Sekst Empirik
Sekst Emprik | |
---|---|
Σέξτος Εμπειρικός | |
Doğum tarixi | təq. II əsr[1] |
Vəfat tarixi | təq. III əsr[2][1][…] |
Vəfat yeri | |
Dövr | Roma imperiyası |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Sekst Emprik (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı[3]. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekst Emprik ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı. Onun əsərlərində skeptisizm ətraflı və dolğun bir təlim kimi təqdim edilmişdir. Sekstus Emprikus Enesidemusdan sonra skeptisizmin əsaslarını sübuta yetirən 10 troposda yetərincə dəyişikliklər etmiş, onları yenidən sistemləşdirmişdir.
Bilindiyi kimi digər antik düşünürlər bilginin əldə olunmasının mümkünlüyünü iddia edirdilər. Sekstus Empirikus isə şübhəçilərin gələnəyini (ənənəsini) sürdürərək iddia edirdi ki, bilgi nisbidir. Ona görə də, problemlərin çözülməsi və şeylərin mahiyyətini açmaq cəhdlərindən çəkinmək lazımdır[4]. Belə olarsa, insan kamilliyə çatmış olur. Onun fikrincə qanunlar, ənənələr, qaydalar və vərdişlərə riayət edilməlidir. Bu sırada sağlam düşüncəyə özəl yer də verilməlidir.
Qədim zamanlardan başlayaraq duyğular vasitəsi ilə əldə edilən biliyin nisbiliyini və ziddiyyətli olduğunu sübuta yetirmək istəyən düşünürlər öz dəlillərini Sekstus Empirikusun kitablarından gətirirdilər. Onun “problemlərin həllindən çəkinmə” prinsipi tibb, fiziologiya, zoologiya, fizika və digər elmlərdən alınmış faktlara əsaslanırdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 132-133. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 132-133. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Bailey, Alan, Sextus Empiricus and Pyrrhonean scepticism, Oxford: Oxford University Press, 2002.
- Brennan, Tad, Ethics and Epistemology in Sextus Empiricus, London: Garland, 1999.
- Секст Эмпирик. Три книги Пирроновых положений. / Пер. Н. В. Брюлловой-Шаскольской, предисл. А. И. Малеина. СПб., 1913. 215 стр.
- Секст Эмпирик. Сочинения. В 2 т. / Пер. Н. В. Брюлловой-Шаскольской и А. Ф. Лосева. Общ. ред. и вступ. ст. А. Ф. Лосева. (Серия «Философское наследие»). М.: Мысль, 1976. 1250000 экз. Т. 1. 400 стр. Т. 2. 424 стр.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Sextus Empiricus // Internet Philosophy Ontology project (ing.).
- ↑ Sextus Empiricus // Post-Reformation Digital Library (ing.).
- ↑ Mary Mills Patrick. Sextus Empiricus and Greek Scepticism. Cambridge Deighton Bell & Co. London George Bell & Sons, 1899, p. 21.
- ↑ Mary Mills Patrick. Sextus Empiricus and Greek Scepticism. Cambridge Deighton Bell & Co. London George Bell & Sons, 1899, p. 22.