təsirinə məruz qalması deməkdir.[8] Dekolonial bilik perspektivi fəlsəfə ( xüsusilə qnoseologiya ), elm , elm tarixi və sosial elmdə digər fundamental kateqoriyalar daxil olmaqla geniş çeşidli mövzuları əhatə edir.

Dekolonizasiyanın nəticələri

2019-cu ildə aparılan bir araşdırma göstərdi ki, müstəmləkələr müstəqilliklərini əldə etdikdən dərhal sonra demokratiya səviyyəsi kəskin şəkildə artdı. Bununla belə, münaqişə, gəlir artımı və iqtisadi artım müstəqillikdən əvvəl və sonra sistematik olaraq fərqlənmədi.[9]

Siyasi nəzəriyyəçi Kevin Duonqun fikrincə, dekolonizasiya tətbiq edilməsəydi "əsrin ən böyük hüquqlarından məhrumetmə aktı ola bilərdi", çünki çoxsaylı anti-müstəmləkəçi fəallar müstəqillikdən daha çox, ilk növbədə imperiyalar daxilində ümumi seçki hüququnu qazanmaq məqsədləri güdürdülər. Çünki asılı ərazilər milli dövlətə çevrildikcə, həmin fəallar öz səslərini itirirdilər. Milli məclislər və digər bu kimi strukturlar müstəqillikdən daha çox öz mənafeləri naminə faktiki asılı olmağı daha üstün tuturlar.[10]

Devid Strenc qeyd etmişdir ki, 20-ci əsrdə müstəmləkələrinin itirilməsi Fransa və İngiltərəni “ikinci dərəcəli güclərə” çevirdi.[11]

İstinadlar

  1. "Residual Colonialism In The 21St Century - United Nations University". web.archive.org. 2021-07-17. 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.
  2. Parker, David. Revolutions and the Revolutionary Tradition: In the West 1560-1991 (ingilis). Routledge. 2002-11-01.
  3. "Dekolonizasiya". brill.com. İstifadə tarixi: 2023.09.24.
  4. Getachew, Adom. Worldmaking after Empire: The Rise and Fall of Self-Determination. Princeton University Press. 2019-01-01. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.
  5. "Declaration on the Granting of Independence to Colonial Countries and Peoples". OHCHR (ingilis). 2022-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.
  6. "Decoloniality". GLOBAL SOCIAL THEORY (ingilis). 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.
  7. "Dekolonizasiya". hts.org. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.24.
  8. Broadbent, Alex. "It will take critical, thorough scrutiny to truly decolonise knowledge". The Conversation (ingilis). 2017-06-01. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.
  9. "Dekolonizasiyanın nəticələri". www.ncbi.nlm.nih.gov. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.24.
  10. "dekolonizasiyanın nəticələri". www.cambridge.org. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.24.
  11. "Devid Strencin fikirləri". www.cambridge.org. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.24.