Yujno-Suxokumsk
Yujno-Suxokumsk | |
---|---|
44°40′ şm. e. 45°39′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368890 |
Vikianbarda əlaqəli mediafayllar |
Yujno-Suxokumsk — Rusiyanın cənubunda, Dağıstan Respublikasında yerləşən şəhər.
Respublika əhəmiyyətli şəhər olaraq[2], şəhər dairəsi statusu ilə yeganə yaşayış yeri kimi inzibati vahidlik əmələ gətirir[3].
Coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Noqay çölündə, Kuma çayının quruyan qolunun deltasında, düzənlik bir ərazidə, Mahaçqala şəhərindən 295 km şimal-qərbdə, respublikanın Stavropol diyarı ilə sərhədinə yaxın ərazidə yerləşir.
Şəhər daxilinə statusu müəyyənləşdirilməyən uzaq bir mikrorayon (qəsəbə) olan Şərqi-Suxokumskda daxil idi[4]. Şəhərin sahəsi 82 km² təşkil edir. Şəhər mərkəzi isə dəniz səviyyəsindən 10 m yüksəklikdə yerləşir.
İqlimi kəskin kontinentaldır. Ən isti ay iyuldur. Bu ayda orta temperatur 24,9°C təşkil edir. Ən soyuq ay isə yanvardır və bu ayın orta temperaturu -3,7° C təşkil edir. İllik orta temperatur 10.7°C-dir. İl ərzində isə əraziyə 320 mm yağıntı düşür. Ən çox yağıntı 46 mm olaraq iyun ayında müşahidə edilir. Ən az yağıntı isə 16 mm olaraq fevralda qeydə alınır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1988-ci ildə şəhər statusu almışdır. Buna qədər isə Qızılyar şəhər soveti tərkibində qəsəbə statusunda idi.
1995-ci ildə şəhər ərazisinə Vostoçno-Suxokumsk qəsəbəsi daxil edilir. Bu şəhər həm də neft hasilatı ilə seçilir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 898-ci yerdədir. Əhalisinin sıxlığı — 116.04 nəf./km². Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə Yujno-Sukhokumsk şəhər rayonunun əhalisi belə olacaqdır[5]:
2024 — 11,22 min. nəf.
2035 — 12,4 min. nəf.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə şəhərin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]
Millət | Say, nəf. |
Ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
avarlar | 4 629 | 46,13 % |
darginlər | 2 117 | 21,10 % |
ləzgilər | 1 039 | 10,35 % |
laklar | 923 | 9,20 % |
qumuqlar | 479 | 4,77 % |
ruslar | 417 | 4,16 % |
digərləri | 409 | 4,08 % |
bildirməyənlər | 22 | 0,22 % |
ümumi | 10 035 | 100,00 % |
Yerli özünü idarəetmə
[redaktə | mənbəni redaktə et]- Deputatlar məclisinin sədri
2010 il — Maqomedtaqir Qurbançıev Said oğlu
2017-ci ildən — Abdullayev Abdula Xardaev oğlu
- İcra başçısı
2010-cu ildən — İbrahimov Kadi Qurbanəli oğlu
2017-ci ildən — Abdulayev Abdula Abdurrəhim oğlu
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]neft və qaz hasilatı.
elektromexaniki zavod.
çörək zavodu
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]Abakarov Xizri Maqomed oğlu — Dərbənd şəhərinin icra başçısı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Закон Республики Дагестан от 10 апреля 2002 года N 16 «ОБ АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОМ УСТРОЙСТВЕ РЕСПУБЛИКИ ДАГЕСТАН»". 2018-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ "Устав муниципального образования «город Южно-Сухокумск»". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ "Р.Газимагомедов провел совещание по вопросам определения статуса пос. Восточно-Сухокумск". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-02.
- ↑ "Перепись 2010 года. Дагстат. Том 3". 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.