2023
İllər |
---|
2019 • 2020 • 2021 • 2022 — 2023 — 2024 • 2025 • 2026 • 2027 |
Onilliklər |
2000-ci illər • 2010-cu illər — 2020-ci illər — 2030-cu illər • 2040-cı illər |
Əsrlər |
XX əsr — XXI əsr — XXII əsr |
2023 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 2023 MMXXIII |
Yuli təqvimi | 2023 |
Yuli təqvimi bizans erasında |
7531-7532 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2775-2776 (21 aprel) |
Avropa təqvimi |
5783-5784 ה'תשפ"ג - ה'תשפ"ד |
Hicri təqvim | 1444-1445 |
Erməni təqvimi | 4515-4516 (11 avqust)
ՍԻԳ |
Çin təqvimi | 4719-4720 壬寅 - 癸卯 qara pələng - qara dovşan |
Efiopiya təqvimi | 2015 - 2016 |
Hind təqvimi | |
- Vikram-samvat | 2079-2080 |
- Şaka sambat | 1945—1946 |
- Kali-yuqa | 5124-5125 |
İran təqvimi | 1401-1402 |
Buddist təqvimi | 2566 |
Holosen təqvimi | 12023 |
Yapon xronologiyası | 5 Reyva erası |
Fransız inqilabı təqvimi | 231—232 |
Çuçxe təqvimi | 112-ci çuçxe ili |
Minqo təqvimi | 112-ci Tayvan ili |
2023 (MMXXIII) — Qriqorian təqviminə görə Bazar günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2023-cü ilidir. III minilliyin və XXI əsrin 23-cü ilidir. 2020-ci illərin 4-cü ilidir.
2023-cü ildə COVID-19 pandemiyasının (Ümumdünya Səhiyyə Təşkilatı qlobal sağlamlıq vəziyyətində fövqəladə vəziyyət adlandırmağı dayandırdı) azalması müşahidə edildi. İl ərzində 2022-ci ildən başlayaraq Rusiyanın Ukraynanı işğal etməsi davam etdi. Aprel ayında Sudanda hərbi konflikt başladı.
2023-cü ildə həmçinin çoxsaylı təbii fəlakətlər oldu. Türkiyə və Suriyada təxminən 60000 insanın ölümünə səbəb olan zəlzələ baş verdi. Bu zəlzələ XXI əsrin beşinci ən ölümcül zəlzələsidir. Eləcə də tarixdə qeydə alınmış ən uzunmüddətli tropik siklon olan Freddi siklonu da təxminən 1400 insanın ölümünə səbəb oldu.
2023-cü ildə bank böhranı baş verdi. Nəticədə çoxsaylı ABŞ regional bankları iflas etdi. İsveçrədə UBS tərəfindən Credit Suisse investisiya bankının satın alındı. ABŞ bankları arasında çökən ən böyük 2 bank: Silicon Valley Bank və First Republic Bank. Bunlar ABŞ tarixindəki ikinci və üçüncü ən böyük bank çöküşləridir.
Texnologiya sahəsində 2023-cü ildə generativ süni intellekt modellərinin davamlı yüksəlişi müşahidə edildi və müxtəlif sənayelərdə tətbiqlər yeni zirvələrə çatdı. Maşın öyrənməsi və təbii dil emalında irəliləyişlərdən istifadə edən bu modellər real və ardıcıl mətn, şəkillər və musiqi yaratmağa qadirdir. Şəxsi şirkətlər arasında süni intellektlə silahlanma yarışı 2010-cu illərin sonlarından bəri davam edir. Microsoft tərəfindən dəstəklənən OpenAI və Google-un sahibi Alphabet bu gün firmalar arasında üstünlük təşkil edir.
Hadisələr
[redaktə | mənbəni redaktə et]Yanvar
[redaktə | mənbəni redaktə et]- 1 Yanvar
- Xorvatiya avronu qəbul etdi və Şengen zonasına qoşuldu. Xorvatiya bununla Avrozonanın 20-ci və Şengen zonasının isə 27-ci üzvü olur.
- Luis İnasiu Lula da Silva 39-cu Braziliya Prezidenti olaraq vəzifəyə başladı.
- 3 Yanvar — Bu tarixdən etibarən bir çox ölkələr ölkənin sıfır-COVID siyasətinin yumşaldılması səbəbindən Çindən səyahətə məhdudiyyətlər qoyur.
- 5 Yanvar — Vatikanda Müqəddəs Pyotr meydanında Papa XVI Benediktin dəfn mərasimi keçirildi.
- 7 Yanvar — İsrail məhkəmə islahatı etirazları: İsrailin Təl-Əviv şəhərindəki Həbimə Meydanında 37-ci İsrail hökumətinin qurulması və məhkəmə sisteminin əsaslı şəkildə yenidən qurulması təklifinə qarşı etiraz aksiyası keçirildi.
- 8 Yanvar
- COVID-19 pandemiyası: Çin 2020-ci ilin mart başlayan səyahət məhdudiyyətlərinin sona çatdığını elan etdi və sərhədlərini beynəlxalq ziyarətçilər üçün yenidən açdı.
- Braziliya Milli Konqresinə hücum: Keçmiş Braziliya Prezidenti Jair Bolsonarunun tərəfdarları "Prasa dus Tres Poderes"də (Üç Qüvvət Meydanı) yerləşən Braziliya Milli Konqresi, Ali Federal Məhkəmə və Planaltu Prezident Sarayına hücum etdi.
- 2023 Benin Parlament seçkiləri: Yeniləşmə üçün Mütərəqqi Birlik partiyası çoxlu mandat qazandı.
- 9 Yanvar — Peru etirazları: Perunun Xulyaka şəhərində hökumət əleyhinə aksiyalar zamanı polis etirazçılara atəş açdı, Xulyaka qətliamı törədildi. Nəticədə 18 nəfər öldürüldü və 100-dən çox insan yaralandı.
- 10–17 Yanvar — Əfqanıstan soyuq dalğaları: Əfqanıstanda hava temperaturu −33 °C (−27 °F) qədər aşağı düşdü və dağlıq bölgələrdə qarın hündürlüyü 30 santimetrə çatdı. Ölümcül soyuq hava 166 insanın və 80000-ə yaxın mal-qaranın ölümünə səbəb oldu.
- 13–14 Yanvar — 2023 Çexiya Prezident seçkiləri (I tur)
- 14 Yanvar — İsrail məhkəmə islahatı etirazları: İsrailin Təl-Əviv şəhərində təxminən 80 min nəfərin iştirak etdiyi etiraz aksoyası keçirildi.
- 15 Yanvar — Yeti Airlines şirkətinin 691-ci reysi Nepalın Pokhara şəhəri yaxınlığında qəzaya uğradı və 72 nəfər həlak oldu.
- 16 Yanvar — Tıqray müharibəsi: Amhara Xüsusi Qüvvələri Efiopiya hökuməti ilə Tıqray Xalq Azadlıq Cəbhəsi arasında Afrika İttifaqının dəstəklədiyi sülh razılaşmasına uyğun olaraq Tıqray əyalətindən geri çəkildi.
- 17 Yanvar — Vyetnam Prezidenti Nquen Suan Fuk hökumətdəki bir neçə qalmaqal fonunda istefa verdi. 1 gün sonra Vo Thi An Suan müvəqqəti Prezident seçildi.
- 18 Yanvar
- 2023 Antiqua və Barbuda Ümumi seçkiləri: Antiqua və Barbuda Leyborist Partiyası lideri Qaston Braun 47,06% səs ilə yenidən Baş nazir seçildi.
- Brovarı helikopter qəzası: Ukraynanın Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində ölkənin daxili işlər naziri Denis Monastırski də daxil olmaqla 14 nəfər həlak oldu.
