Vətən
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ailəsinə bağlı olan, vətəninə də bağlı olar. Lüdviq van Bethoven
- Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyayaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur. Yohann Volfqanq Göte
- Ana bir olduğu kimi vətən də birdir. Rus atalar sözləri
- Ana kimi yar olmaz, Vətən kimi diyar. Azərbaycan atalar sözləri/A
- Ana və vətən haqqında zarafat etmək olmaz: onlar müqəddəsdir. İsabel Allende
- Anasına qulaq asmayan, vətənini də eşitməz. Malayal atalar sözləri
- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
- Azad insan inqilab edə bilər, amma qiyam qaldırmaz, çünki azad şəxs dövlətinin və vətəninin taleyi haqqında düşünür. Nikolay Berdyayev
- Azadlıq ağacı, müəyyən aralıqlarla vətənpərvərlərin və vətən xainlərinin qanlarıyla sulanmalıdır.Tomas Cefferson
- Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
B
[redaktə]- Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vətəni. Mehmet Akif Ersoy
- Başqalarının düzgün düşünmədiyini, bizim isə düzgün düşündüyümüzı, bizim fikirlərimzdən fərqli fikirlərə malik insanların vətənin düşmənləri olmasını təsdiq etmək pis vərdişdir. Mahatma Qandi
- Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz. Firidun bəy Köçərli
- Bir yoxsul qürbətdə şah olsa əgər,
Hər axşam o vətən deyib ah çəkər. Əssar Təbrizi - Birinci yerdə vətən və valideynlər, sonra uşaqlar və bütün ailə, daha sonra isə yerdə qalan qohumlar olmalıdır. Mark Tulli Siseron
- Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
- Bu dünyada şirin şey, bir anadır, bir Vətən. Azərbaycan atalar sözləri/B
- Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram. Rabindranat Taqor
- Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir. Mustafa Kamal Atatürk
- Bülbül gülşəni sevər, insan vətəni. Özbək atalar sözləri
- Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən". Azərbaycan atalar sözləri/B
C
[redaktə]- Canını qurtarım deyərkən vətənindən olarsan. Attila İlhan
Ç
[redaktə]- Çayır dedi: yeddi il leylək yuvasında qaldım, yerə düşüb yenə atamın vətənini itirmədim. Azərbaycan atalar sözləri/Ç
- Çoxları iki anlayışı qarışıq salmağa meyllidir: "Vətən" və "Zati-aliləri". Saltıkov-Şedrin
- Çörək bol olarsa basılmaz Vətən. Səməd Vurğun
D
[redaktə]- Dövlət idarəsindəki əsas proqramımız Cümhuriyyət Xalq Partiyası proqramıdır. Bunun əhatə etdiyi prinsiplər bizi idarəetmə və siyasətdə aydınlaşdıran təlimatlardır. Ancaq heç vaxt bu prinsipləri göydən endiyi düşünülən kitabların dogmaları ilə birlikdə saxlamamalıdırlar. Biz ilhamımızı göydən və qeybdən deyil, birbaşa həyatdan götürmüşük. Yolumuzu çəkir; yaşadığımız vətən, yaşadığımız türk milləti və min heyrət və iztirabları qeyd edən millətlər tarixinin yarpaqlarından çıxardığımız nəticələrdir.[1][2][3]Mustafa Kamal Atatürk
- Dövlət nədir? Bəziləri onu vətənlə, başqaları qanunla, üçüncülər xəzinəylə, dördüncülər isə rəhbərliklə qarışdırırlar. Saltıkov-Şedrin
- Duman deyil, bu dağların başına
Qonan, məzlumların ahı, vayıdır.
Vətən xarab oldu, siz onda bayquş,
Of, benim gözəlim kimlərə uymuş? Əhməd Cavad - Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Jan Jak Russo
- Dünya vətənim; elm dinimdir. Xristian Hüygens
- Dünyada Vətəndən əziz nə var? Azərbaycan atalar sözləri/D
- Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. Heydər Əliyev
- Dünyaya təqdim etdiyimiz biabırçı tamaşaya bir gün də razı ola bilərikmi? İspaniyanı qorxaqcasına və xəyanətkar hərəkətləri ilə vətən düşmənlərinin ixtiyarına verə, mübarizəsiz, müqavimətsiz təslim edə bilərikmi? Yox! Xainlər bunu edə bilər, amma bizdən onu müdafiə etməyə and içənlər etməyəcək. Biz sizə ədalət və qanun qarşısında bərabərliyi təklif edirik. İspanlar arasında sülh və sevgi. Azadlıq və tiranlıqdan azad olan azadlıq və qardaşlıq. Hamı üçün işləyin. Sosial ədalət, kin və zorakılıq olmadan həyata keçirilir və İspaniya iqtisadiyyatını məhv etmədən və ya təhlükə yaratmadan sərvətin ədalətli və mütərəqqi bölüşdürülməsi. Ancaq birincisi, siyasətin istismarçılarına, şərəfli işçinin fırıldaqçılarına və birbaşa və ya dolayı yolla İspaniyanı məhv etməyə çalışan əcnəbilərə və gələcək əcnəbilərə qarşı dörddəbirsiz müharibə. Bu anda ayağa qalxan və sülh, qardaşlıq və ədalət tələb edən bütövlükdə İspaniyadır; bütün bölgələrdə ordu, donanma, ictimai asayişi təmin edən qüvvələr vətəni müdafiə etməyə tələsir. Nizamı qorumaq üçün ayrılan enerji ona təklif olunan müqavimətin miqyasına uyğun olacaq. Bizim motivlərimiz nə bir neçə qeyri-qanuni maraqları müdafiə etməkdən, nə də tarix yolu ilə geriyə getmək istəyindən irəli gəlir... Çünki niyyətlərimizin saflığı siyasi və sosial sahədə irəliləyişləri boğmağa mane olur. Səltənət və nifrət, intiqam ruhuna ürəyimizdə yer olmadığı üçün biz İspaniyanın daxili sülhü və onun çox arzu olunan böyüklüyü ilə uyğun gələn qanunvericilik səylərini ilk dəfə olaraq xilas edə biləcəyik. Ölkəmizdə üç hissədən ibarət nizam, Qardaşlıq, azadlıq və bərabərlik. İspanlar: Yaşasın İspaniya! Yaşasın şərəfli ispan xalqı! Fransisko Franko
- Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, küləşli kəndimə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür.[4] Vladimir Koralenko
E
[redaktə]- Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir. Bəhmənyar əl-Azərbaycani
- Elmin vətəni yoxdur, amma alimin vətəni var. Rafiq Əliyev
- Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
- Ey vətən övladı, bir an vermə fürsət düşmənə!
Qəhrəman zərbənlə göstər dərsi-ibrət düşmənə.
Qoy alov yağsın tüfəngindən, topundan cəbhədə,
Eylə öz dünyasını qəhr ilə zülmət düşmənə. Əliağa Vahid
Ə
[redaktə]- Əxlaqlı insan öz həyatını itirmək məcburiyyətində qalsa belə, öz dostları, vətəni üçün çox şey edir. Aristotel
- Əgər arvadın sənə xəyanət edibsə, sevin ki, vətənə yox, sənə xəyanət edib. Anton Çexov
- Əgər arvadın yoxdursa, evin hanı? Var-dövlətin yoxdursa, bəxtin hanı? Torpağın yoxdursa, otun hanı? Kəndin yoxdursa, vətənin hanı? Çanakya
- Əgər həmişə şərəfli insan olmaq istəyirsənsə, özünü vətənə həsr et. Denis Fonvizin
- Əgər Vətən sevgisi ürəyimizdə qalıbsa və bu ürəklər döyündükcə də qalacaqsa, biz həmişə süngülərimizin ucunda düşmən nifrətini daşıyırıq. Mixail Şoloxov
- Əgər yeddi canım olsaydı onun yeddisini də Vətənə qurban verib məhəbbətimdən keçməzdim. Lakin böyük yaradan bizə bir can verib. İlyas Əfəndiyev
- Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun.[5] Əbu Turxan
- Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır. [6] Mirzə Fətəli Axundov
- Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz. Anatol Frans
- Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövqmənd etməlidir. Firidun bəy Köçərli
- Əsl insanın vəzifəsinin yarısı vətənə, yarısı isə xalqa xidmət etməkdən ibarətdir. Viktor Hüqo
- Əsl vətən xoş niyyətlər olan yerdədir. Pifaqor
- Əvvəl-axır insan üçün yeganə gerçək vətən, insanın ayağını basa biləcəyi yeganə torpaq, başını soxa biləcəyi, sığına biləcəyi tək ev uşaqlığından etibarən öyrəndiyi doğma dilidir. Mişel Fuko
F
[redaktə]- Fəlsəfə əslində vətən həsrətidir, harada olursa olsun, öz evində olmaq arzusudur. Novalis
- Fəzilətin ən böyük igidlikləri vətənə sevgidən baş verir. Jan Jak Russo
G
[redaktə]- Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?! Cəlil Məmmədquluzadə
- Gəlin vətən sevgisinə qoşulaq. Xüsusilə sizdə onun gələcəyinin elementi var. Ancaq vətəninizin və öz gələcəyinizin bu gələcəyini, təəssüf ki, bu gün, ümid edirəm ki, qısa müddətə daha yaxşı təbəqələri çirkləndirən və İtalyan tərəqqisini yayındırmaq üçün təhlükə yaradan iki yaradan xilas olmasanız, tapa bilməzsiniz: Makiavelizm və Materializm. Birincisi, böyük bədbəxtlik elminin xırda maskalanması, sizi Haqqa səmimi və sədaqətli cəsarətli məhəbbətdən və pərəstişdən uzaqlaşdırır: ikincisi sizi istər-istəməz maraqlara pərəstişlə, eqoizm və anarxiyaya sürükləyir. İnsanların özbaşınalığından və təkəbbüründən xilas olmaq üçün Allaha pərəstiş etməlisən. Cüzeppe Madzini
- Gənclərimizin mətanətli, qüdrətli, məqsədyönlü xarekteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində və xalqın düşmənlərinə qarşı barışmazlığında təcəssümünü tapır. Heydər Əliyev
- Gəncliyin yetişməsinə xidmət bir insanlıq və vətən borcudur. Vəhbi Qoç
- Gözsüz yaşamaq olar, amma Vətənsiz yox. Azərbaycan atalar sözləri/G
H
[redaktə]- Hara yaxşıdırsa, ora vətəndir. Mark Tulli Siseron
- Harada azadlıq varsa, ora mənim vətənimdir. Tomas Cefferson
- Harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı vətən torpağı ilə bağlı olmalıdır. Heydər Əliyev
- Heç bilirsən vətən borcu nə deməkdir? Dağlarda döyüş (film, 1967)
- Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən,insanlığı isə Vətənindən uca tutmalıdır. Jan Leron Dalamber
- Hər bir alicənab şəxs özünün qan qohumluğunu, vətənlə qan əlaqələrini dərindən dərk etməlidir. Vissarion Belinski
- Hər bir ölkə vətən adı ilə təyin etdiyimiz ilkin substansiyanın bir hissəsini gizlədir və mən yenə də bu cür bütövlüyü tapmaq istəyirəm. Bu, hər yerdə, hətta səhrada da baş verə bilər. Ernst Yunger
- Hər kəs üçün öz vətəni Bağdaddır. Avar atalar sözləri
- Hər kəsə öz Vətəni əzizdir. Azərbaycan atalar sözləri/H
- Hər kəsin iki vətəni olur: biri doğulduğun yer, digəri isə vətəndaş olduğun yer. Mən heç vaxt, hətta ikinci daha geniş, birinci onun tərkib hissəsi olsa belə, birinicini vətən adlandırmaqdan imtina etmərəm. Mark Tulli Siseron
- Hər kəsin vətəni özünə Kəşmirdir. Əfqan atalar sözləri
- Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir. Firidun bəy Köçərli
- Həssas ürəklərin coşğunluğunu öz üzərində hiss etməyən hər kəs üçün bu coşqunluq bir fantaziya kimi görünür. Sevgiliyə olan sevgidən yüz dəfə qızğın, şirin olan vətən sevgisini də öz üzərinizdə hiss etməsiniz, onu dərk edə bilməzsiniz. Jan Jak Russo
X
[redaktə]- Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm. Heydər Əliyev
- Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Heydər Əliyev
İ
[redaktə]- İnsan, hər şeydən əvvəl öz ölkəsinin övladı, öz vətəninin maraqlarını qızğın ürəklə qəbul edən vətəndaşdır. Vissarion Belinski
- İnsan nə qədər savadlı olsa, Vətəninə də bir o qədər lazımlı olar. Aleksandr Qriboyedov
- İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək... Jül Vern
- İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur. Namiq Kamal
- İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Nikolay Çernışevski
- İnsanın tam xoşbəxt olması üçün doğma vətəni olmalıdır. Simonid Keosski
- İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar! Şeyx Şamil
- 26 İyul Hərəkatı siyasi qruplardan heç nəyə ümid edə bilməyən Kuba fəhlə sinfinin xilas ümididir; babalarının azadlığını qazandığı ölkədə pariya kimi yaşayan kəndlilərin torpaq ümididir; Vətənini tərk etmək məcburiyyətində qalan, burada yaşaya və ya işləyə bilməyən mühacirlərin vətənə qayıtmaq ümidi, acların gündəlik çörəyinin, unudulmuşların isə ədalətin ümididir. Fidel Kastro
L
[redaktə]- Layla ilə vücuda yerləşən, hafizəyə yazılan, məndə mənim olub bütövləşən, mərhəmət dilim, şəfqət dilim, qeyrət dilim, şücaət dilim - Ana dilim! Milli varlığımın tərənnüm dili, vətən dilim - Ana dilim. Füyuzat jurnalı
K
[redaktə]- Keçmiş günlərdə vətən uğrunda ölməyin şirin dadından və gözəlliyindən tez-tez yazardılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən. Ernest Heminquey
- Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın bu xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda. Mehmet Akif Ersoy
- Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın. Heydər Əliyev
- Kim öz vətənini sevmirsə, deməli o heç nəyi və heç kimi sevmir. Corc Bayron
- Kİm vətəndə yaşamırsa, həyatın dadını bilmir. Osetin atalar sözləri
- Kişinin bir anası, bir və vətəni var. Azərbaycan atalar sözləri/K
- Kommersiyanın tamahkar ruhu üçün nə vətən, nə hisslər, nə də prinsiplər var. Tomas Cefferson
Q
[redaktə]- Qadına olan sevgi keçə bilər, Vətənə sevgi - heç vaxt. Sergey Yesenin
- Qanında, canında, ruhunda əcdadının rəşadətini, millətinin qeyrətini, vətəninin sevgisini gəzdirən və bu sevgi ilə coşub-daşan vətənpərvər övladlarımız "Vətən", Vətən" deməlidir. Füyuzat jurnalı
- Qəhrəmansız vətən qapısız ev kimidir. Qabriel Qarsiya Markes
- Qəribi vurmuşlar, "Vay, vətən" demiş. Azərbaycan atalar sözləri/Q
- Qılıncla alınan Vətən pulla satılmaz. II Əbdülhəmid
- Qoy Vətən, vətəndaşların ümumi anası olsun; onların öz vətənlərində istifadə etdikləri faydanı onlar üçün əziz etsin; qoy hökumət onlara ictimai idarəçilikdə onların öz evlərində olduqlarını hiss etmələri üçün kifayət qədər pay versin ; qoy qanunlar onların gözündə ümumi azadlıq üçün yalnız zamin olsun. Jan Jak Russo
- Qürbət görməyən adam Vətən qədrini bilməz. Azərbaycan atalar sözləri/Q
- Qürbət vətən ola bilməz. Höte
- Qürbətdə xan olunca, Vətənində dilən, gəz. Azərbaycan atalar sözləri/Q
- Qürbətdə insan üçün ən əziz - vətəndir. Ərəb atalar sözləri
- Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil. Alman atalar sözləri
M
[redaktə]- Macəra axtaranlar, yaxud itirməyə heç nəyi olmayan və özünə yüksək mövqe yaratmaq istəyən şöhrətpərəstlər vətəni tərk edirlər. Onlar adi həyat çərçivəsindən çıxan müəssisələrə baş vurur və işlərini sahmana salmağa, adlarını şöhrətlə bəzəməyə çalışırlar. Daniel Defo
- Məhəmməd böyük bir adam, cəsarətli bir əsgər idi; Bender [sic] döyüşündə qazandığı bir neçə kişi ilə; böyük bir kapitan, qürur verici, dövlətin böyük bir insanı, öz vətənini dirçəltdi və Ərəbistanın ortasında yeni bir insan və yeni bir güc yaratdı. Napoleon Bonapart
- Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Əbdülfəttah Şahin
- Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. Füyuzat jurnalı
- Mən elm və vətən naminə atanın iradəsinə qarşı çıxmağı günah hesab etmirəm. Mən bütün həyatımı buna həsr etmişəm ki, ömrümün sonuna kimi cahillərə və elm əleyhdarlarına qarşı mübarizə aparım. 20 ildən artıqdır ki, bu işlə məşğul oluram, gəncliyimi buna həsr etmişəm və qocalığımda da belə edəcəyəm. Mixail Lomonosov
- Mən öz vətənimi sevirəm, gələcəkdə keçəcəyim imtahanlar nə qədər ağır olsa da, mən öz vətənimdən əl çəkmirəm. Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır. Hacı Zeynalabdin Tağıyev
- Mən şöhrətin dərəcəsini böyük cənabın lovğalanaraq özü üçün yığdıqlarına görə yox, vətən üçün etdikləri işlərin, onun davranışından və işlərindən razı qalan insanların sayına görə müəyyən edirəm. Denis Fonvizin
- Mən tamamilə əminəm ki, dünyada heç bir xalq başqa bir xalq üzərində üstünlüyə malik deyildir. Doris Lessinq
- Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam. Marsel Sesiro
- Məndən yəhərimi istəyin - verim, atımı istəyin - verim, lakin heç kəs vətənimdən bir qarış torpaq istəməsin - vermərəm. [7] Mete xan
- Mənə həmişə elə gəlirdi ki, vətənimiz üçün bolluq yox, zirək ispravniklər (çar Rusiyasında qəza polis rəisi) lazımdır. Saltıkov-Şedrin
- Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir. Qay Krisp Sallyusti
- Mənim vətənim azadlıq olan yerdir. Tomas Cefferson
- Mənim vətənim hərəkət etdiyim yerdir. Mən isə hər yerdə hərəkət edirəm. Alfred Nobel
- Milli qüsurlara görə millətə nifrət edən alçaqdır. Yusif Vəzir Çəmənzəminli
- Milyonçular ölkəsi, dilənçilər Vətəni… Ramiz Rövşən
- Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. Şah İsmayıl Xətai
- Müəllim - hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ona həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir. Füyuzat jurnalı
- Mülkiyyəti olmayan vətəndaşın vətəni də yoxdur! Pifaqor
N
[redaktə]- Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör. D.İ.Fonfizin
O
[redaktə]- Oxumuş xalqların həqiqi cəsarəti vətən naminə özünü qurban vermə hazırlığından ibarətdir. Georq Vilhelm Fridrix Hegel
- Ordunun vəzifəsi vətəni işğal etmək istəyən düşmənə qarşı ayağa qalxmaqdır. Belə ayağa qalxmaq yerində saymaq üçün deyil, düşmənin üstünə atılmaq məqsədilə edilərsə, ayağa qalxmağa dəyər. Mustafa Kamal Atatürk
Ö
[redaktə]- Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. Lyuk de Klapye Vovenarq
- Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar.[8] Ziya Bünyadov
- Öz qardaşlarını və vətəni müdafiə edərək həyatını qurban vermək ideyasından yüksək ideya yoxdur. Fyodor Dostoyevski
- Öz vətənin sevmək – bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatana qədər buna kömək etmək deməkdir. Vissarion Belinski
- Öz vətəninə mənsub olmayan adam, bəşəriyyətə də mənsub deyildir. Vissarion Belinski
- Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. Mixail Kalinin
- Öz Vətəninin keçmişini, indisini bilməyən, sevməyən adam ləyaqətli, bütöv insan ola bilməz. İlyas Əfəndiyev
- Öz vətənindən üz döndərən adam öz vicdanından da üz döndərmiş olur. A.Qalan
- Özüm qürbətdəyəm, gözüm vətəndə. Azərbaycan atalar sözləri/Ö
P
[redaktə]- Pis insan vətənin bəlasıdır. Alban atalar sözləri
S
[redaktə]- Sahibsiz vətənin batması haqqdır,
Sən sahib çıxsan bu vətən batmayacaqdır. Mehmet Akif Ersoy - Sevgi, bilik və çalışmağın nə vətəni olur, nə gömrük divarları, nə də uniforması. Ziqmund Freyd
- Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız. Nəriman Nərimanov
- Siz özünüzü bir millətdən hеsаb еdirsinizsə, özünüzün bir vətəniniz vаrdırsа, həmin millətin, həmin vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir və bir millət və yа vətən sizi öz üzvlərindən hеsаb еdirsə, sizin dərdiniz, qəminiz millət və vətən üçün ümumi dərd və qəm оlmаlıdır. Nəriman Nərimanov
- Sizə elə bir vətən aldım ki; əbədi olaraq sizin olacaq. Alp Arslan
- Sülh zamanı vətən yolunda göstərdiyiniz xidmətlər müharibə zamanı vətən üçün nələrə qadir olacağınızı göstərir. Qustav Lebon
Ş
[redaktə]- Şeir boğazda bir düyün, yanlışlıq hissi, vətən həsrəti, sevgi həsrəti kimi başlayır. Robert Li Frost
- Şübhə günlərində, vətənimin taleyi ilə bağlı ağrılı düşüncə günlərində yalnız sən mənim dəstəyim və dəstəyimsən, ey böyük, qüdrətli, həqiqətçi və səlis rus! Əgər sizin üçün olmasa, evdə baş verən hər şeyin qarşısında ümidsizliyə necə düşməməlisiniz? Ancaq inanmaq olmaz ki, belə bir dil böyük insanlara verilməyib! İvan Turgenev
T
[redaktə]- Tarixi layiqli bir şəkildə yazmaq üçün inancı, vətəni, partiyanı unutmaq lazımdır. Pyer Büast
- Təbiət mənə rəhmli, vətən sərt olmağı əmr etdi. Amansız olmağı isə nə vətən, nə də təbiət əmr etmədi. Mark Tulli Siseron
- Təbiəti qorumaq - Vətəni qorumaq deməkdir. Mixail Prişvin
- Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən.- Abdulla Qurbani
- Torpaq - uğrunda ölən varsa vətəndir. Azərbaycan atalar sözləri/T
- Torpaq Vətən deməkdir və milyonlara öz döşündən süd vermişdir. Həsən Əliyev
- Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır. Heydər Əliyev
- Türk əsgəri cəsurdur. Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər. Albert Eynşteyn
U
[redaktə]- Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. Səməd Vurğun
- Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deil! Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər. Xudu Məmmədov
Ü
[redaktə]- Ürəyini eyş-işrətə bağlama, ömrünü vətənin abadlığına sərf et. Mir Möhsün Nəvvab
V
[redaktə]- Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir. Mark Tulli Siseron
- Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq. Jan Jak Russo
- Vətən başqa bir ölkədən daha bahalıdır. Başqırd atalar sözləri
- Vətən bizim anladığımız, bizi anlayan insanlardan ibarətdir. Maks Fris
- Vətən bizim yaxşı olduğumuz yerdir. Aristofan
- Vətən borclu deyil, biz borcluyuq Vətənə.[9]Bəxtiyar Vahabzadə
- Vətən borcu, Vətən şərəfi o qədər böyük, o qədər müqəddəs bir hisdir ki, ona əmr etmək olmaz. İlyas Əfəndiyev
- Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir. Füyuzat jurnalı
- Vətən çalışqan insanların çiyinləri üstündə yüksəlir. Tofiq Fikrət
- Vətən daşı olmayandan, olmaz vətəndaşı. Azərbaycan atalar sözləri/V
- Vətən dinc - sən dinc. Özbək atalar sözləri
- Vətən - doğma ana, qürbət - ögey anadır. Çuvaş atalar sözləri
- Vətən doğma anadır, qürbət ögey ana. Lak atalar sözləri
- Vətən eldir, xalq - ailə. Ləzgi atalar sözləri
- Vətən elin evi, dayağıdır. Azərbaycan atalar sözləri/V
- Vətən hər bir insanın mənsub olduğu millətin, yaşadığı məmləkətin hər tərəfi, hər guşəsi, hər bucağı və məmləkət içindəki varlıqların bütünüdür. Füyuzat jurnalı
- Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi. Azərbaycan atalar sözləri/V
- Vətən hissi izahedilməzdir, biz onu analıq hissinə bağlayırıq. Mixail Prişvin
- Vətən hüquqları valideyn hüquqlarından daha genişdir. Platon
- Vətən xainini heç kəslə və heç nəylə müqayisə etmək mümkün deyil. Düşünürəm ki, hətta tif daşıyıcısı biti də bu cür müqayisə təhqir edə bilərdi. [10] Maksim Qorki
- Vətən - xarici bir giləmeyvə - qanlı bir göz yaşı. Eston atalar sözləri
- Vətən qarşısında borcumuz canımızla başa çatır. Con Adams
- Vətən mehrabdır, kürsü deyil. Xose Marti
- Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim. Məmməd Araz - Vətən məni köməyə çağırır. Mən onun övladıyam. Mən onun çağırışına çatmasam cəhənnəmlərə məhkum bədnam bir məxluq olaram. İlyas Əfəndiyev
- Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir! Heydər Əliyev
- Vətən onu quran ölülərdən və onu davam etdirən dirilərdən ibarətdir. Remi de Qurmon
- Vətən, ruhun əsir olduğu yerdir. Volter
- Vətən sevgisi əxlaq gözəlliyini, əxlaq gözəlliyi də vətən sevgisini meydana gətirir. Şarl Lui Monteskyö
- Vətən sevgisi olmasaydı, pis ölkələr xaraba qalardı. Ərəb atalar sözləri
- Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir. Füyuzat jurnalı
- Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir. Əbülfəz Elçibəy
- Vətən sənə qürurla baxsın. Şanlı ölümdən qorxma. Vətən üçün ölmək yaşamaq deməkdir. Fidel Kastro
- «Vətən» sözü cəsаrəitsiz аdаmı dа igid еdir. Lukian
- Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daima yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır! Heydər Əliyev
- Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün. Azərbaycan atalar sözləri/V
- Vətən uğrunda ölmək şərəfdir. Horatsi
- Vətən uğrunda ölüm həyatın davamıdır. [11] Cambul Cabayev
- Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı? Horatsi
- Vətən uğrunda şöhrət belə qurban verilməlidir. Fabi Maksim
- Vətən üçün nə qədər əziyyət çəkirsənsə, bir o qədər də onu sevirsən. Çex atalar sözləri
- Vətən üçün ölən insan xoşbəxt insandır. Vergili
- Vətən üçün ölmək də var, lakin borcun yaşamaqdır. [12] Tofiq Fikrət
- Vətən üçün yaşamaq, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir! Yohan Vilhelm Snelman
- Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir. Azərbaycan atalar sözləri/V
- Vətən yalnız bir ad, yalnız bir söz olsa da, o güclüdür və hətta ruhları itaət etdirə bilən sehrbazın əzəmətli sehrlərindən də güclüdür. Çarlz Dikkens
- Vətən yoxdur: vətəndaşlıq vətənpərvərlikdən aşağıdırsa. Rahid Ulusel
- Vətəndaşlara “xeyirxah olun!” demək kifayət deyil, onlara belə olmağı öyrətmək lazımdır və bu əsasda ilk dərs kimi hesab olunan nümunə belə zəruri olan yeganə vasitə deyil. Vətənə sevgi həmişə təsirli olur. Çünki, hər bir insanın şəxsi iradəsi ümumi iradəyə uyğun gələndə, o fəzilətli bir insan olur və o, sevdiyi nsanların arzuladıqlarını arzulayır. Jan Jak Russo
- Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. Tur Xander
- Vətəndə həlak olmaq onu xilas edərkən yıxmaqdan yaxşıdır. Mark Tulli Siseron
- Vətəndə yaşayıb ölən insan necə də xoşbəxtdir! Jül Vern
- Vətəndən ayrı düşən övladım, qayıt Vətənə! Məhəmmədhüseyn Şəhriyar
- Vətəndən ayrı düşsəm, viran ollam, talannam. Azərbaycan atalar sözləri/V
- Vətəndən başqa hər yerdə yadsan. Saltıkov-Şedrin
- Vətəndən əziz heç bir şey yoxdur. Lukian
- Vətəndən kənarda xoşbəxtlik yoxdur, hər kəs doğma torpaqda kök salmalıdır. İvan Turgenev
- Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir.[13] Jozef Fletçer
- Vətənə gəldim, imana gəldim. Azərbaycan atalar sözləri/V
- Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən mənəvi qüvvədir. Lev Tolstoy
- Vətənə məhəbbətin mənsubiyyətini təşkil edən xalq qürurunun qanuni dərəcəsi lovğalanaraq özünü sevməkdən dərindən fərqlənməlidir. Dmitri Mendeleyev
- Vətənə olan borcunuzu qaytarmaq üçün hər şeyinizi fəda etməyə borclu olduğunuzu heç vaxt unutmayın. [14] Tomas Yunq
- Vətənə olan sevgim məni xaricilərin xidmətlərinə göz yummaga məcbur etmir. Əksinə, mən vətənimi nə qədər çox seviriəmsə, onu yerin altından çıxmayan zənginliklərlə bir o qədər zənginləşdirməyə çalışıram. Volter
- Vətənə sevgi ailədən başlanır. Frensis Bekon
- Vətənə sevgi sivil insanın birinci ləyaqətidir. Napoleon Bonapart
- Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir. Rus atalar sözləri
- Vətəni “sevdirməzdən” öncə, onu tanıtmaq lazımdır. Xudu Məmmədov
- Vətəni sevmək imandandır. Ərəb atalar sözləri
- Vətəni sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz. Abbas Səhhət - Vətəni şücaətinizlə şöhrətləndirin! Mixail Lomonosov
- Vətəni yadına düşən qərib ağlamasın, neyləsin? Azərbaycan atalar sözləri/V
- Vətənim Danimarka əsl poeziya ölkəsidir. Hans Kristian Andersen
- Vətənim verdi mənə nanü-nəmək,
Vətəni məncə unutmaq nə demək. Abbas Səhhət - Vətənin bir qışı, qürbətin yüz baharından yaxşıdır. Azərbaycan atalar sözləri/V
- Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur. Tomas Vilson
- Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhani rabitəsi olsun, vətənilə bir yerdə ağlasın, bir yerdə gülsün. Ona binaən lazımdır Şərqdə bu şüarı buraxmaq: hər kim xüsusi özü üçün yox, ancaq vətən, məmləkət üçün işləyirsə, onun haqqı var seçsin və seçilsin. Nəriman Nərimanov
- Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz. Abbas Səhhət - Vətənin tüstüsü də şirindir. Azərbaycan atalar sözləri/V
- Vətəninə aid olmayan bəşəriyyətə də aid olmur. Vissarion Belinski
- Vətəninə bağlı olduğunuzu nə qədər çox hiss etsəniz, onu canlı bir orqanizm kimi daha real və daha həvəslə təsəvvür edəcəksiniz. Aleksandr Blok
- Vətənini ən çox sevən, vəzifəsini ən yaxşı edəndir. Mustafa Kamal Atatürk
- Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir. Viktor Hüqo
- Vətənini sev və onu qoru. Kökü məlum olmayanlar çox yaşamır. Fyodor Uqlov
- Vətəniniz üçün öldürün, şəhid olun! Şeyx Şamil
- Vətənsiz oğul olmaz. Azərbaycan atalar sözləri/V
- Vətənpərvər həmişə vətən uğrunda ölməyə hazır olduğunu deyir, Vətən uğrunda öldürməyə hazır olduğunu isə bir dəfə də dilinə gətirmir. Mark Tven
- Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir.-Lenin
- Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Bu, daha dərin bir hadisədir... Bu, özünün vətəndən ayrılmaz olduğunu dərk etmək və xoşbəxt və bədbəxt günlərini onunla birgə yaşamaqdır. Lev Tolstoy
- Vətənpərvərlik, ümumi yerlərdə təmtəraqlı sözlərlə ucadan qışqırmaqdan ibarət deyil. Vətənpərvərlik, vətənə sevgidən ibarətdir. O sevgidən ki, o qışqırmadan danışmağı bacarır, təkcə yaxşı şeylərə heyran olmur, eyni zamanda hər bir yerdə, deməli hər cür pisliklərə qarşı barışmaz olur. Vissarion Belinski
- Vətənpərvərlik vətənə lazım olan işləri görmək deməkdir. Anar
- Vətənsiz adam qanadsız quş kimidir. Kürd atalar sözləri
- Vətənsiz insan nəğməsiz quş kimidir. Qətran Təbrizi
- Vətənsiz insan - toxumsuz torpaq. Amhar atalar sözləri
- Vətənsiz oğul olmaz. Azərbaycan atalar sözləri/V
Y
[redaktə]- Yalnız sizin üçün deyil, vətən üçün ağrılı və böyük bir itki! Onun üçün göz yaşı tökən tək sən deyilsən: Mən səninlə birlikdə ağlayıram və bütün Rusiya ağlayır. Onu özünə çağıran Tanrı, adının və əməllərinin ölməz qalması üçün sənə təsəlli versin. Minnətdar bir vətən onun xidmətlərini heç vaxt unutmayacaq - (I Aleksandrın feldmarşal M.Kutuzovun dul qadınına məktubundan)[15] I Aleksandr
- Yuyulması mümkün olmayan bir cinayət varsa, o da vətənə xəyanətdir. Pyer Büast
Z
[redaktə]- Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır.Füyuzat jurnalı
- Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət. Dostları itirmək qürbətə düşməkdir. Həzrəti Əli
İstinadlar
[redaktə]- ↑ Atatürk'ün Türkiye Büyük Millet Meclisi'nin V. Dönem 3. Yasama Yılını Açış Konuşmaları
- ↑ Türkiye Büyük Millet Meclisi’nin Beşinci Dönem Üçüncü Toplanma Yılını Açarken
- ↑ KARAL (Ord. Prof.), Enver Ziya (1927-10-20). Fatih ÖZDEMİR Atatürk'ten Düşünceler (kitab) (türkcə), 192. sayfa. Ankara: ODTÜ Yayıncılık. ISBN ISBN 975-7064-12-2.
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Vətən haqqında aforizmlər
- ↑ Babək kimdir- peyğəmbər, hökmdar, kommunist, yoxsa…
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.496.
- ↑ [1] YADDAŞ ÖLÜMDƏN GÜCLÜDÜR...
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 495.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. sh.494.
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.62
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.497
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 497
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.496
- ↑ Тарле Евгений Викторович. Березина и гибель великой армии // Нашествие Наполеона на Россию. 1812 год. — М.: Воениздат, 1992. 304 с.