41°00′31″ şm. e. 16°30′46″ ş. u.HGYO

Apuliya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Apuliya
Puglia
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

41°00′31″ şm. e. 16°30′46″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Bari
Tarixi və coğrafiyası
Sahəsi
  • 19.365,8 ± 0,1 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.029.053 nəf. (2019)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu IT-75
Rəsmi sayt
Apuliya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apuliyaİtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir. Ölkənin əsas kənd təsərrüfatı rayonlarından biridir. Zeytun və üzümçülük sahələri daha çox inkişaf etmişdir. Pambıqşəkər çuğunduru, tütün, paxlalı bitkilər, heyva, əncir, badam becərilir. Margerita-di-Savoyyada dəniz duz mədənləri var. Qarqano yarımadasında boksit, Foca rayonunda təbii qaz çıxarılır. Neft emalı, neft-kimya, kənd təsərrüfatı maşınqayırması, toxuculuq, tikiş, rezin, metallurgiya sənayesi müəssisələri var. Mühüm şəhərləri və portları: Bari, Taranto, Brindizi.[3]

Apuliya qraflığı

Apuliya hersoqluğu

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Italian National Institute of Statistics. 1926.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 582. ISBN 978-9952-441-02-4.