- 20 Yanvar — 2023 Trinidad və Tobaqo Prezident seçkiləri: Kristin Kanqalu Nümayəndələr Palatası tərəfindən 48 səs çoxluğu ilə (68,57%) Prezident seçildi.
- 21 Yanvar
- Burkina-Faso, Fransa Silahlı Qüvvələrinin ölkədə olmasına icazə verən hərbi razılaşmanı dayandırdıqdan sonra, Fransadan öz ərazisindən geri çəkilməyi tələb etdi.
- Tıqray müharibəsi: Eritreya Silahlı Qüvvələri Efiopiyanın Tıqray əyalətindəki Şire və digər böyük şəhərlərdən geri çəkildi.
- 25 Yanvar — Yeni Zelandiya Baş naziri Casinda Ardern istefa verdi. Leyborist Partiyası lideri Kris Hipkins Baş nazir seçildi.
- 26 Yanvar — Cenin hücumu: İsrailin Cenin şəhərində 9 fələstinlinin ölümünə səbəb olan hərbi basqın edildi. Onun ardınca İsrailin cənubuna Qəzza zolağından raketlər atıldı.
- 27 Yanvar — Neve-Yakov terroru: Qüds şəhərində Neve-Yakov sinaqoqunda fələstinli silahlı şəxsin törətdiyi terror aktı nəticəsində 7 yəhudi öldürüldü.
- 27–28 Yanvar — 2023 Çexiya Prezident seçkiləri (II tur): Petr Pavel 58,33% səs ilə Prezident seçildi.
- 30 Yanvar — Vəziristan münaqişəsi: Pakistanın Hayber-Paxtunxva əyalətinin Pişəvər şəhərində bir məsciddə bomba hücumu nəticəsində 84 nəfər öldü, 220-dən çox insan yaralandı.
Fevral
[redaktə | mənbəni redaktə et]- 1 Fevral
- Livan likvidlik böhranı: Livan mərkəzi bankı davam edən maliyyə böhranı fonunda Livan funtunu 90% dəyərdən saldı.
- ABŞ Federal Ehtiyat Sistemi federal fondların faiz dərəcəsini 0,25 faiz bəndi artırdı.
- 1–11 Fevral — 2022 FIFA Klublararası Dünya Çempionatı (Mərakeş)
- Çempion: İspaniya
- 2 Fevral
- İsrail və Sudan iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın yekunlaşdığını elan etdilər.
- ABŞ Federal Ehtiyat Sisteminin federal fondların faiz dərəcəsini artırmasından sonra, Avropa Mərkəzi Bankı və İngiltərə Bankı inflyasiya ilə mübarizə aparmaq üçün hər biri öz faiz dərəcələrini 0,5 faiz bəndi artırdı.
- 5 Fevral — 2023 Kipr Prezident seçkiləri (I tur)
- 6 Fevral — Türkiyə-Suriya zəlzələsi: Türkiyənin cənub-şərqində Qaziantep ilində baş verən 7,8 maqnituda gücündə zəlzələ ciddi dağıntılara səbəb oldu. Yaxınlıqdakı Kahramanmaraş vilayətində də eyni gündə 7,5 maqnituda gücündə daha bir zəlzələ oldu. Zəlzələdən sonra çoxsaylı afterşoklar baş verdi. Türkiyə və Suriyada 59 mindən çox insan öldü, 121 mindən çox insan yaralandı və 300-ə yaxın insan itkin düşdü.
- 12 Fevral — 2023 Kipr Prezident seçkiləri (II tur): Nikos Xristodulides 51,92% səs ilə Prezident seçildi.
- 13 Fevral — 2023 Banqladeş Prezident seçkiləri: Avami Liqası partiyası namizədi Şahabuddin Çuppu rəqibsiz Prezident seçildi.
- 14 Fevral — Avropa Parlamenti 2035-ci ildən Aİ-də yeni benzin və dizel mühərrikli avtomobillərin satışına qadağa qoyulmasını təsdiqlədi. Buna iqlim dəyişikliyi ilə mübarizə və elektriklə işləyən avtomobillərin təşviqi ehtiyacı əsas gətirildi.
- 16 Fevral — Rusiya Dövlət Dumasında deputatlar Rusiyanın Avropa Şurasının 21 konvensiyasından çıxmasına səs verdilər.
- 21 Fevral — Rusiya Prezidenti Vladimir Putin Rusiyanın ABŞ ilə nüvə silahlarının azaldılması müqaviləsi olan New START müqaviləsində iştirakını dayandırdığını elan etdi.
- 23 Fevral — Oman ikitərəfli münasibətləri təkmilləşdirmək üçün ilk dəfə olaraq hava məkanını İsrail aviaşirkətlərinə açdı.
- 25 Fevral — 2023 Nigeriya Ümumi seçkiləri: Bütün Proqressivlər Konqresi partiyası namizədi Bola Tinubu 36,61% səs ilə Prezident seçildi.
- 27 Fevral — Böyük Britaniya və Aİ arasında Şimali İrlandiya Protokolu çərçivəsində ticarət məsələlərini həll etmək üçün Vindzor Çərçivə Sazişi imzalandı.
- 28 Fevral — Tembi qatar qəzası: Yunanıstanın Fessaliya periferiyasında Tembi vadisinin cənubunda 2 qatarın toqquşması nəticəsində 57 nəfər öldü və 85 nəfər yaralandı. Bu, Yunanıstan tarixindəki ən ölümcül dəmir yolu qəzasıdır.
Mart
[redaktə | mənbəni redaktə et]- 2 Mart — Vo Van Thıonq Vyetnam Milli Məclisi tərəfindən 98,38% səs ilə Prezident seçildi.
- 4 Mart
- BMT-yə üzv dövlətlər 2030-cu ilə qədər dünya okeanlarının 30%-ni qorumaq məqsədi daşıyan Açıq Dənizlər Müqaviləsi üçün hüquqi baza üzərində razılaşdılar.
- Kivu münaqişəsi: Burundi, 23 Mart hərəkatı da daxil olmaqla, üsyanlarla mübarizəyə kömək etmək üçün Konqo Demokratik Respublikasına 100 əsgər göndərdi.
- 5 Mart — 2023 Estoniya Parlament seçkiləri: Estoniya İslahat Partiyası sədri Kaya Kallas 31,24% səs ilə yenidən Baş nazir seçildi.
- 8 Mart — Kivu münaqişəsi: Müttəfiq Demokratik Qüvvələrin cihadçı üsyançıları Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin Mukondi kəndində 35 nəfəri palalardan istifadə etməklə qətlə yetirdi. Mukondi qətliamı törədildi.
- 8 — 21 Mart — 2023 Dünya Beysbol Klassik (Yaponiya) (Tayvan) (ABŞ)
- Çempion: Yaponiya
- 10 Mart
- 2023 Çin Prezident seçkiləri: Çin Kommunist Partiyası baş katibi Si Tsinpin Ümumçin Xalq Nümayəndələri Konqresi tərəfindən 100% səs ilə Prezident seçildi.
- İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə 2016-cı ildə kəsilən diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəldilər.
- ABŞ bank böhranı: ABŞ-nin 16-cı ən böyük bankı olan Silicon Valley Bank iflasa uğradı və 2008-ci il maliyyə böhranından sonra bütün dünyadakı şirkətlərə təsir edən ən böyük bank uğursuzluğunu yaratdı.
- Kivu münaqişəsi: Anqola KDR-in Şimali Kivu əyalətində hökumət qüvvələri ilə 23 Mart hərəkatı üsyançıları arasında atəşkəsin uğursuzluğundan sonra KDR-ə qoşun yeritdi.
- 14 Mart — OpenAIOpenAI ChatGPTChatGPT üçün geniş dil modeli olan GPT-4GPT-4-ü təqdim etdi. Bu dil modeli şəkillərə cavab verə bilir və 25000-ə qədər sözü emal edə bilir.
- 17 Mart — Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin üçün həbs orderi verdi. Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvünün liderinə qarşı ilk həbs orderidir.
- 19 Mart — UBS bankı İsveçrə hökumətinin vasitəçiliyi ilə Credit Suisse bankını 3 milyard İsveçrə frankı (3,2 milyard ABŞ dolları) dəyərində almağa razılaşdı.
- 20 Mart — İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı dərc edildi.
- 23 Mart — Dünya Atletika Assosiasiyası trangender qadınların qadın yarışlarında yarışmasını qadağan etdi.
- 24 — 27 Mart — ABŞ tornado fəlakətləri: ABŞ-nin Alabama və Missisipi ştatlarında 30-dan çox tornado baş verdi. Nəticədə 23 nəfər öldü və 236 nəfər yaralandı.
- Ən güclü tornado Missisipi ştatının Rollinq Fork və Silver Siti şəhərlərində baş verdi. Şiddətli tornado nəticəsində şəhərlər dağıldı.
- 26 Mart
- Honduras rəsmi olaraq Tayvanla əlaqələri kəsdi və Çin ilə əlaqələr qurdu.
- 2023 Kuba Parlament seçkiləri: Kuba Kommunist Partiyası birinci katibi Manuel Marrero Krus 72,10% səs ilə yenidən Baş nazir seçildi.
- 29 Mart
- Braziliya və Çin ABŞ dollarından vasitəçi kimi istifadəni dayandıraraq, öz valyutalarında ticarət etmək haqqında saziş imzaladılar.
- Burkina Faso Şimali Koreya ilə 2017-ci ildə kəsilən diplomatik əlaqələri rəsmi olaraq bərpa etdi.
- 30 Mart — Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-nin yerli məhkəmələrinə İran şirkətlərinin aktivlərini dondurmağa icazə verərkən İranla dostluq müqaviləsini pozduğuna qərar verdi.
Aprel
[redaktə | mənbəni redaktə et]- 30 Aprel — 2023 Paraqvay Ümumi seçkiləri: Kolorado Partiyası lideri Santyaqo Penya 43,93% səs ilə Prezident seçildi.
May
[redaktə | mənbəni redaktə et]İyun
[redaktə | mənbəni redaktə et]- 4 İyun — 2023 Qvineya-Bisau Parlament seçkiləri: Qvineya və Kabo Verdenin Müstəqilli üçün Afrika Partiyası namizədi Ceraldo Martins Baş nazir seçildi.
- 24 İyun — 2023 Syerra-Leone Ümumi seçkiləri: Syerra-Leone Xalq Partiyası lideri Culius Maada Bio 56,17% səs ilə yenidən Prezident seçildi.
- 25 İyun — 2023 Qvatemala Prezident seçkiləri (I tur)
İyul
[redaktə | mənbəni redaktə et]Avqust
[redaktə | mənbəni redaktə et]- 20 Avqust
- 2023 Qvatemala Prezident seçkiləri (II tur): Semilya Partiyası baş katibi Bernando Arevalo 60,91% səs ilə Prezident seçildi.
- 2023 Ekvador Ümumi seçkiləri (I tur)
- 23 Avqust — 2023 Zimbabve Prezident seçkiləri: Zimbabve Afrika Milli Birliyi - Vətənpərvər Cəbhə Partiyası birinci katibi Emmerson Mnanqaqva 52,60% səs ilə yenidən Prezident seçildi.
- 26 Avqust — 2023 Qabon Ümumi seçkiləri: Qabon Demokratik Partiyası lideri Əli Bonqo Ondimba 64,27% səs ilə yenidən Prezident seçildi.
- 30 Avqust — Qabon dövlət çevrilişi: Prezident seçkilərində Əli Bonqo Ondimbanın qalib gəldiyi elan edildikdən sonra dövlət çevrilişi baş verdi. Prezident Əli Bonqo Ondimba həbs edildi. 2023 Qabon Ümumi seçkilərinin nəticələri ləğv edildi. Bonqo ailəsinin Qabon üzərində 56 illik hakimiyyətinə son qoyuldu. Ordu nəzarəti öz üzərinə götürdü, general Bris Kloter Oliqi Hqema özünü keçid Prezident elan etdi. Bütün dövlət qurumları ləğv edildi və beynəlxalq sərhədlər 3 gün bağlandı.
Sentyabr
[redaktə | mənbəni redaktə et]Oktyabr
[redaktə | mənbəni redaktə et]- 10 Oktyabr — 2023 Liberiya Ümumi seçkiləri (I tur)
- 15 Oktyabr — 2023 Ekvador Ümumi seçkiləri (II tur): Milli Demokratik Fəaliyyət Partiyası lideri Daniel Noboa 51,83% səs ilə Prezident seçildi.
- 22 Oktyabr — 2023 Argentina Prezident seçkiləri (I tur)
Noyabr
[redaktə | mənbəni redaktə et]- 1 — 2 Noyabr — I Süni İntellekt Təhlükəsizliyi Sammiti (Milton-Kins, Böyük Britaniya)
- Bletçli Bəyannaməsi imzalandı.
- 3 Noyabr — Ləngərud yanğını: İranın Gilan ostanının Ləngərud şəhərində narkoloji reabilitasiya mərkəzində baş vermiş yanğın nəticəsində 32 nəfər yanaraq öldü və 16 nəfər xəstəxanaya yerləşdirildi.
Proqnozlaşdırılan və planlaşdırılan hadisələr
[redaktə | mənbəni redaktə et]Noyabr
[redaktə | mənbəni redaktə et]- 7 Noyabr — 2023 Liberiya Ümumi seçkiləri (II tur)
- 16 Noyabr — 2023 Madaqaskar Prezident seçkiləri
- 19 Noyabr — 2023 Argentina Prezident seçkiləri (II tur)
- 22 Noyabr — 2023 Niderland Ümumi seçkiləri
- 29 Noyabr — 2023 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (Nitsa, Fransa)
Dekabr
[redaktə | mənbəni redaktə et]- 10 — 12 Dekabr — 2023 Misir Prezident seçkiləri
- 17 Dekabr — 2023 Serbiya Parlament seçkiləri
- 20 Dekabr — 2023 KDR Prezident seçkiləri
Tarixi məlum deyil
[redaktə | mənbəni redaktə et]- Avropa Spallasiya Mənbəsinin İsveçin Lund şəhərində istifadəyə verilməsi gözlənilir.
- Hərbi vəziyyət ilin sonuna qədər ləğv olunarsa, 2023 Ukrayna Parlament seçkiləri keçiriləcək.
Vəfatlar
[redaktə | mənbəni redaktə et]Yanvar
[redaktə | mənbəni redaktə et]- 2 Yanvar — Ken Blok, amerikalı ralli sürücüsü (d. 1967)
- 3 Yanvar — Əbdülsəlam əl-Məcali, İordaniya Baş naziri (29-cu) (d. 1925)
- 4 Yanvar — Rozi Mittermayer, alman xizəkçi, Olimpiya çempionu (d. 1950)
- 6 Yanvar
- Canluka Vialli, italyan futbolçu, məşqçi (d. 1964)
- Dik Savitt, amerikalı tennisçi (d. 1927)
- 9 Yanvar — Karl Aleksandr Müller, isveçrəli fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1927)
- 10 Yanvar
- II Konstantin, Yunanıstan kralı (sonuncu) (d. 1940)
- Ceff Bek, ingilis gitaraçı (d. 1944)
- Corc Pell, avstraliyalı kardinal (d. 1941)
- 11 Yanvar — Murtaza Rəhimov, Başqırdıstan Prezidenti (1-ci) (d. 1934)
- 12 Yanvar — Burhan Çaçan, türk müğənni (d. 1960)
- 13 Yanvar — Klas Lestander, isveçli biatlonçu, Olimliya çempionu (d. 1931)
- 14 Yanvar — İnna Çurikova, rus aktrisa (d. 1943)
- 15 Yanvar — Vaxtanq Kikabidze, gürcü müğənni, aktyor (d. 1938)
- 16 Yanvar
- Vladas Çesünas, litvalı kanoeçi, Olimpiya çempionu (d. 1940)
- Cina Lollobricida, italyan aktrisa (d. 1927)
- 17 Yanvar — Lüsil Randon, fransız uzunömürlü (d. 1904)
- 18 Yanvar — Devid Krosbi, amerikalı musiqiçi (d. 1941)
- 22 Yanvar
- Hüseyn Şəhabi, iranlı kinorejissor, ssenarist (d. 1967)
- Janna Pliyeva, rus bəstəkar, pianoçu (d. 1948)
- 23 Yanvar — Alvaro Kolom Kabaleros, Qvatemala Prezidenti (47-ci) (d. 1951)
- 24 Yanvar
- Balkrişna Bitaldas Doşi, hind memar (d. 1927)
- Zaza Aleksidze, gürcü alim, dilçi (d. 1935)
- 30 Yanvar — Bobbi Hall, kanadalı hokkeyçi (d. 1939)
Fevral
[redaktə | mənbəni redaktə et]- 2 Fevral — Jan-Pyer Jabuy, fransız F1 pilotu (d. 1942)
- 3 Fevral — Pako Raban, ispan-fransız modelyer (d. 1934)
- 4 Fevral — Şərif İsmayıl, Misir Baş naziri (53-cü) (d. 1955)
- 5 Fevral — Pərviz Müşərrəf, Pakistan Prezidenti (10-cu) (d. 1943)
- 6 Fevral — Lübomir Ştrouqal, Çexoslovakiya Baş naziri (19-cu) (d. 1924)
- 8 Fevral
- Bert Bakarak, amerikalı bəstəkar (d. 1928)
- Miroslav Blajeviç, boşnak-xorvat futbolçu, menecer (d. 1935)
- İvan Silayev, SSRİ Baş naziri (12-ci və sonuncu) (d. 1930)
- 10 Fevral
- Hyu Hadson, ingilis kinorejissor (d. 1936)
- Karlos Saura, ispan kinorejissor (d. 1932)
- Sergey Tereşenko, Qazaxıstan Baş naziri (1-ci) (d. 1951)
- AKA, cənubi afrikalı repçi (d. 1988)
- 13 Fevral — Xose Mariya Xil-Robles, Avropa Parlamenti Prezidenti (8-ci) (d. 1935)
- 14 Fevral — Şoiçiro Toyoda, yapon iş adamı (d. 1925)
- 15 Fevral
- Pol Berq, amerikalı biokimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (d. 1926)
- Rakel Uelç, amerikalı aktrisa, model (d. 1940)
- 17 Fevral — Stella Stivens, amerikalı aktrisa (d. 1938)
- 18 Fevral — Petr Jekov, bolqar futbolçu (d. 1944)
- 21 Fevral — Amansio Amaro, ispan futbolçu (d. 1939)
- 22 Fevral — Əhməd Qurey, Fələstin Milli Administrasiyası Baş Naziri (2-ci) (d. 1937)
- 23 Fevral — Con Motson, ingilis futbol şərhçisi (d. 1945)
- 26 Fevral
- Robert Riçards, amerikalı atlet, Olimpiya çempionu (d. 1926)
- Ziya Şəngül, türk futbolçu (d. 1944)
- 27 Fevral — Jerar Latortü, Haiti Baş naziri (12-ci) (d. 1934)
Mart
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- XXI əsr
- 2020-ci illər
- 2023-cü ildə Azərbaycan