Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Skip to main content
Pulau paskah sangat minat perhatian para ilmuwan. Apa rahasia pulau itu dan mengapa pulau digemari oleh para wisatawan? Pertama, pulau Paskah terletak di selatan lautan Pasifik. Pulau itu memiliki negara Chili. Pulau luar biasa ini... more
Pulau paskah sangat minat perhatian para ilmuwan. Apa rahasia pulau itu dan mengapa pulau digemari oleh para wisatawan? Pertama, pulau Paskah terletak di selatan lautan Pasifik. Pulau itu memiliki negara Chili. Pulau luar biasa ini ditemukan pada tahun 1722 dan pada saat itu,di pulau ini 2000 atau 3000 penduduk hanya tinggal. Yacob Roqqeveni adalah laksamana yang menemukan pulau ini. Perlu dicatat bahwa Pulau Paskah juga termasuk ke Situs Warisan Dunia UNESCO. Hal ini pun menunjukkan pentingnya pulau ini.
Research Interests:
Indonesia is a land of temples. Indonesian historical monuments basically located in Java island. one of them is Borobudur. Borobudur is well-known all over the world. And this temple the largest Buddhist temple in the world. It was build... more
Indonesia is a land of temples. Indonesian historical monuments basically located in Java island. one of them is Borobudur. Borobudur is well-known all over the world. And this temple the largest Buddhist temple in the world. It was build in the nineth century under Sailendra dynasty of ancient Mataram kingdom. İn this temple have 500 statue of Buddha.
Research Interests:
Buddizm — Dünya dinlərindən biri, təxminən 500 milyon üzvü olan din və təlimlər birliyi. Əvvəlcə Hindistanda ortaya çıxmış, daha sonra zaman içində Cənubi, Cənub-şərqi və Şərqi Asiyada (Çin, Yaponiya, Koreya, Monqolustan, Nepal, Şri... more
Buddizm — Dünya dinlərindən biri, təxminən 500 milyon üzvü olan din və təlimlər birliyi. Əvvəlcə Hindistanda ortaya çıxmış, daha sonra zaman içində Cənubi, Cənub-şərqi və Şərqi Asiyada (Çin, Yaponiya, Koreya, Monqolustan, Nepal, Şri Lanka, Tailand və Tibet kimi ölkələrdə) yayılmışdır. Buddizm sanskrit dili və pali dillərindəki köhnə buddist mətnlərində "oyanmış adam - fərqində olan" mənasını verən "budda" sözündən yaranmışdır. Bəs Budda kimdir? Rәvayәtә görә, Buddizmin banisi miladdan qabaq VI әsrdә Hindistanın şimalında, Himalay dağları әtәyindә doğulub yaşamış Qautama Sakiya Мunidir. O, kiçik Sakiya ölkәsinin şahzadәsi olub. Uşaq ikәn anası ölmüş, atası ikinci dәfә evlәnsә dә, Qautama öz şәхsi sarayında qayğısız böyüyüb boya-başa çatmışdır. Аncaq gәnc yaşında ikәn bir gün tәsadüfәn rast gәldiyi qoca, хәstә, ölüm sәhnәsi vә nәhayәt, yoхsul brahman onun dünyagörüşünü büsbütün dәyişir. Sәrvәt, cah-cәlal içindә yaşayan gәnc Qautama görür ki, dünyada ağır хәstәliklәr varmış, iztirablı qocalıq varmış vә nәhayәt, çarәsiz ölüm varmış... O dәrk edir ki, dünyanın firavanlığı ötәri vә tәsadüfi imiş. Yoхsul brahman isә ona bütün bunlardan хilas olmağın yolunu göstәrir.
Research Interests:
Qloballaşma dövründə baş verən siyasi dəyişikliklər xalqlar arasında qarşılıqlı asılılıq vəziyyətinə gətirib çıxardı.Dəyişikliklər yeni təhlükəsizlik məsələlərinin mövcudluğundan irəli gələn beynəlxalq təhlükəsizlik dünyasında da baş... more
Qloballaşma dövründə baş verən siyasi dəyişikliklər xalqlar arasında qarşılıqlı asılılıq vəziyyətinə gətirib çıxardı.Dəyişikliklər yeni təhlükəsizlik məsələlərinin mövcudluğundan irəli gələn beynəlxalq təhlükəsizlik dünyasında da baş verdi. Keçmişdə ənənəvi təhlükəsizlik təhdidləri məsələsi, xüsusilə Şərq və Qərbin nüfuz sahələrinə aid olan geosiyasət ilə bağlı idi. Dünyanın əsas narahatlığı hərbi gücün, strateji silahların və hegemoniyanın inkişafı idi. Terror fəaliyyəti, piratçılıq, qaçaqmalçılıq, qeyri-qanuni immiqrasiya, qeyri-qanuni balıqçılıq və digər transmilli cinayətlərin törədilməsi bu son onillikdə təhlükəsizlik məsələsini çətinləşdirmişdir. Belə cinayətlərin getdikcə daha mürəkkəb hala gəlməsinə görə, güclü maliyyə dəstəyi ilə transmilli şəbəkələri olan aktorlar bu vəziyyətə nəzarət edirlər. Bu dünya siyasətində yeni bir məna və yerə sahib olduğunun göstəricisidir. Bir millət təhlükəsizliyi artıq ənənəvi milli müdafiə (hərbi təhlükəsizlik) deyil, iqtisadi, ekoloji və insan ölçülərinə malikdir (ayrı-ayrılıqda iqtisadi təhlükəsizlik, ekoloji təhlükəsizlik və insan təhlükəsizliyi kimi tanınır).

Qloballaşma dövründə fəaliyyət göstərən digər ölkələr kimi, İndoneziya da çətin və dinamik bir strateji mühit ilə üzləşir.1945-ci il müstəqillikdən etibarən, İndoneziya, bölgə ölçüsü və yeri ilə uyğunlaşmaqla yanaşı, böyük dövlətlər arasında münaqişələrə cəlb olunmamaq üçün regional məsələlərdə rol oynamaq istəyən "azad və aktiv" xarici siyasətə dəstək vermişdir. İndoneziyanın xarici siyasətinin hədəfi dövlətin və ərazi bütövlüyünün təhlükəsizliyinin müdafiə olunması olmuşdur.
Research Interests:
İndoneziyada Buddizm İndoneziya – təxminən 17.000 adadan təşkil olunan, milli şüari olan “çoxluqda birlik” anlayışına uyğun olaraq, yüzlərlə etnik qrupu təşkil edərək, canlı mozaikanı... more
İndoneziyada    Buddizm
    İndoneziya – təxminən 17.000 adadan təşkil olunan,  milli şüari olan “çoxluqda birlik” anlayışına uyğun olaraq, yüzlərlə etnik qrupu təşkil edərək, canlı mozaikanı xatırladan və hələ də tam olaraq kəşf olunmamış Asiya xəzinəsidir.  Etnik müxtəlifliyin təzahürünü din aspektində də görmək mümkündür. İndoneziya, əksər əhalisinin müsəlman olması ilə seçilsə də, ölkədə buddizm,hinduizm,xristianlıq və konfutsiçiliyə də rast gəlinir. Ölkə əhalisinin 0,8%-ini buddizmə etiqad edənlər təşkil edir.  Bəs ümumiyyətlə buddizm nədir və İndoneziyada necə yayılmışdır?
Research Interests:
Azərbaycan və İndoneziya dillərinin lüğət tərkibinin zənginləşməsində ərəb dilinin rolu. M.Şoloxovun da dediyi kimi “Xalqın ən böyük sərvəti-onun dilidir.” Güman edilir ki, dünyada təqribən 7000 istifadə olunan aktiv dil... more
Azərbaycan  və İndoneziya dillərinin lüğət  tərkibinin zənginləşməsində ərəb dilinin rolu.
      M.Şoloxovun  da dediyi kimi “Xalqın ən böyük sərvəti-onun dilidir.”  Güman edilir ki, dünyada  təqribən 7000 istifadə olunan aktiv dil vardır.  Bu dillər arasında  müəyyən qədər oxşarlıqlar da mövcuddur.  Dünyada elə bir dil yoxdur ki, onun lüğət tərkibində bu və ya digər dərəcədə alınma sözlər olmasın.  Başqa dillərdən hər hansı bir dilə keçmiş sözlər alınma sözlərdir. Elə məhz dilimizdəki sözlər də  mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri və alınma sözlər.  Alınma sözlər içində də ərəb alınmaları üstünlük təşkil edir.  Gündəlik  və ictimai danışığmıza, televiziya yayımlarına fikir versək ərəb dilinin təsirini aydın şəkildə görə bilərik. Hətta bəzən istifadə olunan cümlənin bütün sözləri  ərəb sözlərindən təşkil olunur ki, bu da bir daha ərəb dilinin təsirini danılmaz edir.
Research Interests: