Koramallar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Koramallar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Koramallar (lat. Anguidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.

Bu fəsiləyə 12 cins və 120-yə yaxın növ daxildir. Koramallara Avrasiyada və Amerikada rast gəlinir.

Koramallar növ müxtəlifliyinə görə kərtənkələlərin rəngarəng fəsiləsidir. Onların içərisində cılız koramal kimi ilanaoxşar ayaqsız kərtənkələlər, eləcə də hər birində 5 barmaq olan dörd ətrafa malik adi növləri var. Bütün koramallarda pulcüqlar kiçik sümük lövhəciklərlə birləşmişlər. Koramallar görünüşcə gürzəyə çox bənzəyirlər